Aytən Səfərovanın 11 mini necə yoxa çıxıb? özü açıqladı


Digərləri 20 Noy 2025 22:31:00 56 0

Aytən Səfərovanın 11 mini necə yoxa çıxıb?  özü açıqladı

Bakıda fəaliyyət göstərən "Caspian International" Hospitalda çalışan və sonradan işdən ayrılan həkim Aytən Səfərovanın əməkhaqqı kartından 11 min manat vəsait çıxarılıb.

Bu xəbəri də oxu: Ehtiyac meyarı artır

Son.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, xəstəxananın vəzifəli şəxsləri mama-ginekoloq Aytən Səfərovanın xəbərsiz şəkildə bank kartını bloklatdıraraq yenisini sifariş ediblər.

Bildirilib ki, sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı vəsait çıxarılaraq mənimsənilib.

Həkim baş verənləri təsdiqləyib. O bildirib ki, proses bu ilin yanvarında baş verib və məsələ ilə bağlı hüquqi addımlar atır: "Mən, əslində, bu səhər sosial mediada bunun artıq yayıldığını gördüm. Böyük ehtimalla, xəstəxana öz-özünün düşməninə çevrilib. Bunu yayan da elə xəstəxananın özüdür. Mənim maaş kartımı "Caspian Hospital" dəyişdirərək bir gün ərzində yeni kart açıb və köhnə kartım hələ də məndə olduğu halda, içindəki vəsait yeni karta köçürülüb. Daha sonra isə həmin yeni kartdan "Caspian Hospital"ın öz bankomatından hər gün 1000 manat olmaqla ümumilikdə 11 min manat çıxarılıb".

Həkim iddia edir ki, kartındakı vəsaiti nağdlaşdırmaq istəyəndə vəsaitin mənimsənildiyindən xəbər tutub:

"Rəsmi maaş kartımdır. Yəni illərdir öz adıma işlətdiyim kartdır. Mən xəstəxanadan ayrıldıqdan bir ay sonra bu oğurluq baş verib. Xəstəxananın bu kartı dəyişdirmək hüququ yox idi. Üstəlik, mən artıq dekabrın 12-dən başqa xəstəxanada rəsmi şəkildə çalışırdım və "Caspian Hospital"la bütün əlaqəm tamamilə kəsilmişdi. İddia edilən hadisə isə yanvar ayında baş verib. Bankdan alınmış bütün rəsmi çıxarışlar var. Əlbəttə ki, aidiyyəti qurumlar bu məsələ ilə məşğuldurlar. Bütün bunlardan mənim xəbərim yalnız kartımı işlədib pul çıxarmaq istəyəndə oldu".

Qeyd edək ki, "Caspian International" Hospitalın adının çəkilməsini istəməyən rəsmi nümayəndəsi hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Qeyd olunub ki, məsələ hazırda məhkəmə müstəvisindədir.

Daha ətraflı videomaterialda:

Bir nəfər 2 məktəbə direktorluq edir? like
  • 20 Noy 22:19  
Digərləri Bir nəfər 2 məktəbə direktorluq edir?

Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbinin direktoru İlah�

arrow Ətraflı
"Bu, barda oxunacaq mahnı deyil, Nailənin ruhu əziyyət çəkir" like
  • 20 Noy 22:12  
Şou-biznes "Bu, barda oxunacaq mahnı deyil, Nailənin ruhu əziyyət çəkir"

Əməkdar artist Mətanət İsgəndərli Səma və Səbinə bacılarının onun

arrow Ətraflı
Az yatanların beyni zəifləyir like
  • 20 Noy 22:00  
Digərləri Az yatanların beyni zəifləyir

Günlük həyatın yorucu ritmi, texnologiyanın həddindən artıq istifadəsi

arrow Ətraflı
Zelenski ABŞdən sülh planını alıb like
  • 20 Noy 21:50  
Digərləri Zelenski ABŞdən sülh planını alıb

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ tərəfindən rəsmi olaraq diplomati

arrow Ətraflı
Zaxarova Ukrayna dilində çağırış etdi: Qaçın, oğlanlar! like
  • 20 Noy 21:37  
Digərləri Zaxarova Ukrayna dilində çağırış etdi: Qaçın, oğlanlar!

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ç

arrow Ətraflı
Tərk edildikdən sonra ölən Nurcanla bağlı like
  • 20 Noy 21:23  
Digərləri Tərk edildikdən sonra ölən Nurcanla bağlı

Sosial Xidmətlər Agentliyi "Təmiz Dünya" Qadınlara Yardım İB-d�

arrow Ətraflı
Məşhur avtomobilin istehsalı dayandırıldı like
  • 20 Noy 21:13  
Digərləri Məşhur avtomobilin istehsalı dayandırıldı

Ford şirkəti 27 ildən sonra rəsmi olaraq Focus avtomobilinin istehsalını d

arrow Ətraflı
Ucuz olsun deyə texniki silikondan hazırlayırlar, hamı da "bəhbəh"lə yeyir like
  • 20 Noy 21:00  
Digərləri Ucuz olsun deyə texniki silikondan hazırlayırlar, hamı da "bəhbəh"lə yeyir

Çoxları mətbəxdə istifadə etdiyi silikon şirniyyat bişirmə formaların

arrow Ətraflı
""3+3" formatında növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir" like
  • 20 Noy 20:38  
Siyasət ""3+3" formatında növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir"

"3+3" regional əməkdaşlıq platforması çərçivəsində növbəti

arrow Ətraflı
Şəhid məzarlarından oğurluq edən şəxslər saxlanıldı like
  • 20 Noy 20:08  
Kriminal Şəhid məzarlarından oğurluq edən şəxslər saxlanıldı

Bakının Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxslər s

arrow Ətraflı
Aygün Kazımovanın illər ərzində dəyişimi like
  • 20 Noy 19:52  
Şou-biznes Aygün Kazımovanın illər ərzində dəyişimi

Xalq artisti Aygün Kazımovanın illər ərzində dəyişimi göz qamaşdırıb

arrow Ətraflı
Keçmiş deputat Mehdiyevə aşiq imiş like
  • 20 Noy 19:37  
Digərləri Keçmiş deputat Mehdiyevə aşiq imiş

Sosial şəbəkələrdə sabiq millət vəkili, hazırda müxalifət cəbhəsind

arrow Ətraflı
Lalə Zöhrabzadəyə vəzifə verildi like
  • 20 Noy 19:32  
Digərləri Lalə Zöhrabzadəyə vəzifə verildi

Mingəçevir Peşə Məktəbinə direktor təyin edilib.

arrow Ətraflı