Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zirvəsi” FOTO


Digərləri 10 Dek 2025 11:38:00 65 0

Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zirvəsi”  FOTO

Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və partiyanın Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Heydər Əliyev zirvəsi" mövzusunda tədbir keçirilib. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

"Bakı KOB evi"ndə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir: "Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Əldə olunan uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüz və suverenliyimizin bərpası dayanır".

Tədbirin moderatoru, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva ölkəmizin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan danışıb. Z.Musayeva bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi adını tariximizə əbədi həkk etdirib: "Bu gün məhz Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yeni zirvələr fəth edir. Uzun illər həm iqtisadi, siyasi, hərbi, həm də diplomatik sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Vətən müharibəsində şanlı Qələbə qazandı, lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu".

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev xalqımızın tarixində silinməz iz qoymuş, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasətində öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə seçilən dahi şəxsiyyətdir. O.Məmmədov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan iqtisadiyyatını yeni fəlsəfi əsaslarla qurmasıdır: "Ümummilli Lider Heydər Əliyevin iqtisadi strategiyasında sahibkar və sahibkarlıq fəaliyyəti xüsusi rol oynayır. Ulu Öndər sahibkarlığı milli iqtisadi gücün əsas dayağı kimi qiymətləndirirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə ilk dəfə sahibkarlığın hüquqi bazası formalaşdı, özəl mülkiyyətin toxunulmazlığı, azad rəqabət, əlverişli investisiya mühiti, KOB-ların dəstəklənməsi kimi prinsiplər dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi". O.Məmmədov qeyd edib ki, bu gün Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan bütün mexanizmlər - investisiyaların təşviqi, güzəştli kredit mexanizmi, rəqəmsal xidmətlər və yeni iqtisadi yanaşmalar əsasında biznes mühitinin yaxşılaşdırılması məhz Ulu Öndərin əsasını qoyduğu təməl üzərində Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Tramp mitinqdən sonra məşhur rəqsini təkrarladı  VİDEO like
  • 10 Dek 11:23  
Dünya Tramp mitinqdən sonra məşhur rəqsini təkrarladı VİDEO

ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarların mitinqi zamanı iqt

arrow Ətraflı
Prezident Ksaba Leykonu qəbul edib  FOTO like
  • 10 Dek 11:18  
Siyasət Prezident Ksaba Leykonu qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da "Jo

arrow Ətraflı
Bir reklamdan 40 milyon qazandı like
  • 10 Dek 11:00  
Şou-biznes Bir reklamdan 40 milyon qazandı

Türkiyəli məşhur müğənni Ajda Pekkan yeni reklamın siması olub.

arrow Ətraflı
Sumqayıt Bulvarında təhlükəli dairə: sürücülər tələyə düşür like
  • 10 Dek 10:57  
Digərləri Sumqayıt Bulvarında təhlükəli dairə: sürücülər tələyə düşür

Sumqayıt Bulvarı ərazisindəki dairə sürücülər üçün təhlükəli vəz

arrow Ətraflı
Bakıda kafenin qarşısında dəhşətli QƏTL: "moyka" biznesi ölümlə bitdi like
  • 10 Dek 10:53  
Kriminal Bakıda kafenin qarşısında dəhşətli QƏTL: "moyka" biznesi ölümlə bitdi

2023-cü il dekabrın 27-də Bakının Nərimanov rayonunda bıçaqlanma hadisə

arrow Ətraflı
“Porsche”nin rəhbəri 82 yaşında dördüncü dəfə evləndi  FOTO like
  • 10 Dek 10:20  
Dünya “Porsche”nin rəhbəri 82 yaşında dördüncü dəfə evləndi FOTO

Almaniyanın məşhur lüks idman avtomobili istehsalçısı, "Porsche"

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs vəfat etdi like
  • 10 Dek 09:16  
Digərləri Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Meşə Təsərr

arrow Ətraflı
Azərbaycanda üç valyuta ucuzlaşdı  RƏSMİ like
  • 10 Dek 09:13  
Digərləri Azərbaycanda üç valyuta ucuzlaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Güllünün qızı like
  • 10 Dek 09:05  
Şou-biznes Güllünün qızı

Müğənni Güllünün qızı Tuğyan Ülkem Gülter və onun yaxın dostu Sulta

arrow Ətraflı
Əməkdar artistin işdən çıxan kapitan oğlu like
  • 10 Dek 08:08  
Şou-biznes Əməkdar artistin işdən çıxan kapitan oğlu

Xəbər verdiyimiz kimi, Əməkdar artist Yusif Mustafayevin kapitan oğlu Tərl

arrow Ətraflı
Belə zəngləri açanın "dünyası başına yıxılır" like
  • 10 Dek 08:07  
Digərləri Belə zəngləri açanın "dünyası başına yıxılır"

Telefon xəttinin o başında tanımadığınız bir nömrə. Bir toxunuşla aç

arrow Ətraflı
Sizi yolda qoya biləcək səhvlər like
  • 10 Dek 07:07  
Digərləri Sizi yolda qoya biləcək səhvlər

Avtomobil akkumulyatoru bir neçə səbəbdən tez sıradan çıxa bilər. Ən

arrow Ətraflı
Dünyanın ən sağlam qidası şüyüd imiş... like
  • 10 Dek 06:06  
Digərləri Dünyanın ən sağlam qidası şüyüd imiş...

Minlərlə qida məhsulunun qlobal analizindən sonra mütəxəssislər dünyan�

arrow Ətraflı