Yas məclisləri ilə bağlı QƏRAR


Digərləri 12 Yan 2026 12:24:00 68 0

Yas məclisləri ilə bağlı QƏRAR

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb. Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi haqqında məlumat yayıldı. Yasda, əsasən, təkcə çay süfrəsinə icazə verilir. Yas mərasimlərində təntənəli ehsan süfrələrinin ləğv edilməsi təqdirolunası bir qərardır. Maraqlıdır, bu qərar bütün ölkə üzrə şamil oluna bilərmi?

Son.az xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan İlahiyyatçı Ağa Hacıbəyli deyib ki, Azərbaycanda yas mərasimləri ilə bağlı son illər aparılan təbliğatın müsbət nəticələri tədricən özünü göstərir. Müxtəlif rayon və bölgələrdə bu mərasimlərin daha səliqəli, mədəni və israfdan uzaq keçirilməsi ilə bağlı xoş xəbərlər eşidilir:

Qeyd olunur ki, bu məsələnin tam şəkildə həlli yalnız qanunlarla mümkün deyil. Daha çox maarifləndirmə, düzgün izah və mədəni dəvət yolu ilə insanlar bu dəyərləri qəbul etməli və dərk etməlidirlər. Qanun vacib olsa da, insan onu anlayaraq qəbul etdikdə daha düzgün tətbiq edir. Eyni zamanda diqqətə çatdırılır ki, israf problemi təkcə yas mərasimləri ilə məhdudlaşmır. Toy məclislərində baş verən israf çox zaman yas mərasimlərində ediləndən qat-qat artıq olur. Əgər məqsəd doğrudan da israfın qarşısını almaqdırsa, bu məsələyə kompleks yanaşmaq və bütün mərasimləri əhatə edən islahatlara ehtiyac var.

Din xadimlərinin də bu mövzuda düzgün mövqe ortaya qoymasının vacibliyi vurğulanır. Bildirilir ki, Peyğəmbərimizin (s.ə.s) dövründə yas mərasimləri sadə formada, üç gün ərzində keçirilir, əsas diqqət isə yas sahibinə dəstək olmağa yönəlirdi. Zamanla formalaşan bəzi adətlərin bu mahiyyəti dəyişdirdiyi qeyd olunur. Ümid edirik ki, aparılan təbliğat və maarifləndirmə nəticəsində cəmiyyət bu dəyərləri yenidən mənimsəyəcək və yas mərasimləri öz mahiyyətinə uyğun şəkildə keçirilməyə başlayacaq", - ilahiyyatçı yekunlaşdırıb.

Tələbənin vəfatı ilə bağlı dövlət qurumları araşdırmaya başladı like
  • 12 Yan 12:19  
Digərləri Tələbənin vəfatı ilə bağlı dövlət qurumları araşdırmaya başladı

Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma ba

arrow Ətraflı
Elnur Qasımov müdir təyin olundu like
  • 12 Yan 12:15  
Digərləri Elnur Qasımov müdir təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğu

arrow Ətraflı
Ağadadaş Ağayevi döyən Nurəddin Cəlilov cəzadan azad olundu like
  • 12 Yan 12:10  
Kriminal Ağadadaş Ağayevi döyən Nurəddin Cəlilov cəzadan azad olundu

Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti mə

arrow Ətraflı
Tələbə dərs vaxtı öldü like
  • 12 Yan 12:07  
Digərləri Tələbə dərs vaxtı öldü

Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib.

arrow Ətraflı
Prezidentin sədrliyi ilə su təchizatı və tullantı sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib  FOTO like
  • 12 Yan 12:01  
Siyasət

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədr

arrow Ətraflı
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR like
  • 12 Yan 12:00  
Digərləri Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR

Ötən il Bakının bütün rayonlarında torpaq sahələrinin qiymətində art�

arrow Ətraflı
"Kişidən kiçik hədiyyə götürmürəm, maşın, ya ev OLMALIDIR" like
  • 12 Yan 12:00  
Şou-biznes "Kişidən kiçik hədiyyə götürmürəm, maşın, ya ev OLMALIDIR"

Kanal S TV-də yayımlanan "Aysu ilə Şou" verilişinin aparıcısı

arrow Ətraflı
Müsavat funksionerinin 26 yaşlı oğlu qəzada öldü like
  • 12 Yan 11:56  
Digərləri Müsavat funksionerinin 26 yaşlı oğlu qəzada öldü

Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində

arrow Ətraflı
Mənzurə Musayevanın  baş həkim qardaşı İŞDƏN ÇIXARILDI like
  • 12 Yan 11:22  
Şou-biznes Mənzurə Musayevanın baş həkim qardaşı İŞDƏN ÇIXARILDI

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tut

arrow Ətraflı
"Mənim uşaqlığım olmadı, vaxtından tez yaşlandım" like
  • 12 Yan 11:00  
Şou-biznes "Mənim uşaqlığım olmadı, vaxtından tez yaşlandım"

Əməkdar artist Aybəniz Haşımova anası ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Süni intellekt niyə pulsuzdur?  Görünməyən tərəflər like
  • 12 Yan 10:28  
Digərləri Süni intellekt niyə pulsuzdur? Görünməyən tərəflər

Son illər süni intellekt texnologiyalarının sürətlə yayılması və demə

arrow Ətraflı
500 milyonluq sərvətindən övladlarına 1 qəpik də verməyəcək like
  • 12 Yan 10:24  
Şou-biznes 500 milyonluq sərvətindən övladlarına 1 qəpik də verməyəcək

Dünya şöhrətli aktyor Ceki Canın son açıqlaması geniş rezonans doğurub

arrow Ətraflı
2026cı ildə əsl sevgini tapacaq 5 BÜRC like
  • 12 Yan 10:19  
Digərləri 2026cı ildə əsl sevgini tapacaq 5 BÜRC

2026-cı il bir çox bürc üçün emosional yenilənmə, taleyüklü tanışlı

arrow Ətraflı
Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq  Nazirlikdən XƏBƏRDARLIQ like
  • 12 Yan 10:15  
Digərləri Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq Nazirlikdən XƏBƏRDARLIQ

Pirəkəşkül və Ağdərədə 12-16 yanvar tarixlərində müddəti başa çat

arrow Ətraflı