Bakıda güclü qar gözlənilir? hazırlıqlar
Digərləri 21 Noy 2025 21:40:00 56 0
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.
Son.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.
Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir.
Növbəti müşavirələr paytaxtın Xəzər, Pirallahı və Qaradağ rayonlarında keçirilib. Müşavirələrdə qeyd edilib ki, rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Ar
Dünyada ən zərərli qidaların siyahısı açıqlanıb.
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların b
Xəbər verdiyimiz kimi, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərt
İndi tariximizin ən çətin anlarından biridir.
"Azərbaycanda 1000 manatdan az maaş alanlar vergidən azad edilsin".
Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət mü
Türkiyədə kişi itkin düşən arvadını oteldə oğlunun dostu ilə bir yer
Bir müddət əvvəl evində yıxılaraq xəstəxanaya yerləşdirilən Ajda Pek
Sumqayıt şəhərinin bəzi ərazilərində içməli suyun verilişində müvə
Bakıda və bölgələrdə yerləşən bazarlarda axşam saatlarında meyvə-tə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
