İran-İraq sərhədində afterşoklar davam edir


Digərləri 14 Noy 2017 12:03:00 218 0

İran-İraq sərhədində afterşoklar davam edir

Ötən həftəsonu İran-İraq sərhədində baş vermiş dağıdıcı zəlzələdən sonra afterşoklar davam edir

Bakı. Ötən həftə sonu İran-İraq sərhədində baş vermiş dağıdıcı zəlzələdən sonra afterşoklar davam edir. Trend-in məlumatına görə, təkcə son 12 saat ərzində azı beş yeraltı təkan qeydə alınıb. Qeydə alınan afterşoklar Rixter cədvəli 3.9-4.6 bal gücündə olub. Qeyd edək ki, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda son məlumatlara görə ölənlərin sayı 450-yə yaxın olub. Yaralıların sayı 7 mindən çoxdur.