Bakıda ağır qəza:


Digərləri 29 Okt 2017 15:39:00 258 0

Bakıda ağır qəza:

Paytaxtda ağır yol qəzası baş verib.

Virtualaz.org bildirir ki, Suraxanı qəsəbəsində "Opel" və "Nissan" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Opel"də olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Zöhrabova Tahirə Vidadi qızı aldığı xəsarətlərdən vəfat edib. Hər iki sürücü və daha bir sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qəzanın səbəbi araşdırılır.