Antalyada qasırğa - 40-a yaxın yaralı


Digərləri 14 Noy 2017 12:26:00 212 0

Antalyada qasırğa - 40-a yaxın yaralı

Türkiyənin Antalya vilayətinin bəzi rayonlarında qasırğa tüğyan edib

Bakı. Türkiyənin Antalya vilayətinin bəzi rayonlarında qasırğa tüğyan edib. Trend-in məlumatına görə, şiddətli yağıntı ilə müşayiət olunan qasırğa 38 nəfərin xəsarət almasına səbəb olub. Təbiət hadisəsi nəticəsində Kaş, Kemer və digər rayonlarda bir çox tikililərə ciddi ziyan dəyib. Xəsarət alanlar arasında xarici turistlərin olmadığı qeyd olunur.