“Ölmüsən?” adlı tətbiq Çində gündəm oldu
Digərləri 12 Yan 2026 23:35:00 77 0
Çində tək yaşayan şəxslər üçün nəzərdə tutulmuş "Sileme" (Ölmüsən?) adlı yeni mobil tətbiq sosial şəbəkələrdə və texnologiya dünyasında geniş müzakirələrə səbəb olub. Apple-ın ödənişli proqramlar siyahısında sürətlə birinci yerə yüksələn bu tətbiq, həm adı, həm də funksionallığı ilə diqqət çəkir.
Bu xəbəri də oxu: Tələbə dərs vaxtı öldü
Son.az xəbər verir ki, tətbiqin əsas məqsədi tək yaşayan insanların başına bədbəxt hadisə gəldikdə yaxınlarının bundan xəbər tutmasını təmin etməkdir.
İstifadəçilər hər gün tətbiqə daxil olaraq "sağ olduqlarını" təsdiqləməlidirlər.
Əgər istifadəçi bir neçə gün ard-arda tətbiqə daxil olmasa (yoxlamadan keçməsə), sistem avtomatik olaraq əvvəlcədən təyin edilmiş təcili əlaqə şəxslərinə bildiriş göndərir.
Tətbiqin Çin dilindəki adı olan "Sileme" (Ölmüsən?) bir çoxları tərəfindən "uğursuz" və "xoşagəlməz" adlandırılıb. İstifadəçilərin böyük bir qismi tərtibatçılara səslənərək adın "Huozheme" (Sağsan?) olaraq dəyişdirilməsini təklif edib. Tərtibatçılar bu təklifləri ciddi şəkildə dəyərləndirəcəklərini bildiriblər.
Maraqlıdır ki, tətbiqin hazırlanma xərci cəmi 1000 yuan (təxminən 140 dollar) olub. Lakin tətbiq artıq mənfəətə keçib.
Tətbiq 8 yuana (təxminən 1.10 dollar) satılır.
Tərtibatçılar şirkətin 10%-lik payını 1 milyon yuana satmağı planlaşdırırlar ki, bu da layihənin ümumi dəyərinin 10 milyon yuan (təxminən 1.4 milyon dollar) olduğunu göstərir.
Yalnız yaşlılar üçün deyil, eyni zamanda iş gərginliyi səbəbindən səhhətində qəfil problemlər yarana biləcək tək yaşayan gənclər üçün də bu tətbiqin həyati əhəmiyyət daşıdığı vurğulanır.
Lalə Qüdrətova Son.az
"Evdə tək" filmində canlandırdığı "Marv" obrazı ilə
Qlobal iqtisadiyyatdakı dalğalanmalar və geosiyasi gərginliklər fonunda mə
BMT-nin Baş katibi Antonio Quterreş İran hakimiyyətini maksimum təmkinlilik
Son.az Trend-də dərc olunmuş məqaləni təqdim edir:
Evinizdəki döşəmələrin ilk günkü kimi parıldamasını istəyirsinizsə,
İran hakimiyyəti ölkədəki etiraz aksiyaları faktını tanıyıb və nümay
Sosial şəbəkələrdə bəzi tələbələrin təhsil haqqını səhvən başq
Bakıda fəaliyyət göstərən Hədəf Liseylərində rus bölməsi üzrə 1-ci
ABŞ Prezidenti Donald Tramp İranda hökumət əleyhinə etirazlar fonunda inte
Bakıda fəaliyyət göstərən "Pak Dad" restoranlar şəbəkəsi fə
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ölkədə etirazlarla
Pakistanın şimal-qərbində yerləşən Tank rayonunda polis avtomobilinə qar
NATO-ya məxsus kəşfiyyat təyyarəsi Avropadan havalanaraq Türkiyənin hava
"Öz aramızda" verilişinin qonağı olan Əməkdar artist Almaz Əl�
