Ümummilli Lider Heydər Əliyevin anım günüdür


Siyasət 12 Dek 2025 00:00:00 52 0

Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 22 il keçir.

Son.az-ın məlumatına görə, Ümummilli Liderin xatirəsi Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə ehtiramla yad edilir.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.

1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Fəxri xiyabanda dəfn olunub.

“Sən çox gözəl görünürsən” like
  • 11 Dek 23:50  
Digərləri “Sən çox gözəl görünürsən”

İlk görüşə gedərkən hər bir kişi, təbii ki, yaxşı təəssürat yarat

arrow Ətraflı
"Vikpediyasında yazıb ki, məndən cavandır" like
  • 11 Dek 23:49  
Şou-biznes "Vikpediyasında yazıb ki, məndən cavandır"

"Bəzi müğənnilər var ki, vikpediyasında yazıb ki, məndən cavandır

arrow Ətraflı
Bakının 2 rayonunda qaz olmayacaq like
  • 11 Dek 23:47  
Digərləri Bakının 2 rayonunda qaz olmayacaq

Sabah paytaxtın iki rayonunda qaz təchizatı dayandırılacaq.

arrow Ətraflı
Pərvin evini göstərdi like
  • 11 Dek 23:36  
Şou-biznes Pərvin evini göstərdi

Aktrisa Pərvin Abıyevanın evindən görüntülər yayılıb.

arrow Ətraflı
Stomatologiyada təhsil alan Naaz tiktoker oldu  Dünyanı fəth edir like
  • 11 Dek 23:13  
Digərləri Stomatologiyada təhsil alan Naaz tiktoker oldu Dünyanı fəth edir

Sosial media və moda dünyasında sürətlə yüksələn adlardan biri olan, fa

arrow Ətraflı
Mandatı ləğv olunan deputat xadiməni məhkəməyə veribmiş like
  • 11 Dek 23:04  
Digərləri Mandatı ləğv olunan deputat xadiməni məhkəməyə veribmiş

Bu gün mandatı ləğv olunan Ali Məclisin 4 saylı Yengicə Seçki Dairəsini

arrow Ətraflı
Röya qardaşına bahalı maşın aldı like
  • 11 Dek 22:52  
Şou-biznes Röya qardaşına bahalı maşın aldı

Xalq artisti Röya Ayxan qardaşı İsmayıla bağışladığı hədiyyədən da

arrow Ətraflı
Azərbaycan Gürcüstan üçün vacib strateji tərəfdaşdır  Maka Boçorişvili like
  • 11 Dek 22:44  
Siyasət Azərbaycan Gürcüstan üçün vacib strateji tərəfdaşdır Maka Boçorişvili

Azərbaycan və Gürcüstanın hökumət başçılarının Aşqabaddakı görü�

arrow Ətraflı
Yanan binanın sakinlərinə kompensasiya verilib? like
  • 11 Dek 22:40  
Digərləri Yanan binanın sakinlərinə kompensasiya verilib?

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən və 3 nəfə

arrow Ətraflı
“Aygün Kazımova ilə illəri boşuna itirmişik” like
  • 11 Dek 22:32  
Şou-biznes “Aygün Kazımova ilə illəri boşuna itirmişik”

Xalq artisti Röya Ayxan Xalq artisti Aygün Kazımova ilə barışıqlarından

arrow Ətraflı
Bakıda ata qətlə yetirildi  19 yaşlı oğlu saxlanıldı like
  • 11 Dek 22:21  
Kriminal Bakıda ata qətlə yetirildi 19 yaşlı oğlu saxlanıldı

Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

arrow Ətraflı
Nadir ilk dəfə nəvəsini göstərdi like
  • 11 Dek 22:11  
Şou-biznes Nadir ilk dəfə nəvəsini göstərdi

Müğənni Nadir Qafarzadə ilk dəfə nəvəsini göstərib. 

arrow Ətraflı
Sinə xərçənginin də dərmanı tapıldı like
  • 11 Dek 22:00  
Digərləri Sinə xərçənginin də dərmanı tapıldı

Təhlükəli növ döş xərçənginin təkrarlanma riskini azaltmaq üsulu tap�

arrow Ətraflı