Mastercard açıq dövrəli nəqliyyat ödənişləri ilə Azərbaycanda mobilliyin gələcəyinə töhfə verir
Digərləri 04 Dek 2025 13:10:00 56 0
Bakı, Azərbaycan - 21 noyabr 2025-ci il - Mastercard Azərbaycan ictimai nəqliyyat sisteminin open-loop ödənişlər üçün transformasiyasına başlanılması fonunda şəhər mobilliyinin gələcəyinin formalaşdırılmasına töhfə verir. Bakı metropolitenində kartla ödənişlərin istifadəyə verilməsi ilə şəhər qlobal miqyasda tanınan fasiləsiz və ağıllı mobillik modelinə doğru mühüm addım atır.
Bu xəbəri də oxu: Çox az istifadə olunur amma ən faydalı tərəvəzdir
Mastercard mobillik sahəsində innovasiyalar üzrə on ildən artıq qlobal təcrübəyə malikdir. Şirkətin open-loop ödəniş sistemləri hazırda dünyanın 300-dən çox şəhərində, o cümlədən İstanbul, London, Amsterdam, Sinqapur, Nyu-York, Sidney və Milanda fəaliyyət göstərir. Bu sistemləri birləşdirən əsas məqsəd - şəhərlər üzrə hərəkəti maksimum sadə və rahat etməkdir.
Açıq dövrəli (Open Loop) sistemin üstünlükləri
Ənənəvi qapalı dövrəli sistemlərdə sərnişinlər ayrıca nəqliyyat kartı almalı və onu mütəmadi olaraq balansla doldurmalıdır. Açıq dövrəli model isə istifadəçilərə öz mövcud debet və ya kredit kartlarından, telefonlarından və ya geyilə bilən cihazlarından rahatlıqla istifadə etməyə imkan verir. Əlavə kart almağa ehtiyac yoxdur; sadəcə kartı və ya telefonu validatora yaxınlaşdırmaq kifayətdir. Bu, vaxt itkisinin və vəsait itirmək riskinin qarşısını alır, həm yerli sərnişinlər, həm də şəhərə gələn turistlər üçün prosesi maksimum sadələşdirir.
Qlobal təsir və uğurlu nümunələr
Mastercard-ın açıq dövrəli həlləri artıq dünyanın bir çox aparıcı şəhərlərində səmərəni artırıb:
• London - təmassız ödənişlərin dominant üsula çevrildiyi ilk şəhərlərdən biri; gündəlik milyonlarla əməliyyat və azalan idarəetmə xərcləri. • Hollandiya - ölkə üzrə vahid açıq sistem sayəsində sərnişinlər qatar, avtobus və tramvayda eyni kartdan istifadə edə bilir. • Sinqapur - Yerüstü Nəqliyyat İdarəsinin Mastercard ilə əməkdaşlığı bütün əsas nəqliyyat növlərində rahat ödəniş imkanları yaradıb. • Türkiyə - son illərdə kartla nəqliyyat ödənişlərinin genişlənməsi təmassız əməliyyatların artımına mühüm töhfə verib.Hollivud ulduzu Ancelina Colinin rol aldığı "Sanni" filminin çəki
Dekabrın ilk günlərində Əkizlər bürcündəki dolunay güclü təsirini g�
Venesuela Prezidenti Nikolas Maduronun ABŞ lideri Donald Trampla telefon danı�
Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı yaranmış vəz
Kanal D-də yayımlanan Eşref Rüya serialında 24-cü bölümün ən çox dan�
Azərbaycanda bir sıra universitet, məktəb və kurslarda bayramla bağlı iş
Azərbaycan hüquqi dövlətdir və burada məsuliyyət yalnızhüquq çərçiv�
Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Şarl Peronun
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük
Yeni il gecəsinə hələ 1,5 ay qalmasına baxmayaraq, məşhur sənətçiləri
Müğənni Aysun İsmayılova görünüşü ilə bağlı edilən iradlara münas
Külli miqdarda dələduzluq etməkdə ittiham olunan "Zamin Əmlak Agentli
