Mənə Canəlidən sual vermə, normal adamlardan danışaq –


Digərləri 29 Okt 2017 00:06:00 333 0

Mənə Canəlidən sual vermə, normal adamlardan danışaq –

Son.az teleqraf.com-a istinadən Siyavuş Kərimi ilə müsahibəni təqdim edir.

- Siyavuş müəllim, noyabrın 9-da 63 yaşınız olacaq. Məsuliyyətli bir yaşdır. Özünüzü necə hiss eləyirsiniz?

- Çox yaxşı... Normal.

- Bu cəmiyyətdə bir sənət adamı kimi rahatsınızmı?

- Çox rahatam.

- Nədir sizi rahat eləyən?

- Hər şey. İşim, ailəm, ətrafım, dostlarım, əmin-amanlığım...

- Maraqlıdır, ikinci dəfə dünya gəlsəydiniz, yenə Siyavş Kərimi olardınızmı?

- Siyavuş Kərimi olardım, olmazdım, onu bilmirəm. Dəqiq bildiyimsə odur ki, yenə musiqiçi olardım.

- Sənət, istedad... Bunlar adamları adətən, bədbəxt edir. Bəs necə oldu ki, siz bu qədər xoşbəxt oldunuz?

- Əgər sənətini sevirsənsə, bütün həyatını ona bağlayırsansa və o, sənə sevinc, bütün dünyada mövcud olan hissləri gətirirsə, bunun nəyi pis ola bilər ki? Sən bunu o adama deyə bilərsən ki, məcburən, qarnına görə istəmədiyi bir peşənin sahibi olub, ailəsini dolandırır. Amma sən sənətinlə yaşayırsansa, evə də gedəndə öz işin haqqında düşünürsənsə, bunun nəyi pisdir?

- Doğum gününüzə hədiyyələr gözləyirsinizmi?

- Bəli...

- Dövlətdən gözləyirsiniz?

- Yox... Mən hədiyyəni Allahdan gözləyirəm.

- Nə?

- Mənim ad günümdə həmişə yağış yağır. Yenə də yağış gözləyirəm.

- Bəs dövlətdən hər hansı bir hədiyyə gözləmirsinizmi? Hərçənd ki, titullarınız, ordenləriniz var.

- Dövlət mənə kifayət qədər diqqət göstərib. Mən vətənpərvər bir adamam. Dövlətimizin mənə tapşırdığı işin öhdəsindən gəlməyə çalışıram. Bunu nə dərəcədə yaxşı bacarıram, bunu artıq mən deməməliyəm. Bunu dövlət deməlidir, insanlar deməlidir. Çalışıram ki, işim yaxşı olsun və insanlara xeyir verim. İşim yaxşı alınanda mən çox böyük ləzzət, kef alıram.

- Heyfisləriniz ki, ömür gedir?

- Ömür Allahın verdiyi bir müddətdir ki, insan bu zaman ərzində yaşasın. Kimi bu zamanı var-dövlət üçün yaşayır, ad-san üçün yaşayır, kimi insanlara kömək eləmək üçün yaşayır, kimi elə-belə yaşayır... Kimisi də ümumiyyətlə, savab iş üçün yaşayır.

- Bəs siz nə üçün yaşayırsınız?

- Mənim xəmirim xeyirxahlıq eləmək üçün yoğrulub. Mən bu işi - xeyirxahlığı çox sevirəm. Düzdür, mənim imkanım yoxdur ki, hansısa bir kasıba, ehtiyacı olana pul verim, ev bağışlayım, maşın alım... Amma kimsə oxumaq istəyirsə müşayət eləyirəm, kimsə nəsə öyrənmək istəyirsə, öyrədirəm. Zəng eləyib kimdənsə kiminsə xahişini eləyirəm. İnsanlara kömək eləmək lazımdır. Əl tutmaq Əlidən qalıb. Mənim də çətinliyim olur. Kimsə də mənə kömək eləyir.

- Siyavuş müəllim, Aygün Kazımovanın bir sənət adamı kimi parlamasında sizin xidmətləriniz olub?

- Xeyr. Mənim heç bir xidmətim olmayıb.

- Aygün xanımla münasibətləriniz var?

- Salam, sağ ol... Aygün başqa bir sahənin insanıdır, mən başqa bir sahənin.

- Amma o da xalq artistidir, siz də...

- Nə olsun? Nə qədər xalq artistlərimiz var... Bu adı mən vermirəm. Dövlət verir. Dövlət Aygün Kazımovaya xalq artisti adı verirsə, deməli, bunun bir əsası var.

- Bəs hansı sənət adamlarının parlamasında sizin əməyiniz olub?

- Bu barədə danışmağı sevmirəm. Mənim xoşum gəlir ki, hansı bir insanın parlamasında, həyatının inkişafında zəhmətim olubsa, bu barədə o adam özü danışsın. Mən sadəcə, öz işimi görürəm.

- Məşhur bir söz var: "Heç bir yaxşılıq cəzasız qalmır". Siz də elədiyiniz yaxşılıqların cəzasını çəkmisinizmi?

- Çox çəkmişəm. Amma yenə də yaxşılıqlarıma davam edəcəm. Çünki yaxşılıq eləmək mənim sənətimdir. Nə qədər əks hərəkətlər də görsən, yenə də öz işimlə məşğul olacam. Çünki yenə deyirəm, bu, mənim işimdir, sənətimdir və mən bunu sevirəm.

- Kitab da oxuyursunuzmu?

- İndi sənədləri daha çox oxuyuram. (gülür) Amma əvvəllər kitabı daha çox oxuyurdum.

- Sevdiyiniz yazıçılar kimlərdir?

- Çox yazıçılar var. Ən çox Stefan Sveyqi sevirəm.

- Bəs yerli yazıçılarımızdan?

- Elçini, Çingiz Abdullayevi oxuyuram. Amma yenə deyirəm, hal-hazırda az mütaliə edirəm. İndi daha çox sənədlərlə işləyirəm.

- Aqil Abbası da oxuyursunuz?

- Aqil Abbas mənim çox yaxşı dostumdur. Onun əsərlərindən "Ölülər"i oxumuşam. Mövqeyimi isə özünə də demişəm. Mənə çox ləzzət elədi.

- Cavan qələm adamlarından oxuduqlarınız yoxdur?

- Əflatun Amaşovla çox yaxın dostam. Özü də onunla dostluğumuzun uzun bir tarixi var.

- Əflatun müəllim cavandır ki?

- O da mənimlə eyni yaşdadır. Yaxşı şair dostlarım da var. Məsələn, musiqilərimin mətnlərini İsmayıl Dadaşov yazır. Nigar Həzənzadə var, o da çox gözəl şairədir. Var, çoxdur. Sadəcə, indi hamısı yadıma düşmür.

- Bakıdansınız...

- Bəli...

- Uşaqlığınız Bakıda keçib?

- Bakıda doğulub, burda da böyüyüb boya-başa çatmışam.

- Çətin keçib uşaqlığınız? Yoxsa...

- Əlbəttə ki... Atam da, anam da tələbə olublar. Cavan olublar. Kirayələrdə qalmışıq. "Padval"da yaşamışıq...

- Bəs nə vaxtdan maddi vəziyyətiniz düzəlməyə başladı?

- Düzü, heç bu barədə düşünməmişəm. Amma biz həmişə orta yaşamışıq.

- İndi də orta yaşayırsınız?

- Bəli, indi də.

- Vəzifəniz var, rektorsunuz... Amma deyirsiniz ki, orta yaşayıram.

- Nə olsun vəzifəm var, rektoram? Mən öz maaşımı alıram. Sağ olsun, Prezidentimiz mənə ev hədiyyə elədi. Başqa heç bir şeyim yoxdur. Bağım da yoxdur. Bir xüsusi maşınım var, idarənindir. Bir dənə də şəxsi maşınım var.

- Nəvələriniz də var?

- Bir nəvəm var. O da məndən uzaqda - Ameikadadır. Çünki böyük oğlum orda yaşayır.

- Görəsən, niyə maddi imkanı yaxşı olan insanlar övladlarının xaricdə yaşamasını istəyirlər?

- Xeyr, bunu mən istəməmişəm. Xaricdə yaşamaq oğlumun öz seçimidir. Oğlumun həyat yoldaşı amerikalıdır. Ona görə də orda yaşayırlar.

- Gəlniniz amerikalıdır?

- Amerikada yaşayan azərbaycanlıdır. Və Amerikanın vətəndaşıdır. Orda görüşüblər, evləniblər.

- Oğlunuz da Amerika vətəndaşıdır?


Xəbərə aid fotolar