"Black Friday"nin endirim sirlərindəki boşluq aşkara çıxdı AÇIQLAMA
Digərləri 28 Noy 2025 12:30:00 68 0
Bu gün "Black Friday" olsa da, böyük endirimlərin yaratdığı alış-veriş həyəcanı bəzən istehlakçıları düşünülməmiş qərarlar verməyə vadar edə bilər.
Bu xəbəri də oxu: Duru yağı kanalizasiya suyundan hazırlayırlar Artıq alanda iki dəfə düşünəcəksiniz VİDEO
Son.az xəbər verir ki, mağazalar yüksək faizli endirimlərlə diqqət çəksə də, hər kampaniya real qənaət demək deyil və müştərilər aldanmamaq üçün daha diqqətli davranmalıdır.
Bəs aldanmamaq üçün nələrə diqqət etməliyik?
Məsələ ilə bağlı aparıcı marketoloq Azad Heydərov açıqlama verərək bildirib ki, ilk növbədə alıcılar məhsulların əvvəlki qiymətlərini yoxlamalı, endirimdən əvvəl qiymətin süni şəkildə qaldırılıb-qaldırılmadığını araşdırmalıdır:
"Xüsusən də onlayn alış-verişdə şişirdilmiş endirim faizləri, saxta qiymət dəyişiklikləri və qeyri-şəffaf şərtlər daha çox rast gəlinir. Real ehtiyac siyahısı tərtib etmək, impuls alışlardan yayınmaq və müxtəlif mağazalarda qiymətləri müqayisə etmək aldanma riskini xeyli azaldır. Həmçinin, məhsulun keyfiyyəti, zəmanət şərtləri və geri qaytarma qaydaları diqqətlə oxunmalı, çox aşağı qiymət təklif edən tanınmamış saytlardan alış-verişdən qaçınılmalıdır. Kiberfırıldaqçılığın artdığı bu günlərdə təhlükəsiz ödəniş üsullarından istifadə etmək və yalnız etibarlı mənbələrə güvənmək mütləqdir".
Marketoloq qeyd edib ki, "Black Friday" zamanı alış-verişin ən yaxşı strategiyası endirimlərin gücünə deyil, məntiqli seçimlərə əsaslanmaqdır.
Aysel Əkbər Son.az
Türk teatrının tanınmış siması, "Cənnət Mahallesi" filmindək
"Bir çox ailələrdə uşaqların 18 yaşı tamam olmadan spirtli içki i�
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsini
Xüsusi hərbi əməliyyat zonasında döyüşlər Ukrayna qoşunları mövqelə
Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird və
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə
Artıq 10 gündən çoxdur ki, ölkə ərazisində istilik verilsə də, Masazı
Biz Azərbaycan ilə Albaniya arasında əlaqələrə böyük əhəmiyyət verir
Prezident İlham Əliyev Timor-Leste Prezidenti Coze Ramuş-Hortaya təbrik mək
Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya tə
Ötən həftə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş ver
"Azəriqaz" İstehsalat Birliyi mənzillərdə yoxlamalara başlayıb
Yarımfabrikat qidaların gizli təhlükələri gündəlik istehlak artdıqca da
