Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər FOTO
Digərləri 07 Dek 2025 17:04:00 81 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasına səfər çərçivəsində dekabrın 6-da paytaxt Dəkkə şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz qız uşaqları üçün müəssisəni ziyarət ediblər.
Bu xəbəri də oxu: Türkiyədə 4,6 ballıq zəlzələ oldu
Son.az xəbər verir ki, "Shorkari Shishu Poribar" (Dövlət Uşaq Evi) adını daşıyan bu müəssisənin rəhbərliyi və müəllim-tərbiyəçi heyəti qonaqlara qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, Banqladeş Sosial Xidmətlər İdarəsinin nəzdində fəaliyyət göstərən və müxtəlif mənbələrdən könüllü ianələr hesabına maliyyələşən müəssisədə 130-dan çox uşaq daimi əsasda yaşayır. Onlara təhsillə yanaşı, gələcək həyata hazır olmaları üçün peşə təlimləri keçirilir və iş bacarıqları öyrədilir.
Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaq evinin şəraiti və ehtiyacları, o cümlədən yataqxanası və tədris otaqlarının vəziyyəti ilə tanış olub, müəllim heyəti və uşaqlarla səmimi söhbət ediblər. Onlara Azərbaycan dövlətinin qlobal səviyyədə daim rəhbər tutduğu humanizm prinsipindən çıxış edərək Heydər Əliyev Fondu vasitəsilə müxtəlif ölkələrdə sosial layihələr həyata keçirdiyi barədə məlumat verilib, müəssisə ilə yardım proqramının icrası məsələsi müzakirə olunub.
Sonda uşaq evinin şagirdləri Azərbaycandan gələn qonaqlar qarşısında Banqladeş xalq mahnılarından və rəqslərindən ibarət proqramla çıxış ediblər.
Son günlər sosial şəbəkələrdə və həkimlər arasında "tox qarına
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ukraynada tez bir zamanda sülhə nai
Xəbər verdiyimiz kimi, dünən "Xəzər" Media Mərkəzinin (Xəzər
Abşeron rayonunda bir nəfər alıcı kimi mağazaya daxil olaraq orada olan q�
"Azərbaycanla əlaqələr bizim üçün çox önəmlidir".
Alimlər hüceyrələrin enerji mərkəzləri olan mitoxondriləri yeniləməyin
Fransanın kiçik bir kəndində aparılan arxeoloji qazıntılar zamanı Roma d
Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk l
Benində bir qrup hərbçi hakimiyyəti ələ keçirdiyini elan edib.
Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxan
Müğənni Natavan Həbibi sosial şəbəkə hesabında maraqlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
"Şipşirin" kimi təqdim edilməkdən narahat deyiləm, pis deyil. Am
