Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir FOTO
Digərləri 14 Yan 2026 16:22:00 86 0
Qadın sahibkarların biznesdə bilik və bacarıqlarının artırılması, işgüzar əlaqələrinin genişləndirilməsi məqsədilə layihə çərçivəsində müxtəlif təlim, master klaslar, işgüzar görüşlər və sosial fəaliyyətlər nəzərdə tutulur.
Bu xəbəri də oxu: Sevinc Osmanqızı və digərlərinə hökm oxundu
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), "Marsol Group" və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsinə yenidən start verilib.
Bu məqsədlə "Bakı KOB evi"ndə keçirilən tədbirdə layihənin təşkilinə dəstək göstərən təşkilatların nümayəndələri və qadın sahibkarlar iştirak ediblər.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və "Marsol Group"un təsisçisi Tural Mustafayev çıxış edərək ölkəmizdə qadın sahibkarlığın inkişafına dəstək tədbirləri, bu sahədə özəl sektorun təşəbbüsləri və layihə barədə ətraflı məlumat veriblər. Bildirilib ki, artıq üçüncü ildir keçirilən layihənin məqsədi qadın sahibkarların iqtisadi və sosial həyatda fəallığının artırılması və onlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Builki layihədə müxtəlif sektorları təmsil edən 100-dən çox qadın sahibkar iştirak edəcək. Layihə çərçivəsində müxtəlif mövzularda təlim, seminar və master klaslar, işgüzar görüşlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək.
Tədbir çərçivəsində layihə ilə bağlı filmlər nümayış olunub, həmçinin builki layihə tərəfdaşlarının fikirləri dinlənilib.
Qusar rayonunda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, h�
"Güclü pasportlara" malik ölkələrin reytinqi dərc edilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Ener
Son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosia
"Qanazlığı yaddaş və diqqət problemlərinə səbəb ola bilər".
Yanvarın 28-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində
Qan azlığının yəni, anemiyanın əsas səbəblərindən biri dəmir çatı�
Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsi s
Aşıq Telli Borcalı qatıldığı "Tarixin bir günü" verilişində
Laçında ata-baba evi müasir şəkildə təmir edilərək keçmiş məcburi k�
"Dr. Elnara" MMC-nin rəhbəri, kosmetoloq Elnarə Ramiz qızı Rzayev
İrandan gələn məlumatlara görə, dekabrın 28-də başlayan genişmiqyaslı
14.01.2026-ci il tarixində saat 12:00 radələrində Respublika Təcili və Tə
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min? Belə şey yoxdur".
Müğənni Elit Star Cəmilə sosial şəbəkələrdə yayılan açıqlaması il
