Azərbaycanda görünən heyvan təəccüb doğurdu: Beləsi hələ olmayıb – VİDEO


Digərləri 10 Yan 2026 23:56:00 82 0

Azərbaycanda görünən heyvan təəccüb doğurdu: Beləsi hələ olmayıb – VİDEO

Naxçıvanın Aza kəndində qara canavarın görüntüləri yayılıb. Paylaşımı edən şəxs bildirib ki, bu heyvanı bölgədə ilk dəfə görür.

Qara canavar Naxçıvan faunası üçün yad heyvan sayılır?

Son.az xəbər verir ki, globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, canavar itkimilər fəsiləsinə aid olub Avrasiya materikində yayılmış bir növdür:

"Bu növün əsas xüsusiyyətlərindən biri coğrafi zonalara uyğun ölçü fərqidir. Yəni şimala doğru getdikcə canavarlar daha iri, cənuba və isti qurşaqlara doğru isə nisbətən daha kiçik ölçülü olurlar. Azərbaycanda canavarlar demək olar ki, nival və subnival qurşaqlar istisna olmaqla bütün ərazilərdə yayılıb. Onlar barədə səsləndirilən fikirlərin əksəriyyəti isə əfsanə xarakter daşıyır. Məsələn, canavarın boğaz və ya yeni doğulmuş heyvanlara toxunmadığı iddia edilir. Halbuki reallıqda canavar siçan və siçovuldan tutmuş boğaz, yeni doğulmuş heyvanlara qədər müxtəlif canlılarla qidalana bilir. Onun davranış sistemi kifayət qədər mürəkkəbdir. Bu xüsusiyyətlər təkamül prosesində formalaşan vərdişlər və qəbilə daxilindəki davranış modelləri ilə bağlıdır. Bütün bu xüsusiyyətlər təkamülün nəticəsidir".

Ekoloq bildirib ki, Azərbaycanda canavarlara tez-tez rast gəlinməsi ilə bağlı deyilənlər də düzgün izah edilməlidir:

"Canavar çox hərəkətli heyvandır. Bir gün ərzində Şəmkirdə, Gədəbəydə və Tovuzda görünməsi mümkündür. Gündə 100 kilometrə qədər məsafə qət edə bilər. O, bir yerdə sabit qalan heyvan deyil və yuva saldığı ərazidə ov etməməsi də yanlış şəkildə "humanistlik" kimi izah olunur. Əslində isə canavar yaxın ərazidəki heyvanları xəstə, halsız və ya boğazlıq dövründə ehtiyac yarandığı üçün "ehtiyat qida" kimi saxlayır, normal fiziki vəziyyətdə olduqda isə daha uzaq məsafələrdə ov edir. Heyvanlarla bağlı sosial şəbəkələrdə yayılan görüntülər və iddialar da çox vaxt şişirdilir. Məsələn, İsmayıllıda qəfəsdə saxlanılan maralın videosu və ya hər hansı bir yerdə tapılan heyvan skeletinin "naməlum canlı" kimi təqdim edilməsi daha çox media, sosial şəbəkə marketinqinin nəticəsidir.

Naxçıvanda görüldüyü deyilən qara canavar məsələsi isə xüsusilə şübhəlidir. Sözügedən videonun harada çəkildiyi belə dəqiq bilinmir. Davranış baxımından itlə canavar arasında böyük oxşarlıqlar var. Bu da təbiidir, çünki it canavarın əcdadıdır və genetik oxşarlıq 97-98 faiz təşkil edir. Videodakı heyvanın canavar olması şübhə doğurur. Təbiətdə qara rəngli canavarlara rast gəlinə bilər. Azərbaycanda isə əsasən boz rəngli canavarlar yayılıb. Qara canavarın ölkə ərazisində qeydə alınmış faktı yoxdur. Naxçıvanın təbiəti unikal olsa da, sözügedən heyvanın qara canavar olması ehtimalını real hesab etmirəm və daha çox itə bənzədiyi qənaətindəyəm".


Xəbərə aid foto

Gürcüstanda turistlər qar uçqunu altında qaldı like
  • 10 Yan 23:43  
Digərləri Gürcüstanda turistlər qar uçqunu altında qaldı

Gürcüstan dağlarında təxminən 20 xizəkçi və snoubordçudan ibarət qrup

arrow Ətraflı
Trampdan İrana yeni təhdid: "Müdaxiləyə hazırıq" like
  • 10 Yan 23:40  
Dünya Trampdan İrana yeni təhdid: "Müdaxiləyə hazırıq"

ABŞ Prezidenti Donald Tramp İranda səngimək bilməyən etiraz aksiyaları fo

arrow Ətraflı
Qəhvənin gözlənilməz faydası: Beynin yaşlanmasını ləngidir like
  • 10 Yan 23:38  
Digərləri Qəhvənin gözlənilməz faydası: Beynin yaşlanmasını ləngidir

Müntəzəm və ölçülü miqdarda qəhvə qəbulunun Alzheimer,Parkinson və

arrow Ətraflı
Pezeşkian ABŞni etirazçıları qızışdırmaqda ittiham edib like
  • 10 Yan 23:34  
Digərləri Pezeşkian ABŞni etirazçıları qızışdırmaqda ittiham edib

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ı ölkədəki etirazçıları sabitliyi

arrow Ətraflı
Süni intellekt öz istifadəçilərini "yeməyə" başlayıb: Rəqəmsal dünyanın yeni təhlükəsi like
  • 10 Yan 23:26  
Digərləri Süni intellekt öz istifadəçilərini "yeməyə" başlayıb: Rəqəmsal dünyanın yeni təhlükəsi

Süni intellekt texnologiyaları həyatımızı asanlaşdıran bir vasitə kimi

arrow Ətraflı
Dünyanın ən yaxşı konservləri açıqlandı like
  • 10 Yan 23:07  
Digərləri Dünyanın ən yaxşı konservləri açıqlandı

Məşhur ləzzət atlası "TasteAtlas" dünya mətbəxlərində fermen

arrow Ətraflı
Londonda etirazçılar İran səfirliyinin binasındakı bayrağı görün nə ilə əvəzlədilər like
  • 10 Yan 22:46  
Dünya Londonda etirazçılar İran səfirliyinin binasındakı bayrağı görün nə ilə əvəzlədilər

Londonda İran İslam Respublikasının səfirliyinin binasında etiraz aksiyas�

arrow Ətraflı
"Utanmırsan, adam bu qədər eqoist olmaz" like
  • 10 Yan 22:33  
Şou-biznes "Utanmırsan, adam bu qədər eqoist olmaz"

Müğənni Mənzurə Musayeva ona məktub yazan Əməkdar artist Nüşabə Ələ

arrow Ətraflı
Britni bir də ABŞdə konsert verməyəcək like
  • 10 Yan 22:09  
Şou-biznes Britni bir də ABŞdə konsert verməyəcək

Amerikalı müğənni Britni Spirs bir daha konsert verməyəcəyi ölkənin ad�

arrow Ətraflı
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub?  Rəsmi like
  • 10 Yan 21:55  
Digərləri Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? Rəsmi

Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı da�

arrow Ətraflı
Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi like
  • 10 Yan 21:53  
Digərləri Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi

Şəmkir rayonunda küçədə ictimai qaydanı pozan və söyüş söyən şəxs

arrow Ətraflı
Gövhər Rzayevanın sözlərinə dəstək oldu: "Xınanı evli qadın yaxar" like
  • 10 Yan 21:31  
Şou-biznes Gövhər Rzayevanın sözlərinə dəstək oldu: "Xınanı evli qadın yaxar"

Aparıcı Vüsalə Əlizadə Əməkdar artist Gövhər Rzayevanın "Xınan�

arrow Ətraflı
Masazırda yaşayış binasında yanğın  Sakinlər təxliyə olundu like
  • 10 Yan 21:19  
Digərləri Masazırda yaşayış binasında yanğın Sakinlər təxliyə olundu

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli y

arrow Ətraflı
İranın baş prokuroru etirazçıları ölümlə hədələdi like
  • 10 Yan 21:17  
Digərləri İranın baş prokuroru etirazçıları ölümlə hədələdi

İranın baş prokuroru Məhəmməd Mövahhedi Azad ölkədə artıq iki həftə

arrow Ətraflı