İranda etirazlarda ölənlərin sayı 116 nəfərə çatdı


Digərləri 11 Yan 2026 10:20:00 90 0

İranda etirazlarda ölənlərin sayı 116 nəfərə çatdı

İranda hökumət əleyhinə aksiyalar artıq iki həftədir ki, davam edir və etiraz dalğası ölkənin çoxsaylı şəhərlərini əhatə edib. Baş verən qarşıdurmalar nəticəsində ölənlərin sayı 116 nəfərə yüksəlib.

Son.az xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) açıqlama yayıb. Bildirilir ki, etirazların 14-cü günündə yaşanan toqquşmalar zamanı həlak olanlar arasında 37 təhlükəsizlik əməkdaşı və 4 tibb işçisi də yer alır. Məlumata əsasən, hadisələr zamanı bir prokuror da həyatını itirib.

HRANA-nın məlumatında qeyd olunur ki, indiyədək 2600-dən artıq şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, 2638 nəfər isə saxlanılıb. İran rəsmiləri isə etirazlar zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı hələ rəsmi statistika açıqlamayıb.

Xatırladaq ki, agentlik bir gün əvvəl etirazlar nəticəsində ölənlərin sayının 66 nəfər olduğunu bildirmişdi.

Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında dükan sahiblərinin təşəbbüsü ilə başlayan etiraz aksiyaları qısa müddət ərzində ölkənin digər bölgələrinə də yayılıb.

İranın "Tasnim" agentliyi yanvarın 7-də yayımladığı məlumatda etirazlar zamanı 568 polis əməkdaşının və 66 Bəsic üzvünün yaralandığını açıqlasa da, ümumi itkilərlə bağlı dəqiq rəqəmlər təqdim etməyib.

Yanvarın 8-də Tehranda etirazların daha da şiddətlənməsi fonunda bəzi qrupların avtobusları, təcili tibbi yardım maşınlarını, eləcə də 24 yaşayış evi, 25 məscid, 2 xəstəxana və 26 bankı yandırdığı, vandalizm halları törətdiyi bildirilib.

Baş verən hadisələrdən sonra İran hökuməti ölkə üzrə internetə çıxışı müvəqqəti olaraq məhdudlaşdırıb.

Kənan Son.az

Niyə insanlar qazandığından artıq xərcləyir? like
  • 11 Yan 09:56  
Digərləri Niyə insanlar qazandığından artıq xərcləyir?

Maliyyə davranışı ilə bağlı araşdırmalar göstərir ki, insanların gə

arrow Ətraflı
Yaponiyada güclü zəlzələ oldu like
  • 11 Yan 09:30  
Dünya Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın şimal-şərq bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə al

arrow Ətraflı
Kanadada Tramp narahatlığı: Növbəti hədəf Ottavadır? like
  • 11 Yan 09:11  
Dünya Kanadada Tramp narahatlığı: Növbəti hədəf Ottavadır?

Kanada ABŞ Prezidenti Donald Trampın son vaxtlar atdığı aqressiv addımlar

arrow Ətraflı
Artıq pəncərələr "tərləməyəcək": Şüşələrə nə sürtmək lazımdır? like
  • 11 Yan 08:48  
Digərləri Artıq pəncərələr "tərləməyəcək": Şüşələrə nə sürtmək lazımdır?

Soyuq havalarda otaqdakı isti hava ilə soyuq pəncərə şüşəsi qarşılaş

arrow Ətraflı
Qazsız və elektriksiz isinmək mümkündür: Mənfi 20 dərəcədə belə evi isti saxlayan sistem like
  • 11 Yan 08:08  
Digərləri Qazsız və elektriksiz isinmək mümkündür: Mənfi 20 dərəcədə belə evi isti saxlayan sistem

Enerji xərclərinin artdığı bir dövrdə bir çox insan alternativ isinmə �

arrow Ətraflı
Mükəmməl qaynadılmış yumurtanın sirri: Peşəkarlar onu necə soyudur? like
  • 11 Yan 07:07  
Digərləri Mükəmməl qaynadılmış yumurtanın sirri: Peşəkarlar onu necə soyudur?

Çox vaxt yumurtanı qaynatdıqdan sonra sadəcə kənara qoyub soyumasını gö

arrow Ətraflı
Uşaqlarda qızdırma nə zaman təhlükəlidir? like
  • 11 Yan 05:05  
Digərləri Uşaqlarda qızdırma nə zaman təhlükəlidir?

Uşaqlıq dövründə tez-tez rast gəlinən hərarət təkcə uşağın bədə

arrow Ətraflı
Sobada tərəvəzli ət yeməyi: Pambıq kimi bişən dadlı resept like
  • 11 Yan 04:04  
Digərləri Sobada tərəvəzli ət yeməyi: Pambıq kimi bişən dadlı resept

Mətbəxdə çox vaxt itirmədən, lakin restorandakı kimi ləzzətli bir şam

arrow Ətraflı
Dünyada ən çox televizor satan like
  • 11 Yan 03:03  
Digərləri Dünyada ən çox televizor satan

"Samsung Electronics" şirkəti 2025-ci ilin üçüncü rübündə hə

arrow Ətraflı
Narın bu möcüzələri var like
  • 11 Yan 02:02  
Digərləri Narın bu möcüzələri var

Dadı və müalicəvi faydaları ilə dünyada getdikcə populyarlaşan bir meyv

arrow Ətraflı
Qəbizliyə səbəb olan like
  • 11 Yan 01:01  
Digərləri Qəbizliyə səbəb olan

Rusiyalı qastroenteroloq Anna Menşikova qəbizliyə səbəb olan gündəlik v�

arrow Ətraflı
Təbii qaz ödənişini azaldacaq 5 sadə radiator hiyləsi like
  • 11 Yan 00:54  
Digərləri Təbii qaz ödənişini azaldacaq 5 sadə radiator hiyləsi

Havaların soyuması ilə birlikdə artan təbii qaz ödənişləri bir çox ins

arrow Ətraflı
Bakıda yeni yol çəkilir  Sürücülərin işi asanlaşacaq like
  • 11 Yan 00:46  
Digərləri Bakıda yeni yol çəkilir Sürücülərin işi asanlaşacaq

Bakıda yeni yolun çəkilişinə hazırlıq işlərinə başlanılıb.

arrow Ətraflı
ABŞ İrana zərbə endirilməsi variantlarını müzakirə edir  KİV like
  • 11 Yan 00:39  
Dünya ABŞ İrana zərbə endirilməsi variantlarını müzakirə edir KİV

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı mümkün zərb�

arrow Ətraflı