Abşeronda təhlükəli ərazi PLANA DÜŞDÜ yüksək məbləğdə kompensasiya ödəniləcək
Digərləri 12 Yan 2026 12:38:00 84 0
Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna yaxın böyük bir ərazi plana düşüb.
Bu xəbəri də oxu: Şimalqərb küləyi, qar... Sabahın HAVASI
Son.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb həmin ərazinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazının (CH4) aşkar edilməsi göstərilir.
Bununla əlaqədar sözügedən istiqamətdə kimin evi, həyətyanı sahəsi varsa, artıq həmin sakinlərdən müvafiq sənədlərin yığılmasına başlanılıb. Məlumata görə plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, plana düşən ərazilər Böyükşor-Pirşağı yeni avtomobil yolunun ətrafında yerləşir.
Xatırladaq ki, 27 noyabr 2025-ci ildə Abşeron rayonunun Məmmədli qəsəbəsində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazı (CH4) aşkar edilmişdi.
İlkin olaraq FHN, "Azəriqaz" İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib etmişdilər.
Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılıb və metan qazı aşkarlanmışdı. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılmışdı.
Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, FHN, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdı.
"Kızılcık şerbeti" serialında məşhur aparıcı Saba Tümer də
Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan veril
Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma ba
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğu
Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti mə
"1ST Construction" şirkətinin dövlət qarşısında külli miqdarda
Ötən il Bakının bütün rayonlarında torpaq sahələrinin qiymətində art�
Kanal S TV-də yayımlanan "Aysu ilə Şou" verilişinin aparıcısı
Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tut
Əməkdar artist Aybəniz Haşımova anası ilə bağlı paylaşım edib.
Son illər süni intellekt texnologiyalarının sürətlə yayılması və demə
Dünya şöhrətli aktyor Ceki Canın son açıqlaması geniş rezonans doğurub
