Rusiyaya məxsus təyyarə məcburi eniş etdi - SƏBƏB?


Digərləri 26 Okt 2017 16:46:01 212 0

Rusiyaya məxsus təyyarə məcburi eniş etdi - SƏBƏB?

Rusiyanın “UTair” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir qədər sonra Krasnoyarsk hava limanına geri qayıdıb

Bakı. Rusiyanın “UTair” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir qədər sonra Krasnoyarsk hava limanına geri qayıdıb. Trend-in məlumatına görə, buna təyyarənin pilot kabinəsində tüstülənmə səbəb olub. Tomsk şəhərinə uçuş həyata keçirməli olan təyyarədə 67 sərnişin olub. Təyyarə uğurla eniş etdikdən sonra srənişinlər təxliyə edilib. Tüstülənmənin səbəbləri barədə məlumat verilməyib.