Ev deyil, gizli bank imiş: Arxeoloji qazıntılarda 90 kilo sikkə tapıldı
Dünya 07 Dek 2025 15:00:00 86 0
Fransanın kiçik bir kəndində aparılan arxeoloji qazıntılar zamanı Roma dövrünə aid qədim bir evin döşəməsinin altında gizlədilmiş üç iri keramika qab aşkar edilib.
Bu xəbəri də oxu: ABŞnin yuxularını qaçıracaq görüntü Dron ordusu qurdu
Son.az xəbər verir ki, qablardan çıxan 1800 illik minlərlə Roma sikkəsi, həmin evin əslində gizli bir bank kimi istifadə olunduğunu ortaya çıxarıb.
Fransa Milli Qoruma Məqsədli Arxeoloji Tədqiqatlar İnstitutunun (INRAP) mütəxəssislərinin iştirakı ilə aparılan qazıntılarda Roma dövrünə aid böyük bir xəzinə gün üzünə çıxıb. Tapıntılar, o dövr insanlarının pullarını necə qoruduğunu və hansı qənaət üsullarından istifadə etdiyini anlamaq baxımından böyük əhəmiyyət daşıyır.
Qazıntı zamanı tapılan ilk qabın içindən təxminən 38 kilo ağırlığında, 23-24 min ədəd qədim Roma sikkəsi çıxıb. İkinci qab isə daha da ağır olub - 50 kilo ağırlığında sikkə ilə dolu olduğu müəyyən edilib və içində təxminən 18-19 min sikkə olduğu bildirilib. Üçüncü qab isə demək olar ki, boş olub, yalnız dibində bir neçə sikkə tapılıb.
Ümumi hesablamalara görə, aşkar edilən sikkələrin sayı 40 min ədədi keçib. Sikkələrin eramızın 280-310-cu illərinə aid olduğu, bəzilərinin isə o dövrdə müstəqil şəkildə hökm sürən Qalyalı İmperatorları təsvir etdiyi bildirilib.
Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk l
Benində bir qrup hərbçi hakimiyyəti ələ keçirdiyini elan edib.
Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxan
Müğənni Natavan Həbibi sosial şəbəkə hesabında maraqlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
"Şipşirin" kimi təqdim edilməkdən narahat deyiləm, pis deyil. Am
Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirz
Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm s�
Dekabrın 8-dı Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı
Bakıda restorana gedən müştərini artıq təkcə menyudakı qiymətlər yox,
ABŞ Prezidenti Donald Tramp bir sıra məşhura Kennedi Mərkəzinin medalını
Xəbər verdiyimiz kimi, Biləsuvarda "Lexus" markalı minik avtomobil
Müğənni Nicat Rəhimov "Şeron" qrupundan getməsindən danışıb.
