Radiatorun üzərinə qoyun – rahatlıq və hüzuru həmin an hiss edin
Digərləri 20 Noy 2025 23:45:00 75 0
Qış aylarında evdəki radiator yalnız istilik mənbəyi deyil, düzgün istifadə edildikdə ev atmosferini sakitləşdirən təbii bir aromaterapiya vasitəsinə çevrilə bilər. Bunun üçün sizə sadəcə kiçik parça kisə və bir neçə quru bitki kifayətdir.
Bu xəbəri də oxu: Bu restoranda nöqsanlar aşkarlandı
Son.az xəbər verir ki, kisənin içinə doğranmış dəfnə yarpağı doldurub radiatorun üzərinə qoyduqda, istiliyin təsiri ilə bitkinin aromatik yağları yavaş-yavaş otağa yayılır. Eyni üsulu qurudulmuş adaçayı və ya lavanda ilə də tətbiq etmək mümkündür. Ətiri gücləndirmək istəyənlər kisəyə bir neçə damla portağal, berqamot və ya rozmarin yağı əlavə edə bilər.
Radiator isinməyə başladıqca aroma yüngül şəkildə buxarlanır və qısa müddətdə otaqda yumşaq, sakit və təmiz bir atmosfer yaranır.
Bazarda satılan otaq ətirləri və şamlar xoş qoxu versə də, tərkibindəki sintetik maddələr bəzən boğazda yanma, göz qıcıqlanması və ya nəfəs darlığı kimi reaksiyalar yarada bilər. Təbii bitkilərlə hazırlanan aromaterapiya isə daha təhlükəsizdir və çox daha yumşaq qoxu yayır. Bu səbəbdən yataq otağı və ya uşaq otağı kimi həssas məkanlarda belə rahatlıqla istifadə oluna bilər.
Hazırladığınız kisəni hər bir neçə həftədən bir yeniləmək kifayətdir. İstəyə görə müxtəlif bitkilər qarışdıraraq öz xüsusi qoxunuzu da yarada bilərsiniz:
Lavanda + adaçayı: Sinirləri sakitləşdirir, rahat yuxuya kömək edir.
Rozmarin + limon qabığı: Canlandırıcı və diqqəti artıran təsir göstərir.
Dəfnə yarpağı mətbəxdə geniş istifadə olunsa da, tərkibindəki uçucu yağlar sayəsində sakitləşdirici və rahatladıcı təsirə malikdir. İlıq istiliklə təmasda olduqda bu yağlar havaya qarışır, stressin azalmasına və zehinin dincəlməsinə kömək edir.
"Şəhərdə oturanda elə gözəl qızlar görürəm ki... Düşünürəm
"Azərbaycanda 17186 müəllimin ortaaylıq maaşı 1589 manatdır".
Sığınacaqda qalan yeniyetmə qız itkin düşüb.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərin
"Bayati şiraz"ı belə süni intellektlə düzəldiblər. İrad da bi
Bu il aprelin 30-da Bakıdakı "MedAura" klinikasında burun əməliyy
Bakıda fəaliyyət göstərən "Caspian International" Hospitalda ça
Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbinin direktoru İlah�
Əməkdar artist Mətanət İsgəndərli Səma və Səbinə bacılarının onun
Günlük həyatın yorucu ritmi, texnologiyanın həddindən artıq istifadəsi
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ tərəfindən rəsmi olaraq diplomati
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ç
Sosial Xidmətlər Agentliyi "Təmiz Dünya" Qadınlara Yardım İB-d�
Ford şirkəti 27 ildən sonra rəsmi olaraq Focus avtomobilinin istehsalını d
Çoxları mətbəxdə istifadə etdiyi silikon şirniyyat bişirmə formaların
