"Efirdə layiqsizlər daha çoxdur" Yusif Ağayev vacib suallardan yayındı
Şou-biznes 08 Yan 2026 01:08:00 102 0
Son.az xəbər verir ki, tanınmış teleaparıcı və radio dj Yusif Ağayev Moderator.az-ın suallarını cavablandırıb.
Bu xəbəri də oxu: Aparıcı Zauru belə susduran OLMAMIŞDI
-Yusif bəy, bu günlərdə doğma kanalınız olan ATV-də sizi yenidən aparıcı qismində gördük. Qonağınız da müğənni Elnur Məmmədov idi. Olmaya 2026-cı ildə efirə qayıdırsız? -Hər zaman efiri layiqli tərənnüm etməyə çalışdım. Bayağı, qondarma veriliş təqdim etmədim. Bunu ən birinci tamaşaçıya, daha sonra isə özümə rəva bilmədim. Əfsus ki, indi bunun tam əksini görürəm.
-Sualdan yayındınız... -Mənim üçün prioritet-savadlı musiqi, sənət fədaisi, dünyagörüşü yetərli olmaqdır.
-Yusif müəllim, çox böyük ustalıqla sualdan yayınırsınız. Sizi müğənni Elnur bəylə efirdə gördük. -Elnurun xətrini çox istəyirəm. Sənətinə, alicənablığına, şəxsiyyətinə böyük hörmətim var. Həm də axı o, nəhəng bəstəkar-Vaqif Gərayzadə məktəbi keçib.
-Belə başa düşdüm ki, bu sizin efirə qayıdışınızdır. -Elnurla əməkdaşlığımız da oldu. Musiqisi Emil Şahinə aid "Bilmirəm" adlı mahnının sözlərini yazdım. Elnur mahnını elə mükəmməl ifa etdi ki, özüm belə inanmadım ki, mahnının sözləri mənə aiddir. -Onda belə qənaətə gəlmək olarmı ki, dinləyiciləri yeni işbirliyi gözləyir? -Nəyin bahasına olursa-olsun, hər şeyi, hər addımımı reklam etməyi sevmirəm. Həyat da ani sürprizlərlə arasıra dolanda mənalı olur.-Çox nadir hallarda müsahibə verməyinizi bilirdim. Bəs sualdan yayınmağınızın səbəbi nədir? -Artıq elə bir dövrə gəlib çıxdıq ki, süni intellekt hər yerə hakim kəsilməyə başlayıb. İstədiyin verilişi müasir texnologiyanın köməyilə yaratmaq mümkündür. -Onda belə çıxır ki, sizi süni intellektdə görəcəyik? -(susur)
ABŞ artıq Venesuela neftini qlobal bazarda satmağa başlayıb.
Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün i
Xəbər verdiyimiz kimi, Aşıq Zülfiyyə İbadovanın ikinci nəvəsi dünyaya
Yeni açıqlanan beynəlxalq hesabatlara görə, insanların ən uzun ömür sü
Gündəlik qayğılar içində bəzən ən sadə xörəyin hazırlanması belə
Cəlilabad rayonunun Üçtəpə kəndində bədbəxt hadisə baş verib.
Son.az 8 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:
Uzun illərdir "dünyanın ən yaxşı hava limanı" ünvanını heç
Rusiya yük təyyarələri Tehrana eniş edib və İrandan xeyli miqdarda qızı
Məşhur "Karvan" musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qad�
ABŞ Prezidenti Donald Tramp amerikalı konqresmen Duqla Malfanın ölümü ilə
Azərbaycana Çindən 8 min ədəd tabutun gətirilməsi barədə sosial şəbə
