3 nəfərin öldüyü yanğınla bağlı cinayət işi başlandı Baş Prokurorluq
Digərləri 21 Noy 2025 23:03:00 76 0
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Bu xəbəri də oxu: Aİ ABŞ təklifinə qarşı əksplan hazırlayır
Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.
Hadisə nəticəsində əmələ gələn tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.
Zəhərlənmiş şəxslər hospitalizasiya olunub, hazırda vəziyyətləri qənaətbəxşdir və onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərə ev hədiyyə edib.
Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşa
Müğənni Aysun İsmayılova həyatındakı şəxslə bağlı açıqlama verib.
Bəzi istifadəçilər saç baxımında ev üsulları axtararkən şampunun içi
Hamı kimi onlar da bu gün işə getmişdi, evə isə qayıda bilmədilər.
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qar
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Ar
Dünyada ən zərərli qidaların siyahısı açıqlanıb.
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların b
Xəbər verdiyimiz kimi, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərt
Müğənni Rəqsanə İsmayılova ilə Fazil Əmiraslanovun ayrılıq xəbərind
İndi tariximizin ən çətin anlarından biridir.
