Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı başlayıb


Siyasət 27 Noy 2025 16:02:00 78 0

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı başlayıb

Noyabrın 27-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Son.az xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak edirlər.

Məhkəmə prosesi təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı başlayıb.

Təqsirləndirilən şəxs Qurgen Stepanyanın müdafiəçisi Zümrüd Səmədova çıxışı zamanı xatırladıb ki, dövlət ittihamını müdafiə edən prokuror Q.Stepanyanın 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edib. Vəkil bildirib ki, təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittihamlarda təqsirli bilmir. Onun sözlərinə görə, Q.Stepanyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, 2005-2007-ci illərdə Hadrut şəhərində müddətli həqiqi hərbi qulluqçu kimi xidmət edib, 2023-cü ildə isə döyüş postuna aparılıb. Vəkil deyib ki, 2023-cü ildə sentyabrın 19-da o, mövqeyini tərk edərək Xankəndi şəhərinə qaçıb və yolda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşaraq onlara təslim olub.

"Müdafiə tərəfi olaraq hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməlidir. Odur ki, məhkəmədən həmin maddəni əsas götürməklə təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edirəm", - deyə vəkil əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Masazırda göllər qurudularaq ev tikilir  Sakinlər narahatdır like
  • 27 Noy 15:54  
Digərləri Masazırda göllər qurudularaq ev tikilir Sakinlər narahatdır

Abşeron rayonu Masazır qəsəbəsində göllərin qurudularaq həmin ərazidə

arrow Ətraflı
Amaliya Pənahova Dram Teatrda “Xurşidbanu Natəvan”la yad edildi  VİDEO  FOTO like
  • 27 Noy 15:50  
Kriminal Amaliya Pənahova Dram Teatrda “Xurşidbanu Natəvan”la yad edildi VİDEO FOTO

Akademik Milli Dram Teatrında görkəmli sənətkar, Xalq artisti Amaliya Pəna

arrow Ətraflı
Əli Əsədov qərar imzaladı like
  • 27 Noy 15:40  
Digərləri Əli Əsədov qərar imzaladı

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fə

arrow Ətraflı
Əxlaqsız şəkillər göndərənlər cərimələnsin  Deputatdan təklif like
  • 27 Noy 15:22  
Digərləri Əxlaqsız şəkillər göndərənlər cərimələnsin Deputatdan təklif

Rusiyada arzu olunmayan intim şəkillərin göndərilməsinə görə cərimə t

arrow Ətraflı
Trendyol ilin “Əfsanə günlər”ini elan edir like
  • 27 Noy 15:20  
Digərləri Trendyol ilin “Əfsanə günlər”ini elan edir

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektr

arrow Ətraflı
Türkiyədə partlayış: İki ev çökdü, xəsarət alan var  FOTO like
  • 27 Noy 15:10  
Digərləri Türkiyədə partlayış: İki ev çökdü, xəsarət alan var FOTO

Ərzurumun Yakutiye rayonuna bağlı Yoncalık bölgəsinin Rabiyana-Xatun məh�

arrow Ətraflı
Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilir  FOTO like
  • 27 Noy 15:03  
Digərləri Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilir FOTO

Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaş

arrow Ətraflı
Endirim oyunu: Köhnə qiymətlər süni şəkildə artırılır? like
  • 27 Noy 15:00  
Digərləri Endirim oyunu: Köhnə qiymətlər süni şəkildə artırılır?

Tez-tez supermarketlərdə və digər satış məkanlarında müxtəlif məhsull

arrow Ətraflı
Tacirin gəlini ilə rəqsi DİQQƏT ÇƏKDİ like
  • 27 Noy 14:50  
Şou-biznes Tacirin gəlini ilə rəqsi DİQQƏT ÇƏKDİ

Xəbər verdiyimiz kimi, müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalının

arrow Ətraflı
“4+4” lotereyasında cekpot 1 000 000 manatı keçdi like
  • 27 Noy 14:46  
Digərləri “4+4” lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" ar

arrow Ətraflı
Vüsalə Əlizadənin verilişi yarıda kəsildi  Xəzər TVdən açıqlama like
  • 27 Noy 14:32  
Şou-biznes Vüsalə Əlizadənin verilişi yarıda kəsildi Xəzər TVdən açıqlama

Xəzər TV bu gün efirə gedən "İncə səhər" verilişinin yarım

arrow Ətraflı
Gecə ilə səkini parkinqə çevirmək istədilər like
  • 27 Noy 14:26  
Digərləri Gecə ilə səkini parkinqə çevirmək istədilər

Paytaxtın Xətai rayonu Qaçaq Nəbi küçəsində piyada səkisinin hesabına

arrow Ətraflı
Röyanın qardaşı vəfat edən atasından DANIŞDI: "Gecələr ağlayıram ki..." like
  • 27 Noy 14:08  
Şou-biznes Röyanın qardaşı vəfat edən atasından DANIŞDI: "Gecələr ağlayıram ki..."

Xalq artisti Röya Ayxan müğənni qardaşı İsmayıl ilə birlikdə vəfat et

arrow Ətraflı
Azərbaycanda bu il uşaqlara ən çox qoyulan adlar  SİYAHI like
  • 27 Noy 14:00  
Digərləri Azərbaycanda bu il uşaqlara ən çox qoyulan adlar SİYAHI

Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-noyabr aylarında) u

arrow Ətraflı