Türkiyədə turist mikroavtobusu aşıb: yaralılar var


Digərləri 29 Okt 2017 12:41:41 352 0

Türkiyədə turist mikroavtobusu aşıb: yaralılar var

Türkiyənin Antalya vilayətində Akseki rayonunda turist mikroavtobusu aşıb

Bakı. Türkiyənin Antalya vilayətində Akseki rayonunda turist mikroavtobusu aşıb. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerinə təcili yardım maşınları və xilasetmə komandası göndərilib. Hadisə zamanı avtobusda yapon turistlər olub. İnsident nəticəsində 18 nəfər yaralanıb, onların arasında ciddi xəsarət alanlar var. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin