İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 05 Dek 2025 09:31:00 44 0

İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Son.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusuna həsr olunmuş III beynəlxalq konfransda ürəkdən salamlayıram.

Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra - 1905-1907, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.

Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.

Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir.

Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.

Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.

Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır.

2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır.

İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır.

Artıq beynəlxalq platformaya çevrilən bu ənənəvi beynəlxalq konfransın işinə uğurlar arzulayır, keçiriləcək müzakirələrin mədəni irsin qorunmasına və qayıdış hüququ barədə anlaşmaya, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə qayıdışına töhfə verəcəyinə, barışıq və sülhə aparan yolda mühüm addım olacağına əminliyimi bir daha vurğulayıram".

Xalq artisti xəstəxanaya yerləşdirildi like
  • 05 Dek 09:25  
Şou-biznes Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti Şamil Süleymanovun səhhətində problem yaranıb.

arrow Ətraflı
QAİ tərəfindən III Beynalxalq Konfrans öz işinə başlayıb like
  • 05 Dek 09:23  
Digərləri QAİ tərəfindən III Beynalxalq Konfrans öz işinə başlayıb

Qərbi Azərbaycan İcması tərəfindən "Mədəni və Qayıdış Hüququ

arrow Ətraflı
4 nəfərin həlak olduğu yanğından görüntülər like
  • 05 Dek 09:22  
Digərləri 4 nəfərin həlak olduğu yanğından görüntülər

Xəbər verdiyimiz kimi, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, &quo

arrow Ətraflı
"Yəqin ki, müğənni olardım" like
  • 05 Dek 09:16  
Şou-biznes "Yəqin ki, müğənni olardım"

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti

arrow Ətraflı
Hava Limanı yolunda sürət həddi endirildi like
  • 05 Dek 09:15  
Digərləri Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

arrow Ətraflı
Dubaya uçan təyyarə Bakıda təcili eniş etdi like
  • 05 Dek 09:09  
Digərləri Dubaya uçan təyyarə Bakıda təcili eniş etdi

Bu gün "FlyDubai" aviaşirkətinə məxsus "Boeing 737" tip

arrow Ətraflı
Yanğında xəsarət alanların son like
  • 05 Dek 09:03  
Digərləri Yanğında xəsarət alanların son

Bu gün saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi

arrow Ətraflı
Dəhşətli yanğında ölənlərin ikisi like
  • 05 Dek 09:00  
Digərləri Dəhşətli yanğında ölənlərin ikisi

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1"

arrow Ətraflı
Bakıda dəhşətli YANĞIN: 4 ölü var like
  • 05 Dek 08:55  
Digərləri Bakıda dəhşətli YANĞIN: 4 ölü var

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massi

arrow Ətraflı
Üzə dolğu etdirənlərə xəbərdarlıq: Kor ola bilərsiniz like
  • 05 Dek 08:41  
Digərləri Üzə dolğu etdirənlərə xəbərdarlıq: Kor ola bilərsiniz

Elm adamları üz nahiyəsinə dolğu etdirən şəxsləri ciddi fəsadlar barə

arrow Ətraflı
"Həmin toyda yetim kimi bir qıraqda qaldım" like
  • 05 Dek 07:07  
Şou-biznes "Həmin toyda yetim kimi bir qıraqda qaldım"

Müğənni Zeynəb Həsəni maraqlı açıqlaması ilə gündəm olub. Son.az

arrow Ətraflı
Alimlər çuğundurun inanılmaz faydasını aşkarladı like
  • 05 Dek 06:06  
Digərləri Alimlər çuğundurun inanılmaz faydasını aşkarladı

Britaniyalı tədqiqatçılar çuğundurun damar, ürək və beyin sağlamlığ�

arrow Ətraflı
Yatmazdan əvvəl bu qidaları yeyin like
  • 05 Dek 05:05  
Digərləri Yatmazdan əvvəl bu qidaları yeyin

Yatmazdan əvvəl yağsız zülal, çobanyastığı çayı və qoz-fındıq qəb

arrow Ətraflı
Adi görünən gündəlik vərdiş təhlükənin xəbərçisi ola bilər like
  • 05 Dek 04:04  
Digərləri Adi görünən gündəlik vərdiş təhlükənin xəbərçisi ola bilər

Nevroloq ayağı masa altında tərpətmək vərdişinin səbəbini açıqlayıb

arrow Ətraflı
32 yaşlı qadının qəhvə içdikdən sonra ürəyi dayandı like
  • 05 Dek 03:03  
Digərləri 32 yaşlı qadının qəhvə içdikdən sonra ürəyi dayandı

32 yaşlı qadın arıqladıcı qəhvə içdikdən sonra infarkt keçirərək in

arrow Ətraflı