“Leyla Şıxlinskaya”nın əməkdaşları məhkəmə qarşısında


Digərləri 14 Noy 2017 14:56:51 205 0

“Leyla Şıxlinskaya”nın əməkdaşları məhkəmə qarşısında

"Leyla Şıxlinskaya" Klinikasında baş verən mənimsəmə və israf etmə cinayətində təqsirli bilinən bir qrup əməkdaşın barəsində olan cinayət işinin istintaqı tamamlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, "Leyla Şıxlinskaya" Klinikasının baş mühasibi vəzifəsində Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və klinikanın daha 3 sabiq işçisi Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə istintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.