MDMdə rəhbərlik yeniləndi: Umeyra İbrahimova sədr oldu
Digərləri 08 Yan 2026 10:03:00 87 0
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-in Müşahidə Şurasında yeni təyinatlar həyata keçirilib.
Bu xəbəri də oxu: Bu ərazilərdə saat 10:00dan işıq kəsiləcək
Son.az MDM-ə istinadən xəbər verir ki, qərara əsasən, İbrahimova Umeyra Fərhad qızı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. U.İbrahimova bu təyinata qədər MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsində çalışıb və 2023-cü ilin mart ayından 07 yanvar 2026-cı il tarixinədək sözügedən vəzifəni icra edib.
U.İbrahimova 7 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr təhsilini fərqlənmə ilə başa vurub, 2010-cu ildə isə Macarıstanın Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetinin İqtisadiyyat fakültəsini magistr dərəcəsi ilə bitirib. Əmək fəaliyyətinə 2011-ci ildə "PAŞA Bank" ASC-də Xəzinədarlıq departamentində kiçik mütəxəssis kimi başlayıb, 2013-2022-ci illərdə bankda müxtəlif vəzifələrdə, o cümlədən Qlobal bazarlar şöbəsinin müdiri kimi çalışıb. Eyni zamanda, 2012-2016-cı illərdə "PAŞA Kapital investisiya şirkəti" QSC-də broker və diler kimi fəaliyyət göstərib. 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Mərkəzi Bankında Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunub.
Həmin tarixli digər qərara əsasən, Ağahüseyn Kamal oğlu Xudaverdiyev Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. A. Xudaverdiyev 08 may 2023-cü il tarixindən hazırkı təyinata qədər MDM-in İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarına əsasən, Əlizadə Elçin Ağaməmməd oğlu isə MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Elçin Əlizadə 2023-cü ilin mart ayından 2026-cı ilin yanvar ayınadək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop
ABŞ-nin Nyu-York Cənub Dairəsi Federal Məhkəməsində Venesuela Prezidenti
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Səyahət həvəskarları üçün maraqlı bir marşrut müəyyən edilib. Portu
Türkiyənin ən yaxşı universitetlərini müəyyən edən URAP (University Ra
Yumşaq biskviti və ipək kimi hamar kremi ilə klassikləşmiş bu şirniyyat
3-4 həftə ərzində müntəzəm və orta miqdarda tünd şokolad istehlakı qa
Narkotik istintaqı çərçivəsində saxlanılan fenomen Şeyma Subaşı şok e
Yeni il tətillərindən sonra gündəlik rejimin pozulması bir çox insanda yu
Son.az xəbər verir ki, tanınmış teleaparıcı və radio dj Yusif Ağayev M
ABŞ artıq Venesuela neftini qlobal bazarda satmağa başlayıb.
Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün i
