“Mən toxunulmazam, şəxsiyyətəm, geyimimə söz demək OLMAZ"
Şou-biznes 02 Dek 2025 09:30:00 58 0
Müğənni Mətanət Əsədova efirlərin birində qonaq olarkən canlı yayıma zəng edən tamaşaçının onun geyimi ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Bu xəbəri də oxu: Mehin tanınmaz oldu buruq saçlar getdi
Son.az xəbər verir ki, sənətçi özünü "toxunulmaz" adlandıraraq tənqidlərə qarşı sərt mövqeyini ortaya qoyub.
Mətanət Əsədova bildirib ki, səhnə geyimləri ilə bağlı müəyyən hallarda ifaçıların həddi aşdığı görünə bilər, lakin bu, tamaşaçılara müğənnilərin şəxsi seçiminə müdaxilə etmək haqqı vermir:
"Bir az həddi aşmış səhnə geyimləri olur, bəli. Amma bir də var ki, müğənninin geyiminə tamaşaçı zəng edib fikir bildirir. Buna icazə vermirəm. Mənə söz demək olmaz, mən toxunulmazam. İlk olaraq özümə qiymət verirəm, sənət mənim üçün 100-cü dərəcədədir. Mən Mətanət Əsədovayam, mən şəxsiyyətəm. Mənə heç kimin söz deməyə ixtiyarı yoxdur. Qayda-qanun, hökumət var".
Müğənni bildirib ki, onun sözləri səhnəyə açıq-saçıq geyimlərlə çıxan ifaçılara ünvanlanmayıb:
"Dediklərim efirə lüt çıxanlara aid deyil. Onlar özləri bilər, yəqin evdə nəyisə qoyub çıxıblar. Bizim geyimlərə qarışmaq olmaz, səsimizə qulaq asın".
Sənətçinin açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa Son.az
2025-ci il noyabrın 19-da İsrail Ali Məhkəməsinin qəbul etdiyi qərar ölk
Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Xəzər dənizində suyun çəkilməsi son vaxtlar cəmiyyətdə ciddi narahatl�
Azərbaycanın 1991-1992-ci illərdə taxıl məhsulları naziri olmuş Zakir Ab
Müasir həyat tərzi insanları uzun müddət oturmağa məcbur edir və bu, ə
Müğənni Mehin Hümbətova fərqli stili ilə diqqət çəkib.
Qışda immuniteti gücləndirən C vitamini bədən tərəfindən istehsal olun
Saçların tez-tez yağlanması problemi ilə üzləşirsinizsə, mütəxəssisl
Uzun müddət açıq qalmış zeytun yağı oksidləşərək toksik maddələr �
Qış aylarında davamlı yorğunluq, zəiflik, yuxululuq və diqqət itkisi bir
Müğənni Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunu övladının nişa
Axşam saat 20 radələrində Kəlbəcər rayonu ərazisində güclü qar yağma
Tüstüdən qaralan işıqsız koridorlar və his qoxan divarlar... Söhbət tə
