Rusiya hökuməti Azərbaycandakı bankın səhmlərini aldı


Digərləri 14 Noy 2017 14:52:57 213 0

Rusiya hökuməti Azərbaycandakı bankın səhmlərini aldı

VTB Qrup Bank VTB-nin (Azərbaycan) səhmlərinin 99,99 faizinin alışı üzrə sövdələşməni yekunlaşdırıb.

Bakı. Azad Həsənli - VTB Qrup Bank VTB-nin (Azərbaycan) səhmlərinin 99,99 faizinin alışı üzrə sövdələşməni yekunlaşdırıb. Trend-in məlumatına görə, VTB Qrupa daxil olan "Bank VTB 24" "AtaHoldinq"in səhmlərinin 48,99 faizini alıb. Belə olan halda, Bank VTB-nin (Azərbaycan) səhmləri Bank VTB (51 faiz) və "Bank VTB 24" (48,99 faiz) arasında bölüşdürülüb. Bundan əvvəl VTB Qrupun baş ofisindən Trend-ə bildirmişdilər ki, səhmdarların tərkibində dəyişiklik Bank VTB-nin (Azərbaycan) fəaliyyətinə təsir etməyəcək.