Masallıda evlərdən oğurluq edən dəstə saxlanıldı FOTO


Digərləri 26 Okt 2017 16:08:00 403 0

Masallıda evlərdən oğurluq edən dəstə saxlanıldı  FOTO

Masallıda evlərdən oğurluq edən dəstə saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Masallı şəhərində yaşayan bir qadın Rayon Polis Şöbəsinə evindən oğurluq olması barədə müraciət edib. O, ərizəsində sentyabrın 29-da evindən 3000 manat dəyərində 3 ədəd televizorun və digər məişət əşyalarının oğurlandığını bildirib.

Həmin gün Polis Şöbəsinə eyni məzmunlu digər bir müraciət də daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Masallı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Elmar Xəlilov, Cavad Mirzəyev və Orxan Məmmədov olduqları məlum olub.


Xəbərə aid fotolar