Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN
Digərləri 12 Yan 2026 13:36:00 82 0
Təyyarələrdə istifadə olunan kran suyunun sağlamlıq üçün ciddi risklər daşıdığına dair yeni araşdırma səyahətçilər arasında narahatlıq yaradıb. Alimlər dünyanın aparıcı aviaşirkətlərinə məxsus təyyarələrdəki suda nəcis mənşəli bakteriyaların aşkarlandığını bildiriblər.
Bu xəbəri də oxu: 2026cı ildə əsl sevgini tapacaq 5 BÜRC
Son.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, genişmiqyaslı tədqiqat uçuş zamanı çay və qəhvə kimi isti içkilərin belə təhlükəli ola biləcəyini üzə çıxarıb. Mütəxəssislər sərnişinlərə yalnız butulkada olan sudan istifadə etməyi, eləcə də təyyarə kran suyu ilə əlləri yumaqdan çəkinməyi tövsiyə edirlər.
Araşdırma "Qida, dərman və uzunömürlülük kimi" qeyri-kommersiya təşkilatı tərəfindən üç il ərzində aparılıb. Bu müddətdə 10 iri və 11 regional aviaşirkətə məxsus təyyarələrdən götürülən 35 mindən çox su nümunəsi laboratoriyada yoxlanılıb. Nəticələr göstərib ki, bir çox hallarda bu sular mədə-bağırsaq xəstəliklərinə səbəb ola biləcək dərəcədə çirklidir.
Mütəxəssislər xüsusilə tualetlərdəki gigiyenaya diqqət çəkərək bildiriblər ki, təyyarə çənlərində tez-tez patogen mikroorqanizmlər olur. Bu səbəbdən sərnişinlərə ən azı 60 faiz spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə etmək tövsiyə olunur.
Araşdırma çərçivəsində suyun keyfiyyəti 5 ballıq şkala üzrə qiymətləndirilib. Çirklənmə və qaydaların pozulmasına görə aviaşirkətlər bal itirib. Delta və Frontier ən yüksək - "A" qiyməti alıb. Southwest Airlines "C" dərəcəsi ilə orta səviyyədə qərarlaşıb. American Airlines, JetBlue və Spirit isə "D" risk qrupuna daxil edilib. Regional daşıyıcılar arasında Mesa Airlines "F", Republic Airways isə "D" ilə ən zəif nəticə göstərib.
Laboratoriya analizləri içməli suda qətiyyən olmamalı mikroorqanizmlərin mövcudluğunu da üzə çıxarıb. Nümunələrin 2,7 faizində koliform bakteriyaları, 21 aviaşirkət üzrə ümumilikdə 32 halda isə bağırsaq çubuğu aşkar edilib ki, bu da ciddi nəcislə çirklənməyə işarə edir.
Qeyd edək ki, ABŞ-da hələ 2011-ci ildə Təyyarədə İçməli Su Qaydaları qəbul edilib və aviaşirkətlərdən çənləri ildə dörd dəfə təmizləmək tələb olunur. Lakin hesabat müəllifləri EPA-nın bu qaydalara əməl olunmasına görə nadir hallarda real cərimələr tətbiq etdiyini vurğulayırlar.
Aviaşirkətlər isə təhlükəsizliyin prioritet olduğunu bildirirlər. American Airlines daxili yoxlamalarda ciddi pozuntu aşkarlanmadığını, JetBlue artıq butulkada suya keçdiyini, Spirit isə təmizlik sistemlərini daim yenilədiklərini açıqlayıb.
Buna baxmayaraq, alimlər sərnişinlərə risk etməməyi məsləhət görürlər. Onların sözlərinə görə, təyyarədə çay və qəhvə üçün istifadə olunan su eyni çənlərdən götürülür və çox vaxt bakteriyaları tam məhv edəcək temperaturda qızdırılmır.
Hüseyn Son.az
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) yeni Aparat rəh
Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən "Bon
"Əhliman müəllim demək olar ki, danışmır, bir kəlmə də kəsmir. B
"Guavalab" şirkətində işçilər kütləvi ixtisar edilib və əmə
Yanvarın 10-u Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerl
Yanvarın 13-də gözlənilən hava proqnozu açıqlanıb.
"Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru
Şamaxıda qeydə alınan zəlzələlər əhali arasında narahatlıq yaradıb.
Tədbirdə Zərdab rayonunda dövlət dəstəyi alətlərindən istifadə olunma
Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyado
"Kızılcık şerbeti" serialında məşhur aparıcı Saba Tümer də
Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan veril
Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma ba
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğu
Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti mə
