Kiberhücum cəhdinin qarşısı alındı Mənzillərin seçimi uğurla başa çatdı


Digərləri 04 Dek 2025 19:56:00 71 0

Kiberhücum cəhdinin qarşısı alındı  Mənzillərin seçimi uğurla başa çatdı

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 627 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə satışı prosesinə 03.12.2025-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq şəffaf şəkildə həyata keçirilmişdir.

Bu xəbəri də oxu: Sabahın tibbimeteoroloji PROQNOZU

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, ilk mənzil seçimi 21-ci saniyədə baş tutub. Bu saata olan məlumata görə seçilmiş 627 mənzilin 584-ü üzrə vətəndaşların ərizələri elektron qaydada imzalanaraq uğurla təqdim edilmişdir.

Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "AzInTelecom" MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilmişdir. Mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş, lakin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilmiş təhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərin qarşısı uğurla alınmışdır. Vətəndaşlar "Güzəştli mənzil" sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və təlimata uyğun istifadə etməli və onun işinə qanunsuz kibermüdaxilə cəhdlərindən çəkinməlidirlər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri sayəsində bu qəbildən olan cəhdlər operativ şəkildə aşkarlanır, neytrallaşdırılır və sistemin təhlükəsiz fəaliyyəti daimi nəzarətdə saxlanılır.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi "Güzəştli mənzil" sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirmişdir.

Ermənistanda hərbi xidmət müddəti azaldılır like
  • 04 Dek 19:51  
Digərləri Ermənistanda hərbi xidmət müddəti azaldılır

Ermənistan parlamenti "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqq

arrow Ətraflı
Sabahın tibbimeteoroloji PROQNOZU like
  • 04 Dek 19:48  
Digərləri Sabahın tibbimeteoroloji PROQNOZU

Dekabrın 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
"Survivor 2026"  iştirakçıları bəlli oldu  FOTO like
  • 04 Dek 19:30  
Şou-biznes "Survivor 2026" iştirakçıları bəlli oldu FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi

arrow Ətraflı
Bakıda vəkilə hücum edib xəsarət yetirdilər  FOTO like
  • 04 Dek 19:23  
Digərləri Bakıda vəkilə hücum edib xəsarət yetirdilər FOTO

Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.

arrow Ətraflı
İş adamının qızı qəfil vəfat etdi like
  • 04 Dek 19:21  
Digərləri İş adamının qızı qəfil vəfat etdi

Tanınmış iş adamı Rüfət Şirinovun qızı qəfil vəfat edib.

arrow Ətraflı
Qonşudan hamilə qalan bacısını bıçaqlayan şəxsə ağır cəza verildi like
  • 04 Dek 18:48  
Kriminal Qonşudan hamilə qalan bacısını bıçaqlayan şəxsə ağır cəza verildi

Goranboy rayonunda 1993-cü il təvəllüdlü Fərman Qarayev qısqanclıq zəmi

arrow Ətraflı
Leylinin sevgilisindən kövrək paylaşım like
  • 04 Dek 18:42  
Digərləri Leylinin sevgilisindən kövrək paylaşım

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Bakıda yaşadığı evin hamamında 18

arrow Ətraflı
Gələn il maaşımızdan nə qədər vergi tutulacaq? like
  • 04 Dek 18:21  
Digərləri Gələn il maaşımızdan nə qədər vergi tutulacaq?

Milli Məclisin plenar iclasında çıxışı zamanı maliyyə naziri Sahil Baba

arrow Ətraflı
“Arka Sokaklar” serialının aktyoru VƏKİL OLDU like
  • 04 Dek 18:15  
Şou-biznes “Arka Sokaklar” serialının aktyoru VƏKİL OLDU

"Arka Sokaklar"ın ulduzu Kerimhan Duman (Tunç) ali təhsilini tamaml

arrow Ətraflı
Magistralda “protiv” gedən sürücü həbs edildi  VİDEO like
  • 04 Dek 17:55  
Digərləri Magistralda “protiv” gedən sürücü həbs edildi VİDEO

Bakıda nəqliyyatın hərəkət axınına əks istiqamətdə gedən sürücü h

arrow Ətraflı
Mebel alqısatqısı adı altında 12 min manatlıq dələduzluq like
  • 04 Dek 17:46  
Digərləri Mebel alqısatqısı adı altında 12 min manatlıq dələduzluq

Sumqayıt şəhərində dələduzluq faktları qeydə alınıb.

arrow Ətraflı
ATƏTdə mühüm açıqlama: Bakı və İrəvan arasında münasibətlər sıfırdan qurulur like
  • 04 Dek 17:43  
Siyasət ATƏTdə mühüm açıqlama: Bakı və İrəvan arasında münasibətlər sıfırdan qurulur

Ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post

arrow Ətraflı
Bəzi meyvələrin parıldama səbəbi bilindi  Üstünə görün nə çəkirlərmiş like
  • 04 Dek 17:30  
Digərləri Bəzi meyvələrin parıldama səbəbi bilindi Üstünə görün nə çəkirlərmiş

"İdxal olunan meyvələrin parlaq görünməsi təsadüfi deyil. Bu parı

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs cərimələndi like
  • 04 Dek 17:25  
Digərləri Azərbaycanda vəzifəli şəxs cərimələndi

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsind

arrow Ətraflı