Təhsil haqqı səhv köçürülərsə, güzəşt mümkündürmü?
Digərləri 12 Yan 2026 22:19:00 76 0
Sosial şəbəkələrdə bəzi tələbələrin təhsil haqqını səhvən başqa kart hesabına köçürdükləri və ya nömrənin balansına yüklədiklərini iddia etmələri geniş müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: 2026cı ildə əsl sevgini tapacaq 5 BÜRC
Bu iddiaların nə dərəcədə real olduğu, həmçinin belə hallarda tələbələrin hansı hüquqlara malik olması məsələsi gündəmə gəlib.
Məsələ ilə bağlı təhsil tədqiqatçısı Elmin Nuri Son.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə tələbələr və ya onların yaxınları tərəfindən bu mövzu ilə bağlı paylaşımlara tez-tez rast gəlinir:
"Xüsusilə böyük təhsil və tələbə səhifələrində, qruplarında bu tip analoji paylaşımların şahidi olmuşuq. Açığı, bu kimi paylaşımların bir çoxu şəxsən mənə inandırıcı gəlməyib. Onları ya ümumiyyətlə uydurulmuş məlumat, ya da olsa belə, ciddi şəkildə şişirdilmiş hadisə kimi qəbul etmişəm. Bununla belə, bir məqamı da qeyd edim ki, heç bir insan səhvdən və yanlışlıqdan sığortalanmayıb".
Elmin Nuri qeyd edib ki, həqiqətən də kiminsə həyatında bu cür hallar baş verə bilər:
"Misal üçün, təhsil haqqının yanlışlıqla başqa kart hesabına köçürülməsi və ya səhv ünvana göndərilməsi mümkündür. Mən özüm də bir dəfə köçürəcəyim məbləği səhvən başqa hesaba yollamışam. Məbləğ çox cüzi olduğu üçün ciddi problem yaratmadı, amma bu hadisə yaddaşımda qaldı və indi köçürmələr zamanı xüsusi diqqət göstərirəm".
Onun sözlərinə görə, tələbələr onlayn ödənişlər zamanı xüsusilə diqqətli olmalıdırlar:
"Düşünürəm ki, bu problemi real olaraq yaşayan gənclərin sayı olduqca azdır. Çünki bugünkü tələbələr onlayn platformalarla, köçürmə xidməti göstərən tətbiqlərlə çox yüksək səviyyədə işləməyi bacarırlar. Bu cür yanlışlığa yol verənlərin sayı, məncə, ən yaxşı halda mində birdir".
Əlavə edib ki, bəzi hallarda yanlış köçürmə iddiası bəhanə kimi də istifadə oluna bilər:
"Təəssüf ki, pulu başqa məqsədlərə xərcləyib, sonradan yanlış köçürmə etdiyini iddia edənlər də olur. Halbuki hazırkı dövrdə hər şeyin izi qalır. Əgər doğrudan da yanlış köçürmə edilibsə, bu, ödəniş tarixçəsində görünür. Hətta bu mümkün olmasa belə, bank vasitəsilə məsələni müəyyənləşdirmək olar. Texniki detalları isə təbii ki, mütəxəssislər daha yaxşı bilirlər".
Elmin Nuri universitetlərin mövqeyinə də toxunaraq bildirib ki, bu kimi hallarla bağlı güzəşt gözləmək düzgün deyil:
"Universitetlərdə təhsil haqqının ödənilməsi ilə bağlı bu tip hallara görə hər hansı güzəşt nəzərdə tutulmur. Hüquqi baxımdan da yanlış köçürmə edən tələbənin universitetdən nəsə tələb etmək hüququ olduğunu düşünmürəm".
Mina Mikayılova Son.az
Bakıda fəaliyyət göstərən Hədəf Liseylərində rus bölməsi üzrə 1-ci
ABŞ Prezidenti Donald Tramp İranda hökumət əleyhinə etirazlar fonunda inte
Bakıda fəaliyyət göstərən "Pak Dad" restoranlar şəbəkəsi fə
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ölkədə etirazlarla
Pakistanın şimal-qərbində yerləşən Tank rayonunda polis avtomobilinə qar
NATO-ya məxsus kəşfiyyat təyyarəsi Avropadan havalanaraq Türkiyənin hava
"Öz aramızda" verilişinin qonağı olan Əməkdar artist Almaz Əl�
"YouTube" istifadəçilərinin qarşısına tövsiyələrdə gözləni
Azərbaycanda ev almaq üçün hərrac sistemi var.
Moldova Prezidenti Maya Sandu respublikanın suverenliyinin gələcəyi və Rum�
Bu gün İran Prezidenti Məsud Pezeşkian ölkəboyu davam edən etirazlara qar
Abşeron rayonunda alzheimer xəstəsi kişi itkin düşüb.
Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə
11 yanvar tarixində tanınmış vokal pedaqoqu, Ukraynanın Əməkdar artisti R
