"Arıqlama dərmanlarının istifadəsini dayandırmaq çəki artımını 4 dəfə sürətləndirir"
Digərləri 12 Yan 2026 23:53:00 70 0
Oksford Universitetinin tədqiqatçıları arıqlama dərmanlarından (semaglutid və tirzepatid) istifadə edən insanların iynələri dayandırdıqdan sonra pəhriz saxlayanlara nisbətən dörd dəfə daha tez çəki qazandığını aşkar ediblər.
Bu xəbəri də oxu: Türkiyədə uçuşlar ləğv edildi, məktəblər bağlandı
Son.az xəbər verir ki, tədqiqat göstərir ki, dərmanlarla müalicə zamanı itirilən çəki dayandırıldıqdan təxminən 20 ay sonra geri qayıdır. Xüsusilə Wegovy və Mounjaro istifadəçiləri müalicə zamanı orta hesabla 15 kiloqram arıqlayır, lakin bir il ərzində 10 kiloqram çəkilərini bərpa edirlər. Çəki artımı ayda 0,8 kiloqrama qədər sürətlənir.
Tədqiqatçılar vurğulayırlar ki, piylənmə xroniki və təkrarlanan xəstəlikdir və arıqlama dərmanlarının dayandırılması nəticəsində iştahaya nəzarət zəifləyir, çəki artımı sürətlənir. Sağlam qidalanma və fiziki fəaliyyətlə müşayiət olunan uzunmüddətli proqramlar isə çəkini daha uzun müddət qorumağa imkan verir.
Dr. Syuzan Cebb bildirib ki, müalicənin davamlılığı faydaların qorunması üçün vacibdir və piylənmə üçün ömürlük yanaşma lazım ola bilər.
Tədqiqat Böyük Britaniyada 1,6 milyon yetkinin GLP-1 dərmanlarından istifadə etdiyini, ABŞ-da isə hər səkkiz yetkindən birinin həyatının müəyyən dövründə bu dərmanlardan istifadə etdiyini göstərir.
Fidan Son.az
"Mən də bu mövzu haqqında fikrlərimi bildirmək istəyirəm. Dünənd�
Çində tək yaşayan şəxslər üçün nəzərdə tutulmuş "Sileme"
"Evdə tək" filmində canlandırdığı "Marv" obrazı ilə
Qlobal iqtisadiyyatdakı dalğalanmalar və geosiyasi gərginliklər fonunda mə
BMT-nin Baş katibi Antonio Quterreş İran hakimiyyətini maksimum təmkinlilik
Son.az Trend-də dərc olunmuş məqaləni təqdim edir:
Evinizdəki döşəmələrin ilk günkü kimi parıldamasını istəyirsinizsə,
İran hakimiyyəti ölkədəki etiraz aksiyaları faktını tanıyıb və nümay
Sosial şəbəkələrdə bəzi tələbələrin təhsil haqqını səhvən başq
Bakıda fəaliyyət göstərən Hədəf Liseylərində rus bölməsi üzrə 1-ci
ABŞ Prezidenti Donald Tramp İranda hökumət əleyhinə etirazlar fonunda inte
Bakıda fəaliyyət göstərən "Pak Dad" restoranlar şəbəkəsi fə
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ölkədə etirazlarla
Pakistanın şimal-qərbində yerləşən Tank rayonunda polis avtomobilinə qar
