NATO baş komandanı Rusiya Baş Qərargah rəisi ilə Bakıda keçiriləcək görüşü barədə danışıb


Digərləri 17 Yan 2018 18:24:00 225 0

NATO baş komandanı Rusiya Baş Qərargah rəisi ilə Bakıda keçiriləcək görüşü barədə danışıb

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır.

Bakı. NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır. Trend-in məlumatına görə, bunu NATO-nun Hərbi komitəsinin sessiyası zamanı K.Skaparotti özü deyib. Onun sözlərinə görə, bu görüşün keçirilməsi ilə bağlı razılıq sentyabrda əldə olunub: “Hazırda bu görüş təşkil olunur”. Qeyd edək ki, bir müddət əvvəl Qərb mətbuatı Kertis Skaparotti ilə Valeri Gerasimovun 2018-ci ilin yanvarında Bakıda görüşəcəklərini bildirmişdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin