Yunker: Kataloniya müstəqil olsa, başqaları da müstəqil olmaq istəyəcək


Digərləri 13 Okt 2017 14:14:00 335 0

Yunker: Kataloniya müstəqil olsa, başqaları da müstəqil olmaq istəyəcək

Əgər Kataloniya müstəqil olsa, digəriləri də onun kimi addım atmaq istəyə bilərlər.

Bakı. Əgər Kataloniya müstəqil olsa, digəriləri də onun kimi addım atmaq istəyə bilərlər. Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Lüksembur Universitetində çıxış edərkən bəyan edib. O deyib: "Əgər Kataloniya müstəqil olsa, başqaları da müstəqil olmaq istəyəcək. Bu, mənim xoşuma gəlmir". Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Kataloniyanın İspaniyadan ayrılmasını istəmir: "Mən bunu istəmirəm". Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib.