Müəllimlərin maaşı artacaq? Nazir AÇIQLADI


Digərləri 21 Noy 2025 14:08:00 53 0

Müəllimlərin maaşı artacaq?  Nazir AÇIQLADI

"Müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır. İstənilən iş müzakirə edilərsə, daha təkmil olar. Çünki atalarımızın dediyi kimi, ağıl ağıldan üstündür".

Son.az xəbər verir ki, bu fikrləri elm və təshil naziri Emin Əmrullayev sosial media hesabında paylaşıb.

"Xüsusilə ictimai maraq və əhəmiyyət kəsb edən məsələlərin ictimai müzakirəsi Elm və Təhsil Nazirliyi olaraq hər zaman dəstəklədiyimiz bir yanaşmadır. Amma təəssüf ki, hələ də bu sahədəki xoş niyyətimiz arzuedilən nəticələr vermir.

Son günlər geniş müzakirələrə səbəb olan təklif edilmiş islahatın əsas mahiyyəti ondan ibarətdir ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin maaşı saathesabı əsasda hesablanmaqla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərə könüllü əsasda ölkə üzrə orta əməkhaqqından 2 dəfə çox əməkhaqqı təklif edilməklə həftədə 30-36 saatlıq tamştat əsasında da əməkhaqqı hesablansın.

Müzakirələr zamanı əsas problem kimi 3 məqamı xüsusi vurğulamaq istərdim:

Əvvəla, ən təəccüb doğuran və məntiqsiz görünən məqam odur ki, təklif olunan fikirlər bir kənarda qalır, cəmiyyət isə məsələyə heç bir aidiyyəti olmayan (və ya mövzudan xəbərsiz) şəxslərin uydurduğu və ya təhrif etdiyi fikirləri müzakirə etməyə başlayır. Məsələn, "müəllimlərin əməkhaqqı sistemi saathesabı sistemdən tamştatlı sistemə keçməlidir" fikri "müəllimlər axşam saat 6-ya qədər işdə qalacaqlar" fikri kimi təhrif olunur və bütün müzakirələr bu təhrif edilmiş (və bayağı) fikir əsasında aparılır. Buna görə də xahiş edirik ki, təklif nədirsə, onu müzakirə edək, təhrif edilmiş fikirlər Elm və Təhsil Nazirliyinə aid olmadığı üçün müzakirə etməyək.

İkinci məsələ isə müzakirələr zamanı əsas fikri detallardan ayıra bilməməkdir. Əsas fikir yuxarıda qeyd edilib. Əgər bu yaxşı fikirdirsə və məqbul hesab edilirsə, detalları sonra da müzakirə etmək olar. Məsələn, "bu islahatı etmək üçün infrastruktur yoxdur" və ya "uzaq məsafədən müəllim necə işə gəlib gedəcək" kimi məqamlar əsas fikir yox, detaldır. Əgər əsas fikir bəyənilirsə, bu halda detalları da müzakirə etmək olar. Yox, əgər əsas fikir səhvdirsə, onda detalları müzakirə etmək mənasızdır.

Digər məqam isə hörmətli media nümayəndələrimizin təqdim edilən məlumatların içərisindən detalları ayırıb neqativ xəbər kimi verməsi həvəsidir. Dünən İctimai Televiziyada bu islahat haqqında ətraflı məlumat verdik. 1 saata yaxın təqdimat yerli media orqanlarının birində "210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI" başlığı ilə təqdim edildi. Halbuki bu verilişdə həm də 1589 manat alan müəllimlərin sayı açıqlanmışdı və bu say 210 manat maaş alan müəllimlərin sayından ən azı 4 dəfə çoxdur. Hörmətli media mənsublarımız hər hansı səbəbdən bu fərqi ya görmədilər, ya da görsələr də paylaşmaq istəmədilər. Bu, sadəcə bir misaldır, bu cür neqativə köklənmiş davranışın arxasında hansı sosial-psixoloji səbəblərin dayandığını isə yəqin ki, sahə mütəxəssisləri araşdırmalıdırlar.

Bu məqamlara toxunmağı vacib bildim, təbii ki, ictimai müzakirə aparmaq özü bir bacarıq tələb edir. Zamanla inanıram ki, bu istiqamətdə də müsbət irəliləyiş olacaq. Əsas odur ki, nikbin olmaq lazımdır - bu gün təhsil sistemində mənfidən daha çox müsbət proseslər baş verir", - nazir qeyd edib.

Colinin məşhur filminin rejissoru like
  • 21 Noy 14:06  
Şou-biznes Colinin məşhur filminin rejissoru

Kanadalı tanınmış aktyor Spenser Lofranko 33 yaşında vəfat edib.

arrow Ətraflı
Bakıda "Bolt" sürücüsü sifarişi ləğv edib sərnişini döydü like
  • 21 Noy 14:00  
Digərləri Bakıda "Bolt" sürücüsü sifarişi ləğv edib sərnişini döydü

Bakıda Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında

arrow Ətraflı
At ətini mal əti adı ilə Bakıda satmaq istədi  FOTO like
  • 21 Noy 13:55  
Digərləri At ətini mal əti adı ilə Bakıda satmaq istədi FOTO

Bərdə rayonu, Bakı küçəsində Zaur Məmməd oğlu Novruzova məxsus fərdi

arrow Ətraflı
"Pandemiya zamanı Şəbnəm mənə 105 manat verdi" like
  • 21 Noy 13:45  
Şou-biznes "Pandemiya zamanı Şəbnəm mənə 105 manat verdi"

Meyxanaçı Samirə Yusifqızı "Rəngarəng" verilişində qonaq olar

arrow Ətraflı
1 ədədi üçün 100 manat rüsum ödəyəcəyik like
  • 21 Noy 13:35  
Digərləri 1 ədədi üçün 100 manat rüsum ödəyəcəyik

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxs

arrow Ətraflı
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir like
  • 21 Noy 13:28  
Digərləri Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir

Milli Məclis fiziki şəxslərin kirayə verdiyi mənzillərdən götürdüyü

arrow Ətraflı
Yol vergisi artırılır like
  • 21 Noy 13:27  
Digərləri Yol vergisi artırılır

Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır.

arrow Ətraflı
Bu avtomobillərin satışı ƏDVdən azad olunacaq like
  • 21 Noy 13:20  
Digərləri Bu avtomobillərin satışı ƏDVdən azad olunacaq

Azərbaycan ərazisində istehsal olunan yük avtomobillərinin satışı 2026-c

arrow Ətraflı
Köhnə maşınların aksiz dərəcəsi artırılır  Qərar qəbul edildi like
  • 21 Noy 13:18  
Digərləri Köhnə maşınların aksiz dərəcəsi artırılır Qərar qəbul edildi

Azərbaycanda köhnə minik avtomobillərinə aksiz dərəcəsi artırılır.

arrow Ətraflı
Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək like
  • 21 Noy 13:14  
Digərləri Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək

2026-cı il dövlət büdcəsi zərfinə daxil olan bir sıra qanunlarda dəyiş

arrow Ətraflı
Milli Məclis YAPın 33cü ildönümü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib like
  • 21 Noy 13:05  
Siyasət Milli Məclis YAPın 33cü ildönümü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis Yeni Azərbaycan Partiyasının yaradılmasımnın 33-cü ildönü

arrow Ətraflı
İbrahim Tatlısəs məşhur aktrisadan olan qızından yazdı like
  • 21 Noy 13:00  
Şou-biznes İbrahim Tatlısəs məşhur aktrisadan olan qızından yazdı

Türkiyəli müğənni İbrahim Tatlısəs aktrisa Perihan Savaşdan olan qızı

arrow Ətraflı
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə vermək istədilər like
  • 21 Noy 12:57  
Digərləri 17 yaşlı qızı 36 yaşlı kişiyə ərə vermək istədilər

Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın q

arrow Ətraflı
Bakıdan Sumqayıta gedənlərə ŞAD XƏBƏR like
  • 21 Noy 12:51  
Digərləri Bakıdan Sumqayıta gedənlərə ŞAD XƏBƏR

Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrin

arrow Ətraflı
Mədəniyyət Nazirliyinin sifarişi ilə 50 min manata yeni musiqi dərslikləri hazırlanacaq like
  • 21 Noy 12:43  
Digərləri Mədəniyyət Nazirliyinin sifarişi ilə 50 min manata yeni musiqi dərslikləri hazırlanacaq

Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni �

arrow Ətraflı