Amaliya Pənahova Dram Teatrda “Xurşidbanu Natəvan”la yad edildi VİDEO FOTO
Kriminal 27 Noy 2025 15:50:00 55 0
Akademik Milli Dram Teatrında görkəmli sənətkar, Xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr edilən "Xurşidbanu Natəvan" tamaşası nümayiş olunub.
Bu xəbəri də oxu: "Bu günə qədər İradənin niyə çılpaq vəziyyətdə olduğu müəyyənləşdirilməyib" Bakıda müəmmalı qətl
Tamaşanın nümayişindən əvvəl çıxış edən Mədəniyyət naziri Adil Kərimli Amaliya Pənahovanın Azərbaycan mədəniyyətindəki əvəzolunmaz rolundan danışıb. Bildirib ki, Amaliya Pənahova milli teatr və kino sənətimizə dəyərli töhfələr verməklə yanaşı, eləcə də teatr təşkilatçısı, pedaqoq idi və Ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, o cümlədən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən onun sənəti hər zaman yüksək qiymətləndirilmiş, bütün mədəniyyət sahəsi olduğu kimi, böyük aktrisamızın da sənəti daim dövlət qayğısı ilə əhatə olunmuşdu.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov böyük sənətkar haqqında xatirələrini bölüşüblər, onun yaratdığı hər bir rolun uğurlu sənət yolundan danışıblar.
Daha sonra vaxtı ilə Amaliya Pənahovanın rol aldığı və uzunömürlü tamaşalardan olan "Xurşidbanu Natəvan" nümayiş olunub. Xalq yazıçısı İlyas Əfəndiyevin pyesi əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fə
Rusiyada arzu olunmayan intim şəkillərin göndərilməsinə görə cərimə t
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektr
29 noyabr 2025-ci il tarixində saat 13:00-da Azərbaycan Milli İncəsənət Mu
Ərzurumun Yakutiye rayonuna bağlı Yoncalık bölgəsinin Rabiyana-Xatun məh�
Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaş
Tez-tez supermarketlərdə və digər satış məkanlarında müxtəlif məhsull
Xəbər verdiyimiz kimi, müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalının
Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" ar
Xəzər TV bu gün efirə gedən "İncə səhər" verilişinin yarım
Paytaxtın Xətai rayonu Qaçaq Nəbi küçəsində piyada səkisinin hesabına
Xalq artisti Röya Ayxan müğənni qardaşı İsmayıl ilə birlikdə vəfat et
Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-noyabr aylarında) u
Muğanlı-İsmayılı-Qəbələ yolunun 5-ci kilometrliyində inşa edilən, 76
"2026-cı ildə yatırım edərkən şəxsi məqsədləri, risk səviyyəsi
