Yaşlı hüceyrələri yenidən cavanlaşdırmaq mümkün olacaq
Digərləri 07 Dek 2025 16:00:00 86 0
Alimlər hüceyrələrin enerji mərkəzləri olan mitoxondriləri yeniləməyin yeni üsulunu tapıblar. "Nanoflower" adlı texnologiya sayəsində sağlam kök hüceyrələrin istehsal etdiyi əlavə enerjinin, zədələnmiş və yaşlanmış qonşu hüceyrələrə ötürülməsi mümkün olub. Bu yenilik, gələcəkdə ürək, beyin və əzələ xəstəliklərinin müalicəsində tamamilə yeni bir mərhələ aça bilər.
Bu xəbəri də oxu: Pensiyalar bu tarixdə veriləcək
Son.az xəbər verir ki, insan orqanizmində əksər hüceyrələrin içində yerləşən mitoxondrilər yaş artdıqca sayca azalır, fəaliyyəti zəifləyir və zədələnir. Bu enerji istehsal edən strukturların gücünün düşməsi isə ürək-damar, sinir sistemi və əzələ xəstəliklərinin inkişafına səbəb olan əsas amillərdən biridir.
Yeni tədqiqatda alimlər yaşlanan hüceyrələri nə genetik müdaxilə, nə də dərman vasitələri olmadan aktivləşdirməyin yolunu tapıblar. Biotibbi mühəndis Axileş Gaharvar bu prosesi belə izah edir: "Biz sağlam hüceyrələri elə təlimləndirdik ki, zəifləmiş hüceyrələrlə əlavə enerji ehtiyatlarını bölüşə bilsinlər."
Tədqiqatçılar prosesin aktivləşməsi üçün "Nanoflower" - yəni nano çiçək formasında mikroskopik hissəciklərdən istifadə ediblər. Molybden disulfid maddəsindən hazırlanan bu nano çiçəklər hədəf toxumalarda toplanan zərərli oksigen molekullarını udmaq qabiliyyətinə malikdir.
Bu zərərli molekulların hüceyrə mühitindən təmizlənməsi kök hüceyrələrdə mitoxondri istehsalını artıran genlərin aktivləşməsinə səbəb olur. Nəticədə kök hüceyrələr adi vəziyyətdən dəfələrlə çox enerji istehsal etməyə başlayır.
Kök hüceyrələr təbii olaraq mitoxondri paylaşmaq xüsusiyyətinə malikdir. Lakin nanoflower texnologiyası bu prosesi gücləndirərək laboratoriya mühitində kök hüceyrələrin iki dəfə çox mitoxondri paylaşmasına səbəb olub.
Araşdırmanın əsas nəticələri belədir:
Ürək əzələsindəki hamar əzələ hüceyrələrində həyata keçirilən mitoxondri transferi canlılığı 3-4 dəfə artırıb.
Kimyaterapiyanın zədələdiyi ürək hüceyrələrində belə sağ qalma göstəriciləri xeyli yaxşılaşıb.
Zədələnmiş hüceyrələrin enerji səviyyəsi bərpa olunaraq daha sağlam fəaliyyət göstərməyə başladığı müşahidə edilib.
Alimlər hesab edir ki, bu üsul nəzəri olaraq orqanizmin istənilən bölgəsində yaşlanan hüceyrələri yeniləmək üçün istifadə oluna bilər. Məsələn:
Ürək xəstəliklərində birbaşa ürək əzələsinə, Əzələ kütləsinin azalması (muskulyar distrofiya) kimi problemlərdə birbaşa əzələlərə tətbiq edilə bilər.Tədqiqatçılardan Con Soukar bu metodun əhəmiyyətini belə dəyərləndirib: "Bu yanaşma çox sayda tibbi vəziyyətdə tətbiq oluna biləcək qədər ümidvericidir və biz hələ yolun başlanğıcındayıq."
Alimlər araşdırmanın erkən mərhələdə olduğunu etiraf etsələr də, əldə edilən nəticələr yaşlanan toxumaları orqanizmin öz bioloji mexanizmləri ilə "yenidən enerji yığmağa" imkan verə biləcəyini göstərir. Əgər bu təbii enerji paylaşma sistemi təhlükəsiz şəkildə dəstəklənə bilsə, gələcəkdə hüceyrə yaşlanmasının bəzi təsirlərini yavaşlatmaq, hətta qismən geri çevirmək mümkün ola bilər. Lalə Qüdrətova Son.az
Fransanın kiçik bir kəndində aparılan arxeoloji qazıntılar zamanı Roma d
Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk l
Benində bir qrup hərbçi hakimiyyəti ələ keçirdiyini elan edib.
Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxan
Müğənni Natavan Həbibi sosial şəbəkə hesabında maraqlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
"Şipşirin" kimi təqdim edilməkdən narahat deyiləm, pis deyil. Am
Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirz
Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm s�
Dekabrın 8-dı Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı
Bakıda restorana gedən müştərini artıq təkcə menyudakı qiymətlər yox,
ABŞ Prezidenti Donald Tramp bir sıra məşhura Kennedi Mərkəzinin medalını
Xəbər verdiyimiz kimi, Biləsuvarda "Lexus" markalı minik avtomobil
