"Heç bir oğlan gələcək həyat yoldaşı ilə bu hərəkəti etməz..."


Digərləri 14 Noy 2017 10:36:00 214 0

"Heç bir oğlan gələcək həyat yoldaşı ilə bu hərəkəti etməz..."

AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, fəlsəfə doktoru, ilahiyyatçı Elvüsal Məmmədovun gənc cütlüklərlə bağlı yazdığı status sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Son.az qafqazinfo-ya istinadən ilahiyyatçının qalmaqallı statusunu təqdim edir:

"Bu gün işə gələrkən akademiya binasının sağında yerləşən ağaclıqda iyrənc mənzərənin şahidi oldum. Bir-birinə yaxın iki skamyanın hər birində cütlüklər əyləşib öz aləmlərində idilər. Məni ilk andan dəhşət bürüdü ki, insan həya hissindən nə qədər uzaq olsun ki, başqasının yanında utanıb-qızarmadan, bivecliklə bu işi görsün. Görün bizdə həya hissi, xüsusilə bir çox oğlanlarda o qədər azalıb ki, onlar heç bir narahatlıq keçirmədən qız müqabilləri ilə hamının gözü qarşısında tərbiyəsizlik edirlər. Mənəvi-əxlaqi aşınma olmaqla yanaşı, "girlfrend və boyfrend" xəstəliyinin cəmiyyətdə yayılmağının, özü də heç bir qınaq və müqavimətə rast gəlmədən yayılmağının ağrılı-acılı göstəricisidir bu!