Uşaqlarda qızdırma nə zaman təhlükəlidir?
Digərləri 11 Yan 2026 05:05:00 105 0
Uşaqlıq dövründə tez-tez rast gəlinən hərarət təkcə uşağın bədən temperaturunu deyil, valideynlərin narahatlıq səviyyəsini də artırır.
Bu xəbəri də oxu: İranda aksiya zamanı idmançı güllənərək öldürüldü
Son.az xəbər verir ki, Medipol Acıbadem Bölgə Xəstəxanasının Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssisi, uzman həkim Coşkun Saf bu mövzu ilə bağlı valideynlərə vacib tövsiyələr verib.
Həkimin sözlərinə görə, hərarətin dərəcəsindən xəstəxanaya müraciət vaxtına, antibiotik verilib-verilməməsindən evdə qulluğa qədər yaşanan qərarsızlıqlar prosesi daha da çətinləşdirir.
Qızdırmanın ölçüm yerindən asılı olaraq dəyişə biləcəyini bildirən Dr. Saf qeyd edib ki, uşaqlarda ümumi yanaşmaya görə 38 dərəcədən yuxarı bədən temperaturu qızdırma hesab olunur:
"Bədən temperaturunun ən dəqiq ölçümü rektal və ya ağızdan aparılan ölçümlərdir. Lakin praktikada bu üsullar çətin olduğu üçün daha çox qoltuq altı, dəri və qulaqdan ölçüm üsullarına üstünlük verilir. 5-6 aydan kiçik körpələrdə qulaqdan ölçüm uyğun deyil, bu yaş qrupunda qoltuq altı ölçümü tövsiyə olunur".
Hərarətin dərəcəsindən daha çox uşağın ümumi vəziyyətinin önəmli olduğunu vurğulayan həkim bildirib ki, hər qızdırma mütləq təhlükə əlaməti deyil:
"Əgər uşaq qidalanırsa, maye qəbul edirsə, oynayır, göz təması qurur və sosial reaksiyaları normaldırsa, qızdırmaya müəyyən həddə qədər icazə vermək olar. Hər qızdırmanı dərhal salmaq düzgün yanaşma deyil. Çünki müəyyən dərəcədə o, immun sisteminə müsbət təsir göstərir".
Dr. Coşkun Saf xüsusilə 3 aydan kiçik körpələrdə qızdırmanın ciddi qiymətləndirilməli olduğunu bildirib:
"Bu yaş qrupunda hərarət müşahidə edilərsə, vaxt itirmədən uşaq həkiminə müraciət olunmalıdır. Bundan əlavə, yüksək temperatur 3 gündən çox davam edərsə, şiddətli qusma, səpkilər, tənəffüs çətinliyi və ya qıcolma kimi əlamətlər yaranarsa, mütləq xəstəxanaya müraciət edilməlidir".
Mina Mikayılova Son.az
Mətbəxdə çox vaxt itirmədən, lakin restorandakı kimi ləzzətli bir şam
"Samsung Electronics" şirkəti 2025-ci ilin üçüncü rübündə hə
Dadı və müalicəvi faydaları ilə dünyada getdikcə populyarlaşan bir meyv
Rusiyalı qastroenteroloq Anna Menşikova qəbizliyə səbəb olan gündəlik v�
Havaların soyuması ilə birlikdə artan təbii qaz ödənişləri bir çox ins
Bakıda yeni yolun çəkilişinə hazırlıq işlərinə başlanılıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı mümkün zərb�
İllərdir müzakirə olunan "Pul xoşbəxtlik gətirirmi?" sualına e
Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovun ona aldığı
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ("Fred Asif" -
Evdə pizza hazırlayarkən ən çox rast gəlinən problemlərdən biri xəmiri
Son.az 11 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:
Naxçıvanın Aza kəndində qara canavarın görüntüləri yayılıb. Paylaş�
Gürcüstan dağlarında təxminən 20 xizəkçi və snoubordçudan ibarət qrup
ABŞ Prezidenti Donald Tramp İranda səngimək bilməyən etiraz aksiyaları fo
