İlham Əliyev BƏƏ Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib


Siyasət 02 Dek 2025 11:04:00 36 0

İlham Əliyev BƏƏ Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, mətndə deyilir:

"Əziz Qardaşım,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin qətiyyətli liderliyiniz altında ölkədə aparılan irimiqyaslı quruculuq işlərini, möhtəşəm və nümunəvi inkişafı görməkdən böyük sevinc duyuruq. Bütün bunlar Sizin çoxşaxəli fəaliyyətinizin, müdrik rəhbərliyinizin, Vətənə və xalqa yorulmadan göstərdiyiniz xidmətin bəhrəsidir.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr xalqlarımız arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimada, anlaşmaya və dəstəyə əsaslanır. Ötən dövr ərzində bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə çatması məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, görüşlər, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Sentyabr ayında Sizin Azərbaycana rəsmi səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına yeni təkan vermişdir. Səfər çərçivəsində imzalanmış bir sıra sənədlər, xüsusilə də "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə" dövlətlərarası əlaqələrimizi daha yüksək pilləyə qaldırmış, əməkdaşlığımızın ənənəvi sahələri ilə yanaşı yeni istiqamətlər üzrə də birgə fəaliyyətimizi genişləndirmişdir. Eyni zamanda səfər zamanı işğaldan azad olunmuş Qarabağ regionunu ziyarət etməyiniz xüsusi rəmzi məna daşıyır və biz bunu qardaşlığımızın və həmrəyliyimizin bariz nümunəsi olaraq dəyərləndiririk.

Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq geniş gündəliyə malikdir. İqtisadi-ticari, neft-qaz, bərpaolunan enerji, investisiya, rəqəmsallaşdırma və digər sahələrdə səmərəli birgə fəaliyyətimiz uğurla inkişaf edir.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək əməkdaşlığımızın dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl olaraq və uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim firavanlıq və rifah arzulayıram".


Xəbərə aid fotolar

Prezident Laos liderinə təbrik məktubu göndərib like
  • 02 Dek 11:02  
Siyasət Prezident Laos liderinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonq

arrow Ətraflı
“Avant Qrup” MTKdan ev alanlar ƏDVni 3 ildir geri ala bilmir – like
  • 02 Dek 11:00  
Digərləri “Avant Qrup” MTKdan ev alanlar ƏDVni 3 ildir geri ala bilmir –

Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında yerləşən "Avant Qrup

arrow Ətraflı
"Antiinhisar" suya görə məcburi göstəriş verdi like
  • 02 Dek 10:55  
Digərləri "Antiinhisar" suya görə məcburi göstəriş verdi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA) su t�

arrow Ətraflı
Pul verin başqasının "Whatsapp" yazışmalarını oxuyaq  Bakıda qəribə xidmət  FOTO like
  • 02 Dek 10:52  
Digərləri Pul verin başqasının "Whatsapp" yazışmalarını oxuyaq Bakıda qəribə xidmət FOTO

Azərbaycanda "Whatsapp" yazışmalarının oxunması xidməti təqdim

arrow Ətraflı
Tanınmış rus reperə cinayət işi açıldı like
  • 02 Dek 10:40  
Şou-biznes Tanınmış rus reperə cinayət işi açıldı

Rusiyada "xarici agent" siyahısına daxil edilən məşhur reper Face

arrow Ətraflı
13 yaşlı qızın evdən meyiti tapıldı like
  • 02 Dek 10:36  
Digərləri 13 yaşlı qızın evdən meyiti tapıldı

Paytaxtın Binəqədi rayonunda mənzildən məktəbli qızın meyiti tapılıb.

arrow Ətraflı
Banklardan yeni dollar fırıldağı  diqqətli olun! like
  • 02 Dek 10:31  
Digərləri Banklardan yeni dollar fırıldağı diqqətli olun!

Son aylar üzərində möhür olan ABŞ valyutası qəbul edilmir və hər 100 d

arrow Ətraflı
"Əlimyandı"dan maşın aldı, altı "yamaq" çıxdı  VİDEO like
  • 02 Dek 10:20  
Digərləri "Əlimyandı"dan maşın aldı, altı "yamaq" çıxdı VİDEO

Bakıda "Əlimyandı" adı ilə avtomobil satan salonların birindən

arrow Ətraflı
Dövlət qurumu LƏĞV EDİLDİ  Vasif Talıbovun qərarı ilə yaradılmışdı like
  • 02 Dek 10:19  
Digərləri Dövlət qurumu LƏĞV EDİLDİ Vasif Talıbovun qərarı ilə yaradılmışdı

Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib.

arrow Ətraflı
Metroda ölüm hadisəsi oldu like
  • 02 Dek 10:12  
Digərləri Metroda ölüm hadisəsi oldu

Bakı sakini metroda ölüb.

arrow Ətraflı
Ər idmançı arvadını məhkəməyə verdi: uzun illər DÖYÜLÜB like
  • 02 Dek 10:10  
Digərləri Ər idmançı arvadını məhkəməyə verdi: uzun illər DÖYÜLÜB

Ölkədə məişət zorakılığı ilə bağlı daha bir qalmaqallı hadisə gen

arrow Ətraflı
"Zelenski bu həftə istefa verməlidir"  Əmr gəldi like
  • 02 Dek 10:09  
Dünya "Zelenski bu həftə istefa verməlidir" Əmr gəldi

Rada Zelenskiyə bu həftə istefa verməyi əmr etdiyini açıqlayıb.

arrow Ətraflı
Bakının iki rayonunun bəzi ərazilərində üç gün su olmayacaq like
  • 02 Dek 09:39  
Digərləri Bakının iki rayonunun bəzi ərazilərində üç gün su olmayacaq

Dekabrın 3-5-də Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilər

arrow Ətraflı
Yumurtanı soyuducuda tərs saxlayın  Görün nə olacaq like
  • 02 Dek 09:38  
Digərləri Yumurtanı soyuducuda tərs saxlayın Görün nə olacaq

Yumurtanı soyuducuda saxlama forması onun təravətinə təsir edir.

arrow Ətraflı