"Uşaqlara “bir qurtum içki” icazəsi onların gələcəyini təhlükəyə atır" MÜSAHİBƏ


Digərləri 28 Noy 2025 12:00:00 67 0

"Uşaqlara “bir qurtum içki” icazəsi onların gələcəyini təhlükəyə atır"  MÜSAHİBƏ

"Bir çox ailələrdə uşaqların 18 yaşı tamam olmadan spirtli içki içməsinə şərait yaradılır. Bu isə gələcəkdə həmin şəxslərin həm içkiyə aludə olmasına, həm də gənc yaşlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər".

Bunu neyropsixoloq Aytəkin Aslan Son.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu yanaşma icazəverici valideynlik tərzindən qaynaqlanır.

- Ailələr nəyə görə uşaqlara belə vəziyyətlərdə şərait yaradır?

- Bəzi valideynlər uşağın içkiyə marağını "təhlükəsiz şəkildə nəzarətdə saxlamaq" üçün az miqdarda icazə verməyi doğru hesab edirlər. Bu yanaşma icazəverici valideynlik tərzindən qaynaqlanır. Yəni valideyn sərhəd qoymaqda çətinlik çəkir və "Mənim yanımda etsin, gizlətməsin" düşünür. Mentalitet səviyyəsində isə bu, uşağın erkən yaşda böyüklərin davranışlarını təqlid etməsinin təbii sayılması və ailə daxilində sərhədlərin aydın müəyyən edilməməsi ilə bağlıdır.

- Spirtli içki yeniyetmələrdə depressiya, aqressiya və davranış pozuntuları yarada bilərmi?

- Bəli. Elmi araşdırmalara görə, alkoqol yeniyetmə beynindəki emosional və impuls idarəedici mərkəzlərə, xüsusilə frontal pay və amigdala bölgələrinə təsir edir. Bu təsir nəticəsində depressiya, narahatlıq pozuntuları, aqressiya, əsəbilik, məsuliyyətsizlik və riskli davranışlar arta bilər. Yeniyetmələr alkoqolu tez-tez emosional gərginliyi azaltmaq vasitəsi kimi qəbul etdikləri üçün bu, zamanla asılılıq və psixoloji pozğunluqlara səbəb ola bilər.

- Valideyn spirtli içkiyə icazə verməklə övladına hansı yanlış mesajı ötürür?

- Valideynin "Bir qurtumdan nə olacaq?" və ya "Mənim yanımda iç, gizlətmə" kimi sözləri uşağa "Bu normal davranışdır" mesajını verir. Uşaq üçün içki artıq "qadağan olunmuş" deyil, "icazə verilən" bir davranışa çevrilir. Bu halda təhlükə siqnalları itir və içkiyə maraq artır. Tədqiqatlar göstərir ki, valideynin nəzarəti altında içki içən uşaqlar gələcəkdə alkoqol asılılığına daha meyilli olurlar.

- Uşaq buna "normaldır" kimi yanaşmağa başlayanda valideyn nə ilə üzləşə bilər?

- Uşaq içkini yetkinlik və azadlıq göstəricisi kimi görməyə başlayır. Bu isə ailə ilə emosional məsafənin artmasına, gizlətmə və yalan davranışına, məktəbdə motivasiya və performans itkisinə, davranış pozuntularına gətirib çıxara bilər. Belə hallarda valideyn çox vaxt vəziyyəti nəzarətdən çıxmış görür, amma əsas səbəb əvvəlcədən qoyulmuş yanlış sərhədlərdə olur.

- Uşaq spirtli içkiyə maraq göstərirsə, valideyn necə davranmalıdır? "İçkiyə yox" deməyi necə öyrətməlidir?

- Ən düzgün yol açıq və sakit ünsiyyətdir. Qadağa, qorxutma və ya utandırma uşağı gizliliyə sövq edir. Bu mərhələdə valideynin atmalı olduğu addımlar var:

Səbəbi anlamaq: "Səni maraqlandıran nədir: dadı, təsiri, dostlarınmı?"

Alkoqolun beyinə və emosiyalara təsirini sadə və aydın dillə izah etmək.

Öz məsuliyyətli davranışı ilə nümunə olmaq.

Dost təzyiqi zamanı "yox" deməyi və situasiyadan çıxma yollarını öyrətmək.

Belə olduqda uşaq öz qərarını məlumatlı və inamlı şəkildə verə bilər.

- Ailə daxilində hansı maarifləndirici addımlar atılmalıdır?

- Düzgün ailə qaydaları müəyyən edilməli, uşaqlarla alkoqol, dost təzyiqi və sağlam seçimlər barədə açıq söhbətlər aparılmalıdır. Uşaqları idman, incəsənət və könüllülük fəaliyyətlərinə cəlb etmək onların enerjisini sağlam istiqamətə yönəldir. Uşaq valideynin dediyini deyil, etdiyini öyrənir, ona görə valideynlər də davranışlarına diqqət etməlidirlər. Tədqiqatlar göstərir ki, isti, qayğıkeş və sərhədləri olan valideynlik tərzi uşağı alkoqol və digər riskli davranışlardan qoruyan ən güclü amildir.

- Uşağın içkiyə meyilli olmasının arxasında hansı səbəblər dayanır?

- Bu meyllərin kökündə çox vaxt emosional ehtiyacların qarşılanmaması və ya travmatik təcrübələr dayanır. Araşdırmalara görə, uşaqlıqda zorakılıq, itki, laqeydlik və ya stress yaşayan yeniyetmələrdə, ailə daxilində ünsiyyət zəif olduqda, dost təsirinə açıq və təsdiq gözləyən uşaqlarda spirtli içkiyə maraq daha yüksək olur. Sosial baxımdan isə içki çox vaxt "böyüklük simvolu" və "qrupa aid olma vasitəsi" kimi qəbul edilir. Düzgün emosional və sosial yönləndirmə olmadıqda bu, psixoloji boşluğun kompensasiyası kimi çıxış edir.

- Son olaraq nə demək istəyirsiniz?

- Spirtli içki uşaqlar və yeniyetmələr üçün sadəcə "bir içki" deyil. Beyin inkişafını, emosional tənzimləməni və qərarvermə qabiliyyətini poza biləcək ciddi risk faktorudur. Valideynlər isə bu prosesdə ən güclü qoruyucu amildir. Aydın sərhədlər, sevgi ilə müşahidə olunan nəzarət və düzgün ünsiyyət uşağın sağlam və məsuliyyətli böyüməsinə şərait yaradır.

Mina Mikayılova Milli.az

İranda ardarda üç ZƏLZƏLƏ like
  • 28 Noy 11:47  
Dünya İranda ardarda üç ZƏLZƏLƏ

İranın Behabad bölgəsində ard-arda üç zəlzələ baş verib.

arrow Ətraflı
Özünü güllələyən əsgərin ölümündə ittiham edilən komandir azadlıqda like
  • 28 Noy 11:43  
Digərləri Özünü güllələyən əsgərin ölümündə ittiham edilən komandir azadlıqda

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsini

arrow Ətraflı
"Ukraynada əməliyyat bir şərtlə dayandırılacaq" like
  • 28 Noy 11:42  
Digərləri "Ukraynada əməliyyat bir şərtlə dayandırılacaq"

Xüsusi hərbi əməliyyat zonasında döyüşlər Ukrayna qoşunları mövqelə

arrow Ətraflı
1ci sinif şagirdi məktəbin həyətində öldü like
  • 28 Noy 11:39  
Digərləri 1ci sinif şagirdi məktəbin həyətində öldü

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird və

arrow Ətraflı
"Kiminsə borcu varsa, mənim istiliyim niyə kəsilməlidir?  ŞİKAYƏT like
  • 28 Noy 11:35  
Digərləri "Kiminsə borcu varsa, mənim istiliyim niyə kəsilməlidir? ŞİKAYƏT

Artıq 10 gündən çoxdur ki, ölkə ərazisində istilik verilsə də, Masazı

arrow Ətraflı
Prezident: Albaniya ilə əlaqələrə böyük əhəmiyyət veririk like
  • 28 Noy 11:31  
Siyasət Prezident: Albaniya ilə əlaqələrə böyük əhəmiyyət veririk

Biz Azərbaycan ilə Albaniya arasında əlaqələrə böyük əhəmiyyət verir

arrow Ətraflı
Azərbaycan lideri TimorLeste Prezidentini təbrik edib like
  • 28 Noy 11:21  
Siyasət Azərbaycan lideri TimorLeste Prezidentini təbrik edib

Prezident İlham Əliyev Timor-Leste Prezidenti Coze Ramuş-Hortaya təbrik mək

arrow Ətraflı
Prezident Bayram Beqayı təbrik edib like
  • 28 Noy 11:20  
Siyasət Prezident Bayram Beqayı təbrik edib

Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya tə

arrow Ətraflı
"Neçəneçə söz içimdə düyündüyün qalıb"  Həmin vəkil ölən qızı ilə fotosunu paylaşdı like
  • 28 Noy 11:19  
Digərləri "Neçəneçə söz içimdə düyündüyün qalıb" Həmin vəkil ölən qızı ilə fotosunu paylaşdı

Ötən həftə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş ver

arrow Ətraflı
Yarımfabrikat mövsümü başladı: Zəhərlənmədən necə qorunaq?  AÇIQLAMA like
  • 28 Noy 11:11  
Digərləri Yarımfabrikat mövsümü başladı: Zəhərlənmədən necə qorunaq? AÇIQLAMA

Yarımfabrikat qidaların gizli təhlükələri gündəlik istehlak artdıqca da

arrow Ətraflı
Şəmkirli iş adamı vəfat etdi like
  • 28 Noy 11:02  
Digərləri Şəmkirli iş adamı vəfat etdi

Şəmkirli iş adamı Hafiz İbrahimov bu gün dünyasını dəyişib.

arrow Ətraflı
Duru yağı kanalizasiya suyundan hazırlayırlar  Artıq alanda iki dəfə düşünəcəksiniz  VİDEO like
  • 28 Noy 11:00  
Digərləri Duru yağı kanalizasiya suyundan hazırlayırlar Artıq alanda iki dəfə düşünəcəksiniz VİDEO

Bəzi restoranlarda ucuz qızartma məhsullarının satışında təhlükəli t

arrow Ətraflı
Məhməkə Cahid Şahbazovla bağlı QƏRAR VERDİ like
  • 28 Noy 10:59  
Digərləri Məhməkə Cahid Şahbazovla bağlı QƏRAR VERDİ

Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra gö

arrow Ətraflı