Ərdoğan və Putin telefon danışığı keçiriblər


Digərləri 29 Okt 2017 00:44:54 317 0

Ərdoğan və Putin telefon danışığı keçiriblər

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirib.

Bakı. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirib. Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, danışıq zamanı ikitərəfli əlaqələr və Suriyada olan vəziyyət müzakirə olunub. İdlibdəki vəziyyəti dəyərləndirərkən, ölkə başçıları atılan addımların əlaqələndirilmiş olmasının vacibliyini vurğulayıblar. Vladimir Putin həmçinin Türkiyə başçısını Cumhuriyyət bayramı münasibəti ilə təbrik edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin