Həmin şəxslər yüksək məbləğlə vaxtından əvvəl pensiyaya çıxa bilər Yeni qaydanın İZAHI


Digərləri 02 Dek 2025 10:28:00 47 0

Həmin şəxslər yüksək məbləğlə vaxtından əvvəl pensiyaya çıxa bilər  Yeni qaydanın İZAHI

"Nazirlər Kabineti "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda edilən yeni dəyişiklikləri təsdiq edib.

Son.az xəbər verir ki, bu dəyişiklik bir qrup şəxsə yüksək məbləğlə vaxtından əvvəl pensiyaya çıxmaq imkanı yaradıb.

""Əmək pensiyaları" haqqında Qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan siyahıda azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Lakin bunun üçün vətəndaşdan arayış tələb olunur və bəzən həmin müəssiələrin bağlanmış olması arayış almağı mümkünsüz edirdi.

Yeni dəyişikliyə əsasən, qeyd edilən səbəbdən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq. Bu zaman, güzəştli sahədə iş stajının hesablanması isə "Əmək və Məşğulluq" altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən aparılacaq. Bununla yanaşı, əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən də təyinat mümkün olacaq.

Güzəştli şərtlər ilə pensiya hüququ olan vətəndaşımızın əvvəllər işlədiyi iş yeri bağlanıbsa və arayış ala bilmirsə yeni qaydalardan sonra əmək kitabçasında qeyd və ya arxiv sənədi ilə təyinat mümkün olacaq.

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını isə aşağıdakı cədvəldə təqdim edirik. Əgər sizin çalışdığınız sahə aşağıda qeyd olunan siyahıda yer alıbsa, yuxarıda sadalanan hüquqdan istifadə imkanınız vardır. 

1. Dağ-mədən işləri

1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması

1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər

a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr

b) yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri

c) şaxtaların, şaxtaidarə hüquqlu şaxtaların, mədənlərin və mədən axtarışlarının rəhbərləri:

baş mühəndislər

baş mexaniklər

baş energetiklər

direktorlar, rəislər

ç) il ərzində (hesablanma dövründə) yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular

qazölçənlər

geoloji işlərdə dağ-mədən fəhlələri

markşeyder işlərində dağ-mədən fəhlələri

karotajçılar

bərkidicilər

avadanlıqların quraşdırılması, sökülməsi, təmiri və sazlanması ilə məşğul olan fəhlələr və mütəxəssislər

gövdələrin, şurfların və qaldırıcı maşınların xidməti və avadanlığın təmiri üzrə işlərdə məşğul olan növbətçi elektrik çilingərləri (çilingərlər) geoloqlar

sahə geoloqları

baş geoloqlar

geofiziklər

hidrogeoloqlar

şaxta tikintilərində və onlara bərabərləşmiş idarələrdə baş mühəndislər, istehsalat, yeraltı tikinti və təhlükəsizlik texnikası üzrə onların müavinləri (köməkçiləri)

baş markşeyderlər, onların müavinləri

şaxta tikintilərində və onlara bərabərləşmiş idarələrdə baş mexaniklər, onların müavinləri (köməkçiləri)

şaxtadaxili (şaxtada) nəqliyyat dispetçerləri

dağ-mədən dispetçerləri

dağ-mədən işlərində müdirlər

yeraltı partlayıcı materiallar anbarlarının müdirləri

istehsalat, təhlükəsizlik texnikası, texnologiya (baş texnoloqlar), buruqpartlayıcı (buruq, partlayıcı) işləri, ventilyasiya, yeraltı nəqliyyat üzrə baş mühəndislərin müavinləri (köməkçiləri)

şaxtalarda, şaxtaidarə hüquqlu idarələrdə, mədənlərdə və mədən axtarışlarında istehsalat üzrə (şaxta tikintisində) direktor müavinləri (köməkçiləri)

baş mexaniklərin, baş energetiklərin müavinləri (köməkçiləri) növbələrdə məşğul olan mühəndislər

yeraltı şəraitdə iş görən sazlama və sınaq üzrə mühəndislər (aparıcı, 1-ci, 2-ci dərəcəli və dərəcəsiz)

yeraltı işlərdə-şaxtalarda, mədənlərdə və mədən axtarışlarında texniki dağ sahə inspektorları

markşeyderlər

sahə markşeyderləri

suboşaltma, rabitə və hava təsərrüfatı üzrə işlərdə məşğul olan ustalar

dağ-mədən istehsalat sahələrinin ustaları

nəzarət ustaları (böyük ustalar)

istehsalat sahələrinin ustaları

mexaniklər (böyük mexaniklər, növbə mexanikləri)

qaldırıcı qurğular üzrə mexaniklər (qaldırma üzrə mexaniklər)

şaxta qazma (dağ sexi) rəisləri, onların müavinləri (köməkçiləri)

növbə rəisləri

şaxta tikinti və ona bərabər tutulan idarələrin rəisləri, onların istehsalat və yeraltı tikinti üzrə müavinləri (köməkçiləri)

sahə rəisləri, onların yeraltı şəraitdə iş görən müavinləri

dağ-mədən normalaşdırıcıları

dağ-mədən sahə normalaşdırıcıları

yeraltı şəraitdə sazlama və sınama işləri görən bütün ixtisaslar üzrə texniklər (1-ci, 2-ci dərəcəli və dərəcəsiz)

texniki rəhbərlər, onların müavinləri (köməkçiləri)

yeraltı işlərdə xronometrajçılar

elektriklər (böyük elektriklər)

elektrik mexanikləri (böyük elektrik mexanikləri)

energetiklər (böyük energetiklər)

d) il ərzində (hesablanma dövründə) yeraltı şəraitdə iş görən idarələrin, partiyaların, kontorların və s. müəssisə və təşkilatların, onların filiallarının rəhbərləri, mütəxəssisləri:

baş mühəndislər, onların istehsalat üzrə müavinləri (köməkçiləri)

baş markşeyderlər, onların müavinləri

baş mexaniklər, onların müavinləri

baş energetiklər, onların müavinləri

əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə dağ-mədən mühəndisləri

sahə markşeyderləri

ustalar, dağ-mədən ustaları

mexaniklər

idarə (partiya, kontor, müəssisə və filial) rəisləri, onların istehsalat üzrə müavinləri

sahə rəisləri, onların müavinləri (köməkçiləri)

dağ-mədən sahə normalaşdırıcıları

elektrik mexanikləri

energetiklər

e) tam iş günü ərzində yer altında olmaqla, yuxarıda göstərilən fəhlə və qulluqçulara xidmətlə məşğul olan bütün işçilər (yeraltı tibb məntəqələrinin tibbi personalı, yeraltı telefon rabitə işçiləri və s.) [3]

1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər

a) fəhlələr:

armaturçular

betonçular

şpur qazmaçıları

partladıcılar

avtomobil sürücüləri (özüboşaldanların)

yeraltı dağ-mədən fəhlələri

izolyasiyaçılar

bərkidicilər

bucurğadçılar

buldozer maşinistləri

qazma qurğularının maşinistləri

kran maşinistləri (krançılar)

motovoz maşinistləri

nasos qurğularının maşinistləri

yükvuran maşınların maşinistləri

yeraltı özüyeriyən maşınların maşinistləri

"kor" gövdələrdə məşğul olan qaldırıcı maşınların maşinistləri

qaldırıcı səyyar dəzgahlarının maşinistləri

keçid komplekslərinin maşinistləri

skreper maşinistləri

skreperli bucurğadların maşinistləri

keçidlərdə məşğul olan birçalovlu ekskavatorların maşinistləri

elektrovozların maşinistləri

keçiddə məşğul olan ventilyasiya qurğularının motorçuları

keçidçilər

partlayıcı materialları paylayanlar

gövdəçilər

transportyorçular

naxışdöyənlər

elektrik qaz qaynaqçıları

keçiddə məşğul olan yarımstansiyalara xidmət üzrə elektrik montyorları avtomatlaşdırılmış və yarımavtomatlaşdırılmış maşınlarda elektrik qaynaqçıları

əl ilə qaynaqda elektrik qaynaqçıları

yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər)

b) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr:

növbə rəisləri

idarə rəisləri, onların istehsalat, yeraltı tikinti üzrə müavinləri sahə rəisləri, onların müavinləri (köməkçiləri)

şaxta rəisləri, onların müavinləri (köməkçiləri)

dağ-mədən normalaşdırıcıları

texniki rəhbərlər, onların müavinləri (köməkçiləri)

baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini

baş markşeyderlər, onların müavinləri

baş mexaniklər, onların müavinləri

baş energetiklər, onların müavinləri

yeraltı sahələrin dağ-mədən işləri üzrə mühəndisləri

bütün adda markşeyderlər

sahələrin dağ-mədən ustaları

növbə mexanikləri

yeraltı sahələrin mexanikləri

yeraltı sahələrin texnikləri

yeraltı sahələrin elektrik mexanikləri, onların müavinləri (köməkçiləri)

yeraltı sahələrin energetikləri

keçiddə məşğul olan dağ-mədən avadanlığının quraşdırıcıları markşeyder işlərində dağ-mədən fəhlələri

1.1.3. 150 metr və aşağı olan dərinlikdə faydalı qazıntıların hasilatı üzrə kəsiklər (karxanalar) və mədənlər

tam iş günü ərzində kəsiklərdə, karxanalarda və mədənlərdə məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (yer səthində məşğul olanlardan başqa)

1.1.4. Dağ mumunun (boz kömür mumu) və ozokeritin istehsalı

a) fəhlələr:

dağ mumunun istehsalı aparatçıları

tökücü maşınların maşinistləri

ozokeritin əllə tökülməsi ilə məşğul olan fəhlələr

b) mütəxəssislər:

bu siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar

1.1.5. Dağ xilasedici hissələr (stansiyalar)

a) fəhlələr:

respiratorçular

şaxtalarda (mədənlərdə) nümunə götürənlər

b) rəhbərlər və mütəxəssislər (komanda heyəti):

tağım komandirləri, onların müavinləri (köməkçiləri)

manqa komandirləri, onların müavinləri (köməkçiləri)

dəstə komandirləri, onların müavinləri (köməkçiləri)

məntəqə komandirləri, onların müavinləri (köməkçiləri)

1.2. Açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri

1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər

a) fəhlələr:

kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər

torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikonlarda və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri

quyupartlatma işləri

bütün adalarda aparatçılar

bunkerçilər

şpur qazmaçıları

vaqonetçilər

hava-kanat yolu vaqonetçiləri

partladıcılar

texnoloji prosesdə dağ-mədən kütləsinin nəqli ilə məşğul olan avtomobil sürücüləri

dağ-mədən kütləsinin yüklənməsi ilə məşğul olan yükləyicilərin sürücüləri

laylarda yükboşaldıcılar

hidromonitorçular

istehsalat sahələrində, həmçinin nümunələr seçilməsi və partladıcı materialların çatdırılması üzrə markşeyder və geoloji işlərdə məşğul olan bütün adlarda dağ-mədən fəhlələri

şadaraçılar

yuxarıda sadalanan qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilər

son hala çatdıranlar

baltasalanlar

möhkəmləndirici materialları şaxtaya daşıyanlar

dragerçilər

qlauber duzunun hasilatı üzrə drenajçılar

doğrayıcılar

qazmaçılar

slyuda tədarükçüləri

açma və təmizləmə işlərində məşğul olan yerqazanlar

daş mişarlayıcıları

daşyonanlar

xəndək qazanlar

plitə və blok doğrayanlar

konsentratorçular

depoda parovoz ocaqçıları

bərkidicilər

dəmirçilər - buruq dolduranlar

lampaçılar

bucurğadçılar

kəsmələrdə və karxanalarda məşğul olan lent yığışdırıcıları

lyukçular

partlatma ustaları

draq matrosları

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan avtoqreyder maşinistləri

buldozer maşinistləri, o cümlədən yanan terrikonların və şaxtaların süxur laylarında kəsmələrdə, zənginləşdirmə və briket fabriklərində sökmə və söndürmə işləri ilə məşğul olanlar

düzəldilmə-altsalma-tamamlama maşınlarının maşinistləri

düzəldilmə-altsalma-hamarlama maşınlarının maşinistləri

qazma qurğularının maşinistləri

titrəmə yükləyici qurğuların maşinistləri

kəsmələrdə, ortaq kömür anbarlarında və laylarda məşğul olan yol-nəqliyyat maşınlarının maşinistləri

draqa maşinistləri

doğrayıcı-yükləyici aqreqatların maşinistləri

doğrayıcı qurğu maşinistləri

üzən özüyeriməyən torpaqsoran alətlərin maşinistləri

torpaqsoran qurğu maşinistləri

daşkəsən maşın maşinistləri

konveyer maşinistləri

avtomobil kranlarının maşinistləri

kran maşinistləri (krançılar)

kratser maşinistləri

dəyirman maşinistləri

drenaj işlərində məşğul olan nasos qurğularının maşinistləri

lay yaradanların maşinistləri

lay körpüsünün maşinistləri

lay kotanlarının maşinistləri

buxar maşınlarının və lokomobillərin maşinistləri yükləyici-sona çatdırıcı maşınların maşinistləri

yükləyici maşınların maşinistləri

qüllə, dirək və şaxta qaldırıcılarının maşinistləri

qaldırıcı maşın maşinistləri

qaldırıcı-səyyar taxtabəndlərin maşinistləri

yolçəkənin maşinistləri

yolqaldıranın maşinistləri

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan geniş izli yolçəkənlərin maşinistləri

hamarlayıcı maşın maşinistləri

skreper maşinistləri

skreperli bucurqad maşinistləri

slyudadan lövhə düzəldən maşınların maşinistləri

kəsmələrdə və karxanalarda məşğul olan qaryığan və yol yığışdıran maşınların maşinistləri

çeşidləmə maşınlarının maşinistləri

dartıcı aqreqat maşinistləri

tam kəsikli şaxta gövdəsini qazmaq üzrə qurğuların maşinistləri

kəsmələrdə və karxanalarda məşğul olan nəqliyyat vasitələrinin emalı üzrə qurğuların maşinistləri

kəsmələrdə və karxanalarda qabaritsiz dağ-mədən kütləsinin dağıdılması üzrə qurğuların maşinistləri

slyudanı parçalama üzrə qurğunun maşinistləri

frezaqreqat maşinistləri

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan xopper-dozatorların maşinistləri

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan şpalvuran maşın maşinistləri

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan çınqıltəmizləyən maşın maşinistləri

ekskavator maşinistləri

dağ-mədən avadanlığının quraşdırıcıları

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan yol montyorları

mexaniki kürəklərin motorçuları

metalın ayrılması üzrə yuyucu cihazların motorçusu

tayvuranlar

dağ-mədən qazıntılarını yığanlar

ozokerit istehsalında məşğul olan əmtəə operatorları

çevirib boşaldanlar

nümunəgötürənlər

kiçiklitrajlı draqaların maşinistləri

geoloji nümunələrin yuyucuları

yer səthi işlərində qazmaçılar

nasosçular-skrubberçilər

çeşidləyicilər

yer səthində məşğul olan gövdəçilər

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan traktorçular

slyudanın qablaşdırılması ilə məşğul olan qablaşdırıcı-yığıcılar

hidromis qurğuların sementləşdiriciləri

şlisləyicilər

şlüzçülər

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan dispetçer avadanlığının və teleavtomatikanın elektrik montyorları

dispetçer

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan kontakt şəbəkələrinin elektrik montyorları

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan telefon rabitə xətt qurğularının və radiolaşdırmanın elektrik montyorları

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan elektrik ötürücü hava yollarının təmiri üzrə elektrik montyorları

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan rabitə elektrik montyorları

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan siqnalizasiya, mərkəzləşmə və bloklama qurğularının elektrik montyorları

növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)

b) rəhbərlər və mütəxəssislər

kəsmələrin, karxanaların, axtarış mədənlərinin, hidravlik və yuyucu cihazların, şaxtaların tikintisindəki sənaye meydançalarının, mədənlərin, kəsmələrin, kəsmə idarələrinin, karxanaların, draqaların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların, şaxtaların, kəsmələrin, karxanaların şaxtaların və mədənlərin səthindəki işlər:

geofiziklər

istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər

yeraltı şəraitdə işləri yerinə yetirən dağ-mədən mühəndisləri (aparıcı, 1-ci və 2-ci dərəcəli və dərəcəsiz)

sahə markşeyderləri

qazma buruq ustaları

qazma buruq sahə ustaları (böyük ustalar)

dağ-mədən ustaları

kəsmələrdə, karxanalarda və laylarda məşğul olan yol ustaları

nəzarətçi ustalar (böyük ustalar)

avadanlığın təmiri üzrə ustalar (böyük ustalar)

istehsalat sahələrinin ustaları (böyük ustalar) mexaniklər, böyük mexaniklər

draqa rəisləri

növbə rəisləri

sahə rəisləri, onların müavinləri (köməkçiləri)

sex

(dağ-mədən) rəisləri, onların müavinləri (köməkçiləri)

iş icraçıları, bövük iş icraçıları, onların müavinləri (köməkçiləri)

elektrik mexanikləri

energetiklər

sahə elektrikləri

1.2.2. Kömürün yeraltı qazlaşdırılması üzrə yer səthində işlər

a) fəhlələr:

kömürün yeraltı qazlaşdırılmasında, kükürd təmizləyici, qaz-generator, qazüfürücü və buruq qazma sahələrində (sexlərində) məşğul olan fəhlələr

b) rəhbərlər və mütəxəssislər:

qaz-generator, qazüfürücü və kükürd təmizləyici sahələrin (sexlərin) ustaları

qaz-generator, qazüfürücü və kükürd təmizləyici sahələrin (sexlərin) mexanikləri

növbə rəisləri

1.2.3. özül materialının hasilatı, yenidən emalı və nəql edilməsi

a) fəhlələr:

bunkerçilər

hava-kanat yolu vaqonetçiləri

partladıcılar

karxanalarda məşğul olan avtomobil (yük) sürücüləri

dağ-mədən fəhlələri

şadaraçılar

dozalaşdırıcılar

doğrayıcılar

qazmaçılar

sındırıcı çəkiclə işləyən qazmaçılar

bucurğadçılar

lyukçular

partladıcı ustalar

buldozer maşinistləri

qazma qurğu maşinistləri

konveyer maşinistləri

dəyirman maşinistləri

hidroözül üçün qarışdırıcı qurğu maşinistləri

ekskavator maşinistləri

b) mütəxəssislər:

karxanalarda məşğul olan sahə ustaları

doğrayıcı fabriklərin, sahələrin (sexlərin) ustaları

1.2.4. inersiyalı toz istehsalı

a) fəhlələr:

toz boşaldıcıları

mexaniki daşınmada məşğul olan dağ-mədən fəhlələri

doğrayıcılar

qazma qurğu maşinistləri

konveyer maşinistləri

dəyirman maşinistləri

qaldırıcı maşın maşinistləri

quruducu quru maşinistləri

tayvuranlar

nümunə götürənlər

növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)

b) mütəxəssislər

doğrayıcı, üyüdücü və quruducu sexlərin ustaları, böyük ustalar

1.2.5. Dağ mumu (boz kömür mumu), boz kömür və ozokeritin bazasında reagentlərin istehsalı

a) fəhlələr:

ozokerit və ozokerit məhsulu istehsalının aparatçıları

reagent istehsalının aparatçıları

xammal və yanacaqla bağlı işlərdə məşğul olan yükləyicilər

doğrayıcılar

konveyer maşinistləri

quruducu qurğuların maşinistləri

təmirçi çilingərlər

növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)

b) rəhbərlər və mütəxəssislər

növbə rəisləri

sex rəisləri və onların müavinləri

ustalar, böyük ustalar

avadanlığın təmiri üzrə ustalar, böyük ustalar mexaniklər

1.3. Geologiya kəşfiyyat işləri (yerüstü)

ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər

2. Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması[4]

2.1. Aqlomerasiya, briketləşdirmə, kəsəkləmə filizlərin və filiz olmayan qazıntıların yandırılması

a) fəhlələr:

aqlomeratçılar

isti aqlomeratın və okatışların verilməsində məşğul olan bunkerçilər

vaqrançılar

isti aqlomerat boşaldıcıları

toz boşaldıcıları

qazçılar

aqlomerasiyada və yandırmada ocaqçılar

şadaraçılar-qarışdıncılar

doğrayıcı bölmələrdə doldurulma ilə məşğul olan dozalaşdırıcılar

istiqayıtma dolaşdırıcıları

isti aqlomeratın doğranmasında məşğul olan doğrayıcılar

vaqrankaların və sobaların yükləyici-boşaldıcıları

isti aqlomeratın və okatışların nəql edilməsində məşğul olan konveyerlərin maşinistləri

isti aqlomeratın və okatışların nəql edilməsində məşğul olan kranların maşinistləri (krançılar)

soyuducuların maşinistləri

isti aqlomeratda məşğul olan atılan novalçanın maşinistləri

filiz tozunun tərkibində 2% və daha çox kristallik (sərbəst) silisium 4-oksidi olan işlərdə və isti qayıtmada işləyən qarışdırıcı barabanların maşinistləri

söndürücü vaqonların elektrovozlarının maşinistləri

kürəçilər

filizlərin və filiz olmayan qazıntıların tozunun tərkibində 2% və daha çox kristallik (sərbəst) silisium 4-oksidi olan xəritə işlərində məşğul olan fəhlələr: bunkerçilər, şadaraçılar

dozalaşdırıcılar, doğrayıcılar, dəyirmanların maşinistləri, konveyerlərin maşinistləri, qidalandırıcıların maşinistləri, xəlitəçilər

qara metal filizlərinin, filiz olmayan qazıntıların və kimya-mədən xammalların tozlarında 2% və daha çox kristallik (sərbəst) silisium 4-oksidi olan parçalama, doğrama, üyüdülmə, çeşidləmə və zənginləşdirilməsi ilə məşğul olan fəhlələr: quru xammalın verilməsində məşğul olan bunkerçilər, qadaraçılar, dozalaşdırıcılar, doğrayıcılar, konveyerlərin maşinistləri, dəyirmanların maşinistləri

qidalandırıcıların maşinistləri; separatorçular (quru üyüdülmədə) kranların maşinistləri (krançılar)

təmirçi çilingərlər, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları

isti aqlomeratın və okatışların verilməsi ilə məşğul olan nəqledicilər

b) mütəxəssislər

isti sahələrdəki işlərdə filiz və filiz olmayan qazıntıların tozunda 2 % və daha çox kristallik (sərbəst) silisium 4-oksidi olan parçalama, xırdalama, üyüdülmə, xəlitə işlərində məşğul olan ustalar, böyük ustalar

2.2. Əlvan, qiymətli metalların və almazların çıxarılması zamanı filizlərin və qumların zənginləşdirilməsi

a) fəhlələr:

qələvi ilə yuyucu aparatçıları

avtoklavlarda və qələvi ilə yumada məşğul olan hidrometallurgiya aparatçıları

qızıl tərkibli filizlərin zənginləşdirmə aparatçıları

doğrama sahələrində (bölmələrində) məşğul olan şadaraçılar

tamamlayıcılar

ksantogenatın hazırlanması ilə məşğul olan dozalaşdırıcılar

doğrama sahələrində məşğul olan doğrayıcılar

doğrama-üyüdülmə avadanlığının yükləyiciləri

doğrama ilə məşğul olan qidalandırıcıların maşinistləri

quruducu qurğuların maşinistləri

kürəçilər

əridicilər

tam iş günü ərzində tərkibində sianid və ya kristallik silisium 4-oksidi olan nümunələrin götürülməsi ilə məşğul olan nümunə götürənlər

sianid məhlulları tətbiq edilən işlərdə məşğul olan fəhlələr (texnoloji və təmirçi heyət)

tərkibində və tozunda 2% və çox kristallik (sərbəst) silisium 4-oksidi olan filizlərin və filiz olmayan qazıntıların zənginləşdirilməsində doğrama, xırdalama, üyüdülmə və xəlitə işlərində olan fəhlələr: dozalaşdırıcılar, konveyer maşinistləri, quru üyüdülmədə məşğul olanlar

dəyirman maşinistləri, xəlitəçilər

şlamların emalı fəhlələri

ksantogenatın hazırlanması və tətbiq edilməsi ilə məşğul olan reagentlərin qarışdırıcıları

konsentratların qurudulması və yerləşdirilməsi ilə məşğul olan quruducular

b) mütəxəssislər

ustalar, böyük ustalar

sianidli məhsullar tətbiq olunan avadanlığın təmiri üzrə ustalar, böyük ustalar

2.3. Aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları. Okatış istehsalı. Zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular. Briketləşdirmə. Ağırlaşdırıcılar istehsalı. Şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə. Filizlərin və filiz olmayan qazıntıların yandırılması. Filizin emalı. Zənginləşdirmə, sona çatdırma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular. Əlvan və qiymətli metalların, almazların qumdan ayrılması. Kömürün susuzlaşdırılması. Dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri[5]

a) fəhlələr:

göstərilən istehsalatlarda məşğul olan bütün adlarda aparatçılar

aspiratorçular

güzəştli pensiya təminatı hüququndan bütün fəhlələrin istifadə etdiyi əsas istehsalat sahələrinin briqadirləri

bunkerçilər

hava-kavant yolu vaqonetçiləri

tullantı anbarlarında dambaların artırılması, şlamın, süxurun, zənginləşdirmə və briketləşdirmə tullantılarının daşınması ilə məşğul olan avtomobil sürücüləri

mədən kütləsinin yüklənməsində istifadə olunan yükləyicilərin sürücüləri

laylarda boşaldıcılar

kömürün zənginləşdirilməsindən alınan tullantılardan briketlər istehsalı ilə məşğul olan çıxardıcılar

laylarda (dambalarda) və tullantı təsərrüfatında məşğul olan hidroquraşdırıcılar

dağ-mədən fəhlələri

şadaraçılar

xammal, qum, yanacaq, reagent, əlvan metalların konsentratları ilə işlərdə məşğul olan yükləyicilər

almaz tərkibli konsentratları sona çatdıranlar

dozalaşdırıcılar

reagentlərin dozalaşdırıcıları

doğrayıcılar

üyüdülən cisimlərin yükləyiciləri

qara metal istehsalında isti iş sahələrində məşğul olan nəzarətçilər

zənginləşdirmə məhsulunun nəzarətçiləri

kömürü qəbul edən nəzarətçilər

qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər [6]

konsentratorçular

şlamların düzəldiciləri

bucurğadçılar

tozun yığışdırılması ilə məşğul olan zolaqların yığışdırıcıları

lyukçular

tullantıların saxlanılma yerlərində məşğul olan avtoqreyder maşinistləri briket pressləri maşinistləri

texnoloji prosesdə, şlam və süxur sistemlərində, kömürün yüklənməsində, həmçinin tullantı saxlanılma yerlərində məşğul olan buldozer maşinistləri

aşırma vaqonların maşinistləri

ventilyasiya və aspirasiya qurğularının, o cümlədən tüstüsoranlara xidmət ilə məşğul olan maşinistlər

doğrayıcı-üyüdücü-çeşidləmə mexanizmlərin maşinistləri

şlamı, pulpanı və reagentləri çəkib vurmaqla məşğul olan torpaqsoran üzən özüyeriməyən alətlərin maşinistləri

şlamı, pulpanı və reagentləri çəkib vurmaqla məşğul olan torpaqsoran ğurğuların maşinistləri

konveyer maşinistləri

yükləmə mexanizmlərin maşinistləri

koksyükləyən maşınların maşinistləri

tullantı saxlanılma yerlərində məşğul olan avtomobil kranlarının maşinistləri

kran maşinistləri (krançılar)

kratser maşinistləri

dəyirman maşinistləri

qarışdırıcı maşinistləri

şlamı, pulpanı, sənaye məhsulunu və reagentləri çəkib vurmaqla məşğul olan nasos qurğuları maşinistləri

hərlənən soba maşinistləri (yandırıcıları)

kəsək düzəldənlərin maşinistləri

süzgəc və tozoturdan aparatların təmizlənməsi ilə məşğul olan yükləyicilərin-boşaldıcıların maşinistləri

qidalandırıcı maşınların maşinistləri

tozu nəql edən və dozalaşdıran qurğular ilə məşğul olan pnevmonəqliyyatın maşinistləri

qaldırıcı maşının maşinistləri

silosa və kömür qüllələrinə xidmət üzrə maşinistlər

bütün növ zənginləşdirmə qurğularının xidməti ilə məşğul olan yuyucu maşınların maşinistləri

çəkib qablaşdırma maşınlarının maşinistləri

filizi ortaqlaşdıran maşınların maşinistləri

skip qaldırıcıların maşinistləri

kömürün yüklənməsi ilə məşğul olan skreper maşinistləri

skreperli bucurqad maşinistləri

qatışdırıcı baraban maşinistləri

quruducu qurğu maşinistləri

tullantı saxlanılma yerlərində məşğul olan borudüzəldənlərin maşinistləri

zənginləşdirmə və briketləşdirmə qurğularının maşinistləri

ekshauster maşinistləri

texnoloji prosesdə, şlam və filiz sistemlərində, o cümlədən konsentratın yüklənməsi ilə məşğul olan ekskavator maşinistləri

metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları

avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları

doğrayıb üyüdən çeşidləmə və zənginləşdirmə avadanlıqlarının quraşdırıcıları

zərərli əmək şəraitli istehsalatların magistrala çıxan yollarında məşğul olan yol montyorları

kömürün zənginləşdirilməsindən alınan tullantılardan briket yandırılması ilə məşğul olan divar və yapışqanlı materialların kürəçiləri

qrafit zənginləşdiriciləri

isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyənlər

ağırlaşdırıcılar, briketlər, preparatlar və konsentratlar, o cümlədən kömür konsentratları istehsalında məşğul olan idarəetmə pultunun operatorları

tozu, qazı tutan qurğulara xidmət üzrə operatorlar

tullantıların saxlanılma yerlərində taxtadan boru kəməri çəkilməsində məşğul olan dülgərlər

nümunə götürənlər

mexaniki ələklərdə ovuntu ələyənlər

azlitrajlı draqanın probutorçuları

reagent əridiciləri

tullantı təsərrüfatının tənzimləyiciləri

kömürün zənginləşdirilməsindən alınan tullantılardan briketlər istehsalında məşğul olan ocağa qoyanlar

zənginləşdirmənin sulu tsiklində məşğul olan separatorçular

skrubberçi-nasosçular

təmirçi çilingərlər

çeşidləyicilər

quruducular

briket çıxardıcıları

tullantı saxlanılma yerlərində daim məşğul olan traktorçular

transportyorçular

qablaşdırıcı-bükücülər

süzgəcçilər

flotasiyaçılar

xorsunkaçılar

sentrifuqaçılar

barabanların, bunkerlərin, rampaların, kontrasiya stolları və aspirasiya sistemlərinin təmizlənməsi ilə məşğul olan təmizləyicilər

xəlitəçilər

şlam-hövzəçiləri

şlixləyicilər

şlüzçülər

elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları

növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)

qaynaqçılar

əməliyyat bölməsində operatorlar

qızıl otağının operatorları və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar[7]

metallurqlar[8]

b) rəhbərlər və mütəxəssislər:

növbə rəisləri

sahə (bölmə) rəisləri və onların müavinləri

sex rəisləri, onların müavinləri

əməliyyat bölməsinin rəhbəri

texniki xidmət və inzibati dəstək bölməsinin rəhbəri

geologiya və dağ-mədən işləri bölməsinin rəhbəri

kəşfiyyat işləri üzrə müdir-layihə müdiri

mühəndislər, o cümlədən elektrik mühəndisləri[9]

metallurqlar[10]

ustalar, böyük ustalar

avadanlığın təmiri üzrə ustalar, böyük ustalar istehsalatda sahə ustaları

mexaniklər

sahə (bölmə) mexanikləri

sex mexanikləri

elektriklər, baş elektriklər[11]

istehsalat (əsas korpusun) rəisləri, onların müavinləri sahə (bölmə) elektrikləri

sex elektrikləri

elektrik mexanikləri

bütün adlarda energetiklər[12]

sahə (bölmə) energetikləri

sex energetikləri

filizə nəzarət texnikləri[13]

2.4. Əlvan və qiymətli metalları almazlı qumdan ayırarkən filizin və qumun zənginləşdirilməsi

a) fəhlələr:

ragent dozalaşdırıcıları

sianidin tətbiqi, nümunəvurma və nümunəvurma-analitik laboratoriyalarının, həmçinin qızıl hasilatı və qızılxçıxarma müəssisələrinin işlərində məşğul olan işçilər

separatorçular

nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə iş yerlərində xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr bu Siyahı üzrə güzəştli pensiya hüququna malikdir.

3. Metallurgiya istehsalatı

(Qara metallar)

3.1. Domna istehsalatı

a) fəhlələr:

bunker briqadirləri

tökücü maşın briqadirləri

domna sobalarının bunkerləyiciləri

domna sobalarının üst işçiləri

domna sobalarının su kəməri işçiləri

domna sobalarının qazçıları

çuqunun desulfirasiya ocaqçıları

domna sobalarının ocaqçıları

bunkerlərdə isti aqlomerat boşaldan yükləyicilər

çalovçular

tunellərdə və bunkeraltı yerlərdə məşğul olan vaqon-tərəzi maşinistləri metallurgiya istehsalatının isti işlərində məşğul olan kran maşinistləri

tökücü maşın maşinistləri

isti işlərdə məşğul olan telfer maşinistləri

bunkerlərdə və bunkeraltı yerlərdə məşğul olan xəlitəverici maşinistlər

tunellərdə məşğul olan metallurgiya sex elektrovozlarının maşinistləri

isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər

təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları

skipçilər

isti işlərdə məşğul olan stropçular

tam mexanikləşdirilməmiş domna sobalarına xəlitə daşıyan xəlitə nəqlediciləri

koloşnik tozu və qaz kəmərlərinin təmizlənməsi ilə məşğul olan tullantı yığıcıları

posaçılar

filiz təsərrüfatının briqadirləri

isti iş sahələrində posanın yerinin dəyişilməsi ilə məşğul olan avtomobil sürücüləri

filiz təsərrüfatında məşğul olan elektrik və avtoarabaların sürücüləri

laylarda yük boşaldanlar

qazdan mühafizə cihazlarının tətbiqi ilə məşğul olan qaz xilasediciləri

domna posalarının dənəvərləşdiriciləri

filiz təsərrüfatında məşğul olan yükləyicilər

doğrayıcılar

əhəng məhlulu hazırlanması və çalovlara çilənməsi ilə məşğul olan çalovçular

isti iş sahələrində məşğul olan qara metal istehsalatının nəzarətçiləri

metallurgiya avadanlığının təmiri ilə məşğul olan qazançılar

filiz təsərrüfatında məşğul olan buldozer maşinistləri

vaqonlaşdırıcıların maşinistləri

filiz təsərrüfatında məşğul olan doğrayıcı-yükləyici aqreqatların maşinistləri

metallurgiya istehsalatının kran maşinistləri

filiz təsərrüfatında məşğul olan konveyer maşinistləri

skip qaldırıcılarının maşinistləri

xəlitə vericilərin maşinistləri

filiz təsərrüfatında məşğul olan ekskavator maşinistləri

domna sobalarının təmirilə məşğul olan sanitariya texnika sistemlərinin və avadanlığın quraşdırıcıları

metallurgiya avadanlığının təmirilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları

metallurgiya avadanlığının təmirilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları

magistrala çıxan yollarda məşğul olan yol montyorları

odadavamlı materiallarla işləyənlər

xəlitə verən sistemin idarəetmə postunun operatorları

doldurucular, odadavamlı materialları və termik qatışıqları hazırlayanlar

posa laylarında və posanın çıxarılmasında işləyən fəhlələr və briqadirlər

dənəvərləşdirici hovuzun fəhlələri

nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr bu Siyahı üzrə güzəştli pensiya hüququna malikdir

təmirçi çilingərlər

buxarsoyutma sistemlərinin çilingərləri

filiz təsərrüfatında xəlitə verilməsi ilə məşğul olan traktorçular

metallurgiya istehsalatının tullantı yığışdırıcıları

xəlitəçilər

elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları

növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)

b) rəhbərlər və mütəxəssislər:

isti iş sahələrində məşğul olan ustalar, böyük ustalar

ustalar, böyük ustalar

isti iş sahələrində məşğul olan nəzarətçi ustalar, böyük ustalar

avadanlığın təmiri üzrə ustalar

avadanlığın təmiri üzrə böyük ustalar

sahə mexanikləri

sex mexanikləri

növbə rəisləri

sex rəisləri və müavinləri

sahə elektrikləri

sex elektrikləri

sahə energetikləri

sex energetikləri

3.2. Polad və ferroərintilər istehsalatı

metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması

a) fəhlələr:

qəliblər təsərrüfatının briqadirləri

vaqrançılar

qatranın bişirilməsi və altlıq qurudulması ilə məşğul olan pek bişiriciləri

qazçılar

ferroərinti sobalarının ocaqçıları

xəlitə yükləyiciləri

əllə damğalama və pəsdəhyanı damğalama ilə məşğul olan isti metal damğabasanları

calovçular

qəliblərin su ilə təmizləmə və yağlama maşinistləri

doldurucu maşınların maşinistləri

tökmə maşınlarının maşinistləri

isti işlərdə məşğul olan metallurgiya istehsalatının kran maşinistləri alovla təmizləmə maşınlarının maşinistləri

maye tökən maşınların maşinistləri

isti işlərdə məşğul olan telfer maşinistləri

isti metal nəqlediciləri-maşinistləri

mikserçilər

əyləc yığıcıları

ferroərinti istehsalında məşğul olan kürəçilər

metalın səthi qüsurlarının emalçıları

isti işlərdə məşğul olan odadavamlı materialla işləyənlər

isti işlərdə məşğul olan (tökücü pult, qazla kəsmə, əsas post, yığıcı mexanizmlər) pəstahların fasiləsiz tökmə maşınlarının operatorları

isti metalın düzəldilməsi ilə məşğul olan idarəetmə postlarının operatorları

oksigensizləşdiricilərin əridiciləri

sintetik posaların əridiciləri

ferroərinti əridiciləri

ərintitökmə üçün qatar hazırlayanlar

poladtökmə qanovları hazırlayanlar

konverter poladəridənlərin köməkçiləri

marten sobalarında poladəridənlərin köməkçiləri

poladın sobadankənar emalı qurğularında poladəridənlərin köməkçiləri

elektrik posa təkrarəritmə qurğularında poladəridənlərin köməkçiləri

təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları

elektrik sobalarında poladəridənlərin köməkçiləri

tablayıcılar

polad tökücüləri

ferromanqan və ferrovanadium əridən ferroərinti sobalarının isti təmiri ilə məşğul olan təmirçi-çilingərlər

konverterlərin poladəridiciləri

marten sobalarının poladəridiciləri

poladın sobadankənar emalı qurğularının poladəridiciləri

elektrik posa təkrarəritmə qurğularının poladəridiciləri

elektrik sobalarının poladəridiciləri

isti iş sahələrində məşğul olan stropçular

isti işlərdə daimi məşğul olan və yaxud isti metalın əl ilə yüklənməsində məşğul olan boru və yayma termistləri

ferroərintilərin təmizləyiciləri

ferromanqan, ferrovanadium və manqanlı poladların əritmə sobalarının xidməti ilə məşğul olan xidmətçilər

posaçılar

elektrodçular

ferromanqan və ferrovanadium əritmə üzrə ferroərinti sobalarının örtüklərinin calanması ilə məşğul olan əl qaynağı elektrik qaynaqçıları

b) mütəxəssislər:

isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar

3.3. Yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatı rels bəndləyicilərin istehsalı, isti metalın kəsmə və təmizlənməsi. Termiki emal. Kalibrlənmiş metal istehsalı

a) fəhlələr:

alüminləyicilər

kuporos istehsalı ilə məşğul olan kristallaşma aparatçıları

xlorid turşusu ilə işlərdə məşğul olan neytrallaşdırma aparatçıları

xlorid turşusu ilə işlərdə məşğul olan regenerasiya aparatçıları

kuporos istehsalı ilə məşğul olan sentrifuqa aparatçıları

elektrolitik yağsızlaşdırma aparatçıları

isti yaymada məşğul olan kalibrləmə stanlarının yaymaçıları

isti iş sahələrində qəfəslərin çevrilməsi ilə daimi məşğul olan qəfəslərin çevirmə və yığılması üzrə yaymaçılar

isti yayma stanlarının yaymaçıları

pek əridiciləri

qazçılar

isti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri termiki sobaların yükləyiciləri

əl ilə yükləmədə məşğul olan közərdiçilər

çeviricilər-qablaşdırıcılar

əl ilə damğalama və pəsdəhyanı damğalama ilə məşğul olan isti metal damğalayıcıları

sobaların odluğunun və tunellərin təmizlənməsi ilə məşğul olan qazan təmizləyiciləri

çəkiclərin və presslərin dəmirçiləri

ştamplayıcı dəmirçilər

rotasiya (çap) maşınlarının ştamplayıcı dəmirçiləri

təbəqə dəmirdöyücüləri

isti üsullu qalayçılar

elektroliz üsulu ilə qalayçılar (sinkləyicilər)

isti iş sahələrində məşğul olan yükləyici mexanizmlərin maşinistləri

isti işlərlə məşğul olan metallurgiya istehsalatının kran maşinistləri alovla təmizləmə maşınlarının maşinistləri

çəkic, press və manupulyator maşinistləri

isti işlərdə məşğul olan presslərin maşinistləri

isti yaymada məşğul olan yayma stanları reversiv buxar maşınlarının maşinistləri

metal qızdırıcıları

metal səthi qüsurlarının emalçıları

isti işlərdə məşğul olan odadavamlı materialla işləyənlər

isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları

aşındırma, qalaylama, alüminsinkləmə, qurğuşunlama, sinkləmə şöbələrində məşğul olan fasiləsiz aşındırma, yağsızlaşdırma, bişirmə, qalaylama, sinkləmə və laklama aqreqatlarının idarəetmə postlarının operatorları

isti yayma stanlarının idarəetmə postlarının operatorları

qurğuşunlayıcılar

isti üsulla sinkləyicilər

isti yayma stanlarının yaymaçı köməkçiləri

metal yerləşdiriciləri

isti yayma düzəldilməsi ilə məşğul olan yayma və boru düzəldiciləri

isti işlərdə məşğul olan təkərlərin və bandajların presləyiciləri

isti ştamplama ilə məşğul olan rels bəndlərinin deşici presləyiciləri

təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları

isti üsulla boruların yastılama, əymə və pərçimləmə işləri ilə məşğul olan fəhlələr

isti metalın kəsiciləri

isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan stropçular

əllə yükləmə ilə məşğul olan və ya isti iş sahələrində daim məşğul olan yayma və boru termistləri

aşındırıcılar

isti metal yığıcıları

metalın isti yayılmasına dəmir yanığı yığımı ilə məşğul olan metallurgiya istehsalatı tullantılarının yığıcıları

isti işlərdə məşğul olan yayma qablaşdırıcıları

posaçılar

b) mütəxəssislər:

isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar

3.4. Boru istehsalı: boruyayma, boruqaynağı, elektrik boru qaynağı, boruçəkmə, borutökmə, fitinq, balon, termiki və sinkləmə; metalın hazırlanması və doğranması

a) fəhlələr:

kuporos istehsalı ilə məşğul olan kristallaşdırma aparatçıları

kuporos istehsalı ilə məşğul olan sentrifuqa aparatçıları

boru qatranlayıcıları

çəkici şöbələrinin briqadirləri

vaqrançılar

isti halda balonların yuvarlanması ilə məşğul olan yuvarlayıcı maşınların yaymaçıları

boruların isti yayma stanlarının yaymaçılar

"Əlimyandı"dan maşın aldı, altı "yamaq" çıxdı  VİDEO like
  • 02 Dek 10:20  
Digərləri "Əlimyandı"dan maşın aldı, altı "yamaq" çıxdı VİDEO

Bakıda "Əlimyandı" adı ilə avtomobil satan salonların birindən

arrow Ətraflı
Dövlət qurumu LƏĞV EDİLDİ  Vasif Talıbovun qərarı ilə yaradılmışdı like
  • 02 Dek 10:19  
Digərləri Dövlət qurumu LƏĞV EDİLDİ Vasif Talıbovun qərarı ilə yaradılmışdı

Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib.

arrow Ətraflı
Metroda ölüm hadisəsi oldu like
  • 02 Dek 10:12  
Digərləri Metroda ölüm hadisəsi oldu

Bakı sakini metroda ölüb.

arrow Ətraflı
Ər idmançı arvadını məhkəməyə verdi: uzun illər DÖYÜLÜB like
  • 02 Dek 10:10  
Digərləri Ər idmançı arvadını məhkəməyə verdi: uzun illər DÖYÜLÜB

Ölkədə məişət zorakılığı ilə bağlı daha bir qalmaqallı hadisə gen

arrow Ətraflı
"Zelenski bu həftə istefa verməlidir"  Əmr gəldi like
  • 02 Dek 10:09  
Dünya "Zelenski bu həftə istefa verməlidir" Əmr gəldi

Rada Zelenskiyə bu həftə istefa verməyi əmr etdiyini açıqlayıb.

arrow Ətraflı
Bakının iki rayonunun bəzi ərazilərində üç gün su olmayacaq like
  • 02 Dek 09:39  
Digərləri Bakının iki rayonunun bəzi ərazilərində üç gün su olmayacaq

Dekabrın 3-5-də Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilər

arrow Ətraflı
Yumurtanı soyuducuda tərs saxlayın  Görün nə olacaq like
  • 02 Dek 09:38  
Digərləri Yumurtanı soyuducuda tərs saxlayın Görün nə olacaq

Yumurtanı soyuducuda saxlama forması onun təravətinə təsir edir.

arrow Ətraflı
İşıq olmayacaq  Təmir işləri başlayır like
  • 02 Dek 09:37  
Digərləri İşıq olmayacaq Təmir işləri başlayır

Bu gün Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin ver

arrow Ətraflı
Bakıda qəza  ölən və yaralananlar var like
  • 02 Dek 09:33  
Digərləri Bakıda qəza ölən və yaralananlar var

Bu gün saat 05:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi

arrow Ətraflı
“Mən toxunulmazam, şəxsiyyətəm, geyimimə söz demək OLMAZ" like
  • 02 Dek 09:30  
Şou-biznes “Mən toxunulmazam, şəxsiyyətəm, geyimimə söz demək OLMAZ"

Müğənni Mətanət Əsədova efirlərin birində qonaq olarkən canlı yayıma

arrow Ətraflı
İsrail hökuməti üçün “tabu”n sonu: ultraortodokslar artıq orduya çağırılacaq like
  • 02 Dek 09:29  
Dünya İsrail hökuməti üçün “tabu”n sonu: ultraortodokslar artıq orduya çağırılacaq

2025-ci il noyabrın 19-da İsrail Ali Məhkəməsinin qəbul etdiyi qərar ölk

arrow Ətraflı
Masallıda qadın sürücü maşını aşırdı: Ölən və yaralananlar var like
  • 02 Dek 09:22  
Digərləri Masallıda qadın sürücü maşını aşırdı: Ölən və yaralananlar var

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

arrow Ətraflı
Rubl ucuzlaşdı avro isə bahalaşdı  RƏSMİ like
  • 02 Dek 09:12  
Digərləri Rubl ucuzlaşdı avro isə bahalaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Xəzərin suyu çəkilir  Üzə çıxan ərazilərdə nəsə tikiləcək? like
  • 02 Dek 09:00  
Digərləri Xəzərin suyu çəkilir Üzə çıxan ərazilərdə nəsə tikiləcək?

Xəzər dənizində suyun çəkilməsi son vaxtlar cəmiyyətdə ciddi narahatl�

arrow Ətraflı
Sabiq nazir vəfat etdi like
  • 02 Dek 08:56  
Digərləri Sabiq nazir vəfat etdi

Azərbaycanın 1991-1992-ci illərdə taxıl məhsulları naziri olmuş Zakir Ab

arrow Ətraflı