Bakıda kafedə dava: 2 nəfər bıçaqlanıb


Digərləri 14 Noy 2017 08:52:00 280 0

Bakıda kafedə dava: 2 nəfər bıçaqlanıb

Yaralılardan birinin vəziyyəti ağırdır

Bakının Sabunçu rayonu ərazisində kütləvi dava zamanı bıçaqlanma olub.

Son.az "Report"a istinadən bildirir ki, 1987-ci il təvəllüdlü İsmayılov Mahir Etibar oğlu və 1987-ci il təvəllüdlü Paşayev İlham Ədil oğlu Balaxanı qəsəbəsində yerləşən "Qartal" kafesində tanıdıqları şəxslərlə əlbəyaxa dava ediblər. Nəticədə M.İsmayılovun boğaz və bədən nahiyələrinə 3 bıçaq, İ.Paşayevin isə boğaz, bədən və ayaq nahiyələrinə 6 bıçaq zərbəsi vurulub. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, M.İsmayılovun vəziyyəti ağırdır. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.