İlham Əliyev Lord Olderdaysı qəbul etdi FOTO


Siyasət 10 Dek 2025 12:46:00 54 0

İlham Əliyev Lord Olderdaysı qəbul etdi  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysı qəbul edib.

Son.az xəbər verir ki, Lord Olderdays Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə olunmasının tarixi əhəmiyyətinə toxunaraq, bu məsələdə Prezident Donald Trampın rolunu xüsusi vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi onun irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirdi və sülh şəraitinin regionun iqtisadi potensialının inkişafına töhfəsinə toxundu.

Prezident İlham Əliyev Azərbaycanla bp şirkəti arasında 30 ildən artıq davam edən uğurlu əməkdaşlığı qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, ticarət, investisiya, enerji, o cümlədən bərpaolunan enerji, müdafiə sənayesi, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edildi. İkitərəfli əlaqələrimizin dərinləşdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunuldu.

Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirak etməklə bu məsələyə töhfəsi məmnunluqla qeyd olundu.

MTKların tək provayder “qadağası” qanunsuzdur? – Ekspertdən mühüm açıqlama like
  • 10 Dek 12:22  
Digərləri MTKların tək provayder “qadağası” qanunsuzdur? – Ekspertdən mühüm açıqlama

Çoxmənzilli binalarda ən azı 3 fərqli provayderin xidmət göstərməsi abo

arrow Ətraflı
Onların məzuniyyəti 46 gün olacaq like
  • 10 Dek 12:03  
Digərləri Onların məzuniyyəti 46 gün olacaq

Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan

arrow Ətraflı
Qarsız qış sağlamlığımıza zərər vurur  Psixiatr like
  • 10 Dek 12:00  
Digərləri Qarsız qış sağlamlığımıza zərər vurur Psixiatr

"Qar olmayan qış əhval-ruhiyyəyə ikiqat zərbə vurur, çünki qar təbii i

arrow Ətraflı
Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı like
  • 10 Dek 11:58  
Siyasət Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı

Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniya səfəri çərçivəsində X

arrow Ətraflı
Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi həbs olundu like
  • 10 Dek 11:58  
Digərləri Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi həbs olundu

Bakı metrosunda qatarda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs

arrow Ətraflı
Şaxta baba olmaq istəyənlərin NƏZƏRİNƏ: bu qədər ödəməlisiniz like
  • 10 Dek 11:51  
Digərləri Şaxta baba olmaq istəyənlərin NƏZƏRİNƏ: bu qədər ödəməlisiniz

Yeni ilin rəmzi olan Şaxta baba bu bayram mövsümündə də paytaxt sakinlər

arrow Ətraflı
Əli Əsədov qərar imzaladı like
  • 10 Dek 11:50  
Digərləri Əli Əsədov qərar imzaladı

"Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət inf

arrow Ətraflı
“BakuBus” qadın sürücü ilə bağlı yayılan VİDEOya aydınlıq gətirdi like
  • 10 Dek 11:47  
Digərləri “BakuBus” qadın sürücü ilə bağlı yayılan VİDEOya aydınlıq gətirdi

Qadın sürücülərlə bağlı stereotipləri hələ tamamən adlamamış ictim

arrow Ətraflı
Xalq artisti titulu əlindən alınacaq like
  • 10 Dek 11:44  
Şou-biznes Xalq artisti titulu əlindən alınacaq

Federal Antikorrupsiya Layihəsinin rəhbəri Vitali Borodin SSRİ xalq artisti

arrow Ətraflı
Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zirvəsi”  FOTO like
  • 10 Dek 11:38  
Digərləri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zirvəsi” FOTO

Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və part

arrow Ətraflı
Tramp mitinqdən sonra məşhur rəqsini təkrarladı  VİDEO like
  • 10 Dek 11:23  
Dünya Tramp mitinqdən sonra məşhur rəqsini təkrarladı VİDEO

ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarların mitinqi zamanı iqt

arrow Ətraflı
Prezident Ksaba Leykonu qəbul edib  FOTO like
  • 10 Dek 11:18  
Siyasət Prezident Ksaba Leykonu qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da "Jo

arrow Ətraflı
Bir reklamdan 40 milyon qazandı like
  • 10 Dek 11:00  
Şou-biznes Bir reklamdan 40 milyon qazandı

Türkiyəli məşhur müğənni Ajda Pekkan yeni reklamın siması olub.

arrow Ətraflı