“Aytən Səfərovaya görə özünü benzinlə yandırmağa cəhd edən də olub” Klinikadan cavab
Digərləri 21 Noy 2025 14:41:00 47 0
"Caspian International Hospital" əvvəllər orada çalışan tanınmış həkim Aytən Səfərovanın əməkhaqqı kartından 11 min manat vəsait çıxarılması və klinikanın vəzifəli şəxslərinə cinayət işinin açılması ilə bağlı yayılan iddialara cavab verib.
Bu xəbəri də oxu: Qızartma dadında Gül kələminin ən dadlı hazırlanma üsulu
Son.az xəbər verir ki, klinikadan "Qafqazinfo"ya bildirilib ki, sözügedən iddialar əsassızdır.
"Aytən Fəxrəddin qızı Səfərova klinikamızda fasilələrlə uzun müddət çalışıb. Lakin onun haqqında pasiyentlərdən çoxsaylı şikayətlər olduğu, sonsuzluğun müalicəsində effektivliyin azaldığı nəzərə alınaraq 2024-cü il dekabrın 11-də əmək müqaviləsinə xitam verilib. A. Səfərovanın bir çox pasiyenti müalicədən qeyri-məmnun qaldığı üçün ödəniş etməkdən imtina edib, nəticədə klinikaya olunmalı ödənişləri hələ də borc olaraq qalmaqdadır. O cümlədən, pasiyentlər dəfələrlə hüquq-mühafizə orqanlarına və Analitik Tibbi Ekspertizaya həkim Aytən Səfərovadan şikayətlər edib. Hətta bir neçə pasiyent intihar etmə həddinə çatıb, onlardan üzərinə benzin töküb özünü yandırmağa cəhd edən də olub", - açıqlamada vurğulanıb.
Həmçinin qeyd edilib ki, A. Səfərova ilə əmək müqaviləsinə xitam verildikdən 10 ay sonra klinika rəhbərliyinə zəng edən və özünü Aytən Səfərovanın vəkili kimi təqdim edən şəxs 11 000 manat vəsaitin kartlarından oğurlandığını iddia edib: "Vəkil məsələnin aydınlaşdırılması üçün klinikaya dəvət olunsa da, görüşdən imtina edib və klinikanı məhkəməyə verməklə hədələyib. Hazırda bu məsələ hüquqi müstəvidə araşdırılır".
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Ermənistana tanzit yükdaşıma
ETX ölkə üzrə kibertəhlükəsizlik barədə xəbərdarlıq edib.
62 yaşlı Rəhman Cəlilov Mingəçevir Dövlət Universitetindən məzun olub.
Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində v
"Müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol
Kanadalı tanınmış aktyor Spenser Lofranko 33 yaşında vəfat edib.
Bakıda Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında
Bərdə rayonu, Bakı küçəsində Zaur Məmməd oğlu Novruzova məxsus fərdi
Meyxanaçı Samirə Yusifqızı "Rəngarəng" verilişində qonaq olar
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxs
Milli Məclis fiziki şəxslərin kirayə verdiyi mənzillərdən götürdüyü
Azərbaycan ərazisində istehsal olunan yük avtomobillərinin satışı 2026-c
Azərbaycanda köhnə minik avtomobillərinə aksiz dərəcəsi artırılır.
2026-cı il dövlət büdcəsi zərfinə daxil olan bir sıra qanunlarda dəyiş
