At ətini mal əti adı ilə Bakıda satmaq istədi FOTO
Digərləri 21 Noy 2025 13:55:00 68 0
Bərdə rayonu, Bakı küçəsində Zaur Məmməd oğlu Novruzova məxsus fərdi yaşayış sahəsində ümumi çəkisi 154 kiloqram olan sümükdən ayrılmış at əti aşkar edilib.
Bu xəbəri də oxu: Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir
Son.az xəbər verir ki, yararsız ət Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Bərdə RPŞ əməkdaşlarının birgə keçirdiyi reyd zamanı müəyyən edilib.
Yoxlama zamanı məlum olub ki, mənşəyi məlum olmayan ət kəsilərək sümükdən ayrılıb və 99 CJ 158 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vasitəsilə Natiq Vaqif oğlu Hüseynov tərəfindən mal əti adı altında satış məqsədilə paytaxt Bakıya aparılıb. Ət antisanitar şəraitdə saxlanılıb.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanılıb, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Meyxanaçı Samirə Yusifqızı "Rəngarəng" verilişində qonaq olar
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxs
Milli Məclis fiziki şəxslərin kirayə verdiyi mənzillərdən götürdüyü
Azərbaycan ərazisində istehsal olunan yük avtomobillərinin satışı 2026-c
Azərbaycanda köhnə minik avtomobillərinə aksiz dərəcəsi artırılır.
2026-cı il dövlət büdcəsi zərfinə daxil olan bir sıra qanunlarda dəyiş
Milli Məclis Yeni Azərbaycan Partiyasının yaradılmasımnın 33-cü ildönü
Türkiyəli müğənni İbrahim Tatlısəs aktrisa Perihan Savaşdan olan qızı
Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın q
Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrin
Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni �
Milli Məclisdə büdcə müzakirələri davam edir.
Circus Sea Breeze 13 dekabr - 11 yanvar tarixlərində Azərbaycanda ilk dəfə
Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişk
