Qubada məktəb binası qəzalı vəziyyətə düşdü FOTO
Digərləri 17 Okt 2017 17:30:00 322 0
Qubanın Qımıl kəndində şəhid Alimşah Tahirovun adını daşıyan kənd məktəbinin 3 korpusundan ikisi qəzalı vəziyyətdədir.
Son.az APA-ya istinadən xəbər verir ki, bu ayın əvvəlində Quba rayonunda baş verən zəlzələdən sonra məktəb binasındakı çatlar böyüyüb. İbtidai sinif şagirdləri 2006-cı ildə yeni tikilən korpusda təhsil alsalar da, yuxarı sinif şagirdləri bu imkandan məhrumdurlar. Korpuslardan biri 1935-ci ildə, digəri isə 1980-ci illərdə istifadəyə verilib.
Kənd məktəbinin direktoru İsa Bayramov bildirib ki, iki korpusun istifadə müddəti bitib: "Binalar qəzalı vəziyyətə düşüb, ayın əvvəlində baş verən zəlzələ də bu prosesi sürətləndirib".
Mənbə: milli.az